Previous Next
Bağla

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019 13:36
Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 9-u dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Xeberler.az  bildirir ki, hərracda 6 dövlət əmlakı üzrə 12 sifariş qəbul olunub. Özəlləşən dövlət əmlakları Bakı, Gəncə, Şabran və Lənkəranda yerləşir. Onlara kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahəsi aiddir. Kiçik dövlət müəssisələri arasında zavod və ictimai iaşə obyektləri var. Rəqabətli mühitdə özəlləşən dövlət əmlakı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşir. Ümumi faydalı sahəsi 405.3 kv.m olan bu obyekt 89.5 min manata özəlləşdirildi. Elektron formada hərracda iştirak statusu qazanan vətəndaş isə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mehmanxananın sahibinə çevrildi. Ümumi faydalı sahəsi 582.5 kv.m olan bu dövlət əmlakı torpaq sahəsi ilə birgə özəlləşdirildi.

Yüksək iqtisadi potensialı olan “Lənkəran Mexaniki Təmir Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti də özəlləşdirilən dövlət əmlakları arasındadır. Lənkəran şəhəri, Heydər Əliyev Prospektindəki zavodun ümumi faydalı sahəsi 3.9 min kv.m-dir. 29.3 min kv.m-lik torpaq sahəsi ilə birgə bu dövlət əmlakı 350 min manata özəlləşdirildi. Rəqabətli mühitdə keçən hərrac Bakı Şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsindəki qeyri-yaşayış binası üçün də xarakterikdir. Bu dövlət əmlakının hərracında 6 vətəndaş iştirak etdi. Ümumi faydalı sahəsi 84.1 kv.m olan qeyri-yaşayış binasına ilkin hərrac qiyməti 50 min manat təyin edilmişdir. Rəqabət nəticəsində dövlət əmlakının son hərrac qiyməti 78 min manata yüksəldi.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 16 aprel tarixində keçiriləcək. Hərraca ümumilikdə 62 dövlət əmlakı çıxarılıb. Onlardan 19-u səhmdar cəmiyyəti, 18-i kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 13-ü isə nəqliyyat vasitəsidir. Təşkil olunan hərraclarda iştirak etməklə hər kəs əmlak sahibinə çevrilə bilər. Bu istiqamətdə bütün prosedurları əlavə vaxt itirmədən onlayn qaydada yerinə yetirmək mümkündür. Özəlləşmədə iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019
18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

05-03-2019
15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

16-04-2019
Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019
Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019
13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

26-02-2019
20 noyabr hərracı: 9 elektron sifariş verildi

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018
Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018
19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019
26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019
Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019
Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

12-03-2019
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019
Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

29-01-2019
10 dövlət əmlakına 17 sifariş verildi

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018
Növbəti hərracda yüksək rəqabət

Növbəti hərracda yüksək rəqabət

25-09-2018
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019
Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018
Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019
Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019
2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018
Hərraca 92 dövlət əmlakı çıxarıldı

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə