Previous Next
Bağla

Azərbaycanlılar “Microsoft Imagine Cup 2015” də ikinci yerə çıxdı

31-07-2015 11:26
Azərbaycanlılar “Microsoft Imagine Cup 2015” də ikinci yerə çıxdı

Xəbər verdiyimiz kimi, iyul ayının 27-31-də Sietlda (ABŞ) “Microsoft Imagine Cup 2015” innovasiya müsabiqəsinin finalı keçirilib. Final mərhələdə Azərbaycanı “NoObs” komandası təmsil edib.

Xeberler.az-ın məlumatına görə, “Microsoft Imagine Cup 2015” beynəlxalq innovasiya müsabiqəsində azərbaycanlılardan ibarət komanda “İnnovasiya” kateqoriyası üzrə ikinci yerə çıxıb.

Konkurs 3 kateqoriya əsasında keçirilib: World Citizenship (sağlamlıq imkanları məhdud olan insanlar üçün qlobal vətəndaşlıq layihələri), Games (oyunlar), Innovation (İnnovasiyalar).

Müsabiqədə dünyanın bütün ölkələrindən 33 komanda iştirak edib.

Bakını təmsil edən NoObs komandası (Ülviyyə Rüstəmova, Fidan Rüstəmova, Arif Mövsümzadə və Nizami İsmayılov ) Spinal layihəsi ilə “İnnovasiya” kateqoriyası üzrə ikinci yerin qalibi olublar.

Məlumat üçün bildirək ki, Spinal qurğusu onurğa sütunun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. İnsan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda Bluetooth modulu vasitəsi ilə Windows Phone əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olur.

Müsabiqənin qalibləri tutduqları yerdən asılı olaraq 50 min, 10 min və 5 min dollar məbləğində pul makafatı alacaqlar. Bundan başqa, Microsoft qaliblərə ABŞ-da startap-aksellerator təqdim edəcək.

Qeyd edək ki, müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi Redmondda baş tutub.

Azərbaycan keçirilən beynəlxalq yarışmada ilk dəfə çıxış edib.

 

Ruhəngiz Muradova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Microsoft Imagine Cup 2015”-in finalında Azərbaycan komandası iştirak edəcək

29-07-2015

Azərbaycan startapı xarici mentorlarla işləyəcək

04-11-2016

ABŞ-da qalib olmuş layihəmiz məhsullarının istehsalına başlayır

07-12-2015

Nazir “Microsoft Imagine Cup 2015”-in qaliblərini mükafatlandırdı

07-08-2015

Startap layihələrimiz “ITU Telecom World 2015 Award” müsabiqəsində yarışır

14-10-2015

“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb

23-11-2015

“Microsoft Imagine Cup” -da milli turun qalibləri açıqlanacaq

16-05-2016

“Microsoft Imagine Cup”-ın yerli final mərhələsində 24 komanda yarışacaq

29-01-2016

“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

05-06-2015

“Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri açıqlandı- Fotolar

22-05-2015

Microsoft Imagine Cup- 2017 müsabiqəsi başladı

21-11-2016

“Nazir Əli Abbasovun verdiyi pulu layihəmizə xərcləyəcəyik”

14-08-2015

“NoObs” komandasının üzvləri fəxri fərmanla təltif edilib

05-08-2015

Nar beynəlxalq innovasiya müsabiqəsinin tərəfdaşıdır

16-01-2016

”Microsoft Imagine Cup” müsabiqəsinin seçim turu başlayıb

17-12-2015

“Microsoft Imagine Cup 2016”-da milli finalın qalibləri açıqlandı

17-05-2016

Microsoft Imagine Cup müsabiqəsi ilə bağlı tədbir keçirilib

17-03-2018

Komandamız Kiyevdə İT müsabiqəsində 2-ci oldu

25-05-2017

“World Summit Award 2015” də yarışacaq layihələrimiz - İcmal

24-08-2015

Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

21-02-2018

Microsoft Imagine Cup 2017-də milli finalın qalibləri-Foto

03-05-2017

Nar Imagine Cup müsabiqəsinə dəstək olub

16-05-2018

Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

11-05-2018

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə