İnnovasiyalar Agentliyinin Pirallahi Texnoparkının rezidenti "iTicket" komandasının üzvü Cavid Məmmədli “NFT” platforması üzərindən yeni uğura imza atıb.
Agentlikdən Xeberler.az-a bildirilib ki, “Foundation.app NFT” hərracında azərbaycanlı dizayner Cavid Məmmədli “Soul of Piano” (“Pianonun Ruhu”) əsərini 22 min 733 dollara bərabər 10 ETH-ə sata bilib. C.Məmmədlinin işi animasiyalı videoçarx tərzində hazırlanıb.
Qeyd edək ki, “Soul of Piano” Cavidin hərracda satılan yeganə əsəri deyil. Bundan əvvəl onun daha 2 əsəri də bir neçə min dollara qiymətləndirilib. Hazırda, dizaynerin daha bir işi 1 ETH dəyərində başqa bir hərracda qiymətləndirilməkdədir.
“NFT” (“Non Fungible Token”) dəyişdirilə bilinməyən rəqəmsal əməliyyatlar texnologiyası olaraq, bu kimi yaradıcılıq imkanlarını sığortalamaq və müxtəlif platformaları bir araya gətirən əməkdaşlıq müstəvisidir. Rəqəmsal nümunələrə misal olaraq şəkil, animasiya, video, audio faylı yaradılır və onlara “NFT”nin özəl şifrəsi təyin edilir. Bu əməliyyat müəllif hüquqlarını qorumağa imkan verir. Müəlliflər rəqəmsal sənət əsərlərini birbaşa və ya hərrac yolu ilə sata bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri