Previous Next
Bağla

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

30-09-2023 20:26
Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

Sentyabrın 30-da Bakı Konqres Mərkəzində Azərbaycanın Kosmik Agentliyinin ("Azərkosmos") təşkilatçılığı ilə Azərbaycanın media nümayəndələri üçün mediatur təşkil olunub.

Xeberler.az məlumat verir ki, mediatur çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov 74-cü Beynəlxalq Astronavtika Konqresinin 50 ildən sonra yenidən Bakıda keçirilməsini böyük müvəffəqiyyət kimi dəyərləndirib.

Nazir müşaviri bildirib ki, Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir.

“Azərkosmos”un İctimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova media nümayəndələrini Bakı Konqres Mərkəzi, Konqresin Sərgi pavilyonu və Heydər Əliyev Mərkəzində tədbirlərin keçiriləcəyi məkanlarla tanış edib və ətraflı məlumat verib.

F.Behbudova qeyd edib ki, Bakı Konqres Mərkəzində 190-dan çox müxtəlif kosmik mövzularda panel sessiyalar keçiriləcək. Həmçinin burada media üçün media mərkəzi və böyük konfrans zal Konqres çərçivəsində baş tutacaq mətbuat konfransları üçün nəzərdə tutulub. Həmçinin Konqres Mərkəzində uşaqlar üçün xüsusi zona ayrılıb.

Mediatur zamanı Bakı Konqresində 250-dən çox media nümayəndəsinin qeydiyyatdan keçdiyini diqqətə çatdıran Fidan Behbudova bildirib ki, media iştirakçılarının 60-dan çoxu xarici KİV-lərin təmsilçiləridir.

Daha sonra media nümayəndələri Konqresin Sərgi pavilyonu ilə tanış olublar. Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa edilmiş 7800 kvadratmetrlik sərgi pavilyonunda müxtəlif ölkələrin kosmik qurumları və şirkətlərinin stendləri qurulub. Sərgi pavilyonunda 50-dən çox təşkilatla iştirakla bağlı müqavilə imzalanıb. Agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.

Bildirilib ki, “Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçiriləcək 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaq.

Texniki sessiyalar görkəmli memar Zaha Hadidin layihələndirdiyi möhtəşəm Heydər Əliyev Mərkəzində baş tutacaq.

Oktyabrın 2-də rəsmi açılış mərasimi olacaq Bakı Beynəlxalq Astronavtika Konqresində kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 4 mindən çox nümayəndə iştirak edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02-10-2023

Bakı Beynəlxalq Astronavtika Konqresinin sərgi pavilyonunda 33 ölkədən 140-dan çox şirkətin stendi artıq quraşdırılıb

01-10-2023

Beynəlxalq Astronavtika Konqresində iştiraka dair 50-dən çox təşkilatla müqavilə imzalanıb

25-06-2023

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021

Müşavir: Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir

30-09-2023

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

06-10-2023

Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

06-11-2018

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

19-09-2022

2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

20-10-2024

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub

02-10-2023

“Azərkosmos” İtaliya Aeronavtika və Astronavtika Assosiasiyasının 27-ci Beynəlxalq Konqresində təmsil olunub

06-09-2023

Beynəlxalq Astronavtika Konqresinin rəsmi bayrağı İtaliyaya təhvil verilib

06-10-2023

“Roskosmos”un rəhbəri Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

02-10-2023

Azərbaycanlı tələbə Beynəlxalq Astronavtika Konqresində iştirak edib

04-11-2019

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

23-09-2022

Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

17-09-2021

Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

05-10-2024

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir

16-10-2024

"Azərkosmos": "Bakı Konqresinə biletlərin qiyməti ilə bağlı məsələyə müdaxilə edə bilmirik"

14-09-2023

Azərkosmos Parisdə toplantıya qatılıb

26-03-2019

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi sosial mediada trend olub

03-10-2023

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025

Beynəlxalq Astronavtika Konqresi Nazirlər və parlament üzvləri üçün iclas keçirilib

01-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə