“Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib

18-04-2016 / 13:12

 Aprelin 16-da Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə ASAN xidmət və Sabirabad Rayon İcra Hakimiyyətinin işçi heyəti iştirak edib.

Seminarı Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Siyasi araşdırmalar institutunun direktoru, millət vəkili prof. Elman Nəsirov, Elmi-Təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dos. Rəcəb Rəhimli aparıblar.

Qeyd edək ki, 2013-cü il, yanvarın 31-də  Dövlət İdarəçilik Akademiyası ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu günə kimi memorandum sayəsində “İnnovativ idarəetmə görüşü”, “İ-club”, müxtəlif layihə və tədbirlər həyata keçirilibdir. Baş tutan seminar isə bu əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıyır və bütün ASAN xidmət  mərkəzlərində keçirilməsi nəzərdə tutulub.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə