Google VR videolar üçün yeni kamera təqdim edib

26-04-2017 / 10:34

Google şirkəti Çinin Yi Technology şirkətinin iştirakı ilə 360 dərəcə çəkiliş və VR (virtual reallıq) videoları üçün yeni kamerasını təqdim edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Yi Halo adlı qurğu özündə saniyədə 30 kadr sürətlə 8K ölçülü stereoskopik video çəkə bilən 17 kameranı ehtiva edir.

Qeyd edilir ki , yenilik ilk növbədə, kino rejissorları və video çəkilişlə əlaqəli olan digər peşə sahibləri üçün hazırlanıb.

Qurğunun satış dəyəri 18 min ABŞ dolları təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, “sferik” Google Jump kamerasının dəyəri 8 min dollardan başlayır.

Halo kompleksində dəyişdirilə bilən 4K-kameralar tətbiq edilib.

Surround 360-dan (Facebook-un 25 min dollar dəyərində olan kameraları) fərqli olaraq, Yi qurğusuna istifadəçinin başının üstündə yerləşən və 360 dərəcə çəkilişi təmin edən daha bir kamera quraşdırılıb. 

 Həmçinin Halo-ya süni üfüqi xətti idarə etməyə imkan verən mobil proqram əlavə edilib.

Yi Halo kamerası 22 maydan etibarən əlçatan olacaq. İlk 100 kamera VR-formatda çəkiliş edən kino istehsalçılarına paylanacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə