Previous Next
Bağla

“Kosmonavtika iqtisadi inkişafın hərəkətverici qüvvəsidir”

11-06-2015 12:28
“Kosmonavtika iqtisadi inkişafın hərəkətverici qüvvəsidir”

Vyanada BMT-nin Kosmik məkandan dinc məqsədlər üçün istifadə üzrə komitəsinin 58-ci sessiyası işə başlayıb.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sessiya iştirakçıları kosmonavtika sahəsindəki nailiyyətlərin sosial-iqtisadi inkişafa töhfəsini müzakirə edərək Sovet kosmonavtı Aleksey Leonovun həyata keçirdiyi insanın açıq kosmosa ilk çıxışının 50 illiyini qeyd edəcəklər. A.Leonovun Vyanaya gələrək öz xatirələrini bölüşəcəyi gözlənilir.

İyunun 11-də Fransa nümayəndə heyətinin dəstəyi ilə peyk və iqlim dəyişikliklərinə həsr olunan iclas keçiriləcək. İştirakçılar kosmonavtikanın qlobal istiləşmə prosesinin daha yaxşı dərk edilməsi üçün köməyini, eləcə də kosmik elmin iqlim dəyişikliklərinin nəticələrinin aradan qaldırılmasına töhfəsini müzakirə edəcəklər.

Komitə sessiyasının nümayəndələri qlobal naviqasiya peyk sistemlərinin indiki vəziyyətini, kosmik “zibil” problemini, həmçinin kosmik texnologiyaların 2015-ci ildən sonrakı dövr üçün inkişaf sahəsində məqsədlərə nail olma işində rolunun artırılması yollarını nəzərdən keçirəcəklər.

Sessiyada kosmosda şəffaflıq və etimadın möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında məsələ ilk dəfə olaraq müzakirəyə çıxarılıb.

Sessiyanın iclaslarında çıxışlarda əksər nümayəndə heyətlərinin təmsilçiləri öz ölkələrində kosmik məkandan dinc məqsədlər üçün tədqiqi və istifadəsinə sadiqliyini bildirərək elmi-texniki və iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq ondan bütün dövlətlərin bərabərhüquqlu istifadəsinin əhəmiyyətini qeyd ediblər.

Nümayəndə heyətləri Ay və digər səma cisimləri daxil olmaqla kosmik məkanın üzərində nə suverenliyin elan edilməsi, nə istifadə və ya işğal, nə də digər yollarla özününküləşdirilməməsi prinsipinin vacibliyini, kosmik məkanın hərbiləşdirilməsinin yolverilməzliyini bir daha bəyan ediblər.

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023
Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023
Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

11-05-2023
Sədr: Beynəlxalq kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

Sədr: Beynəlxalq kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

16-11-2024
Tianzhou-9 kosmik gəmisi Yerə qayıdıb

Tianzhou-9 kosmik gəmisi Yerə qayıdıb

07-05-2026
Azərbaycan və Çin kosmik sahədə əməkdaşlıq edəcək

Azərbaycan və Çin kosmik sahədə əməkdaşlıq edəcək

23-04-2025
Azərbaycanda kosmik fəaliyyətin necə tənzimlənəcəyi məlum olub

Azərbaycanda kosmik fəaliyyətin necə tənzimlənəcəyi məlum olub

11-05-2023
 Yerüstü kosmik infrastruktur üçün xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq

Yerüstü kosmik infrastruktur üçün xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq

11-05-2023
TDT ölkələri "CubeSat"ın orbitə buraxılışına hazırlaşır

TDT ölkələri "CubeSat"ın orbitə buraxılışına hazırlaşır

31-03-2026
Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026
Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

23-09-2022
Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

05-10-2024
Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022
Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir”

Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir”

06-12-2022
“Kosmos və iqlim dəyişikliyi” mövzusunda tədbir keçirilib

“Kosmos və iqlim dəyişikliyi” mövzusunda tədbir keçirilib

09-10-2024
Ukrayna  6 peyk buraxacaq

Ukrayna 6 peyk buraxacaq

23-05-2015
Beynəlxalq Kosmik Hava Təşəbbüsü üzrə proqramın rəhbər heyətinin illik yığıncağı keçirilib

Beynəlxalq Kosmik Hava Təşəbbüsü üzrə proqramın rəhbər heyətinin illik yığıncağı keçirilib

07-02-2025
Azərbaycan yeni peyklər buraxacaq

Azərbaycan yeni peyklər buraxacaq

31-10-2022
“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023
Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024
Azərbaycanda kosmik obyektin III şəxslərə zərərvurma riski sığortalanacaq

Azərbaycanda kosmik obyektin III şəxslərə zərərvurma riski sığortalanacaq

11-05-2023
Azərkosmos “СOP28” tədbirində iştirak edib

Azərkosmos “СOP28” tədbirində iştirak edib

11-12-2023
Azərkosmos-a yeni vəzifələr verildi

Azərkosmos-a yeni vəzifələr verildi

12-03-2018
Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

24-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə