Previous Next
Bağla
REKLAM YERİ

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019 00:08
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclara qoşulma prosedurlarının elektron formada tətbiqi birbaşa olaraq vətəndaş məmnunluğuna yönəlib. Seçim, müraciət, sifariş, o cümlədən hərracda iştirakın onlayn təqdim edilməsi vətəndaşların sürətli və rahat formada hərrac xidmətlərindən istifadəsini təmin edir. Hərraca çıxarılan dövlət əmlaklarının ərazi, qiymət, sahə müxtəlifliyi hər bir şəxs üçün istəyinə uyğun obyekti seçmək imkanı yaradır.

Xeberler.az  bildirir ki, Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 23 aprel tarixində keçirildi. Hərracda kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi kateqoriyalarından olan dövlət əmlakları özəlləşdirildi. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektindəki obyektin ümumi faydalı sahəsi 23.3 kv.m-dir. Dülgər sexi kimi fəaliyyət göstərən müəssisə üzrə sifarişi investor elektron formada vermişdir. Hərrac iştirakçısı bu dövlət əmlakını 12 min 500 manata özəlləşdirdi.

Özəlləşdirilən qeyri-yaşayış sahəsi paytaxtda yerləşir. Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki bu dövlət əmlakının ümumi faydalı sahəsi 101.5 kv.m-dir. Hərracda iştirak edən vətəndaş obyekti 20 min manata özəlləşdirdi.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 30 aprel tarixində keçiriləcək. Özəlləşdirmə hərracına ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir. Bu dövlət əmlakları üzrə seçim və sifariş etmək üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir. Qeyd edək ki, özəlləşdirməyə çıxarılan dövlət əmlakları üzrə sifarişlər hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək qəbul olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019

15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

16-04-2019

18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

05-03-2019

Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

29-01-2019

Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

12-03-2019

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018

13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

26-02-2019

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə