Previous Next
Bağla
REKLAM YERİ

Nar Imagine Cup müsabiqəsinə dəstək olub

16-05-2018 13:22
Nar Imagine Cup müsabiqəsinə dəstək olub

Azərbaycanda startapların formalaşması və genişləndirilməsinə xüsusi önəm verən Nar operatorunun dəstəklədiyi Microsoft Imagine Cup innovasiya müsabiqəsinin milli turu yekunlaşıb.

Xeberler.az bildirir ki, Imagine Cup 2018 müsabiqəsinin milli turu çərçivəsində münsiflər heyəti unikal fikirlər, yenilikçi texnoloji həllər, layihələri layiqincə təqdimetmə bacarığını qiymətləndirmiş, gənc ixtiraçılara “Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olub.

Milli Turda 9 ali təhsil müəssisəsi və SABAH Qrupları-ndan olan komandalar iştirak ediblər. Bu mərhələnin qalibləri mayın 15-də Bakıda təşkil olunan mükafatlandırma mərasimində münsiflər tərəfindən elan olunub. Üçüncü yerə “Ağıllı dibçək” layihəsinə görə “GardenX” komandası layiq görülüb. İkinci yeri həvəskar bələdçilər üçün mobil tətbiq hazırlayan “GuideAmigo” komandası tutub.

Bu tətbiq vasitəsilə istənilən şəxs şəhərin müxtəlif məkanlarında özünə bələdçi tapa bilər. Müsabiqənin birinci yerinə isə “KubiRub” komandası layiq görülüb. Bu komanda “Rubik kubu” məşhur oyununun mobil versiyasını hazırlayıb. Ənənəvi rənglərdən fərqli olaraq bu virtual kubun tərəflərində müxtəlif şirkətlərin loqotipləri yer alıb ki, hər hansı bir tərəfi yığan istifadəçi şirkətlərdən real bonuslar qazanacaq.

Yerli final mərhələsinin qalibi ABŞ-da keçiriləcək finalda iştirak etmək, layihənin gələcək inkişafı üçün nəzərdə tutulan və müsabiqənin əsas mükafatı sayılan 100 min ABŞ dolları uğrunda mübarizəni davam etdirmək imkanı əldə edəcək. Bu turun qalibi və gümüş mükafatçısı mayın 19-da Minskdə keçiriləcək MDB ölkələri üzrə regional finalda iştirak edəcək. Regional mərhələdə komandaların layihələrini azərbaycanlı mütəxəssislərin də yer aldığı beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Təhsil, elm və mədəniyyətin inkişafı Nar korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Imagine Cup 2018 müsabiqəsinin qalibləri açıqlandı

15-05-2018

Nar Imagine Cup müsabiqəsinə dəstək verir

26-02-2018

Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

11-05-2018

Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

21-02-2018

“Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri açıqlandı- Fotolar

22-05-2015

Microsoft Imagine Cup müsabiqəsi ilə bağlı tədbir keçirilib

17-03-2018

Nar beynəlxalq innovasiya müsabiqəsinin tərəfdaşıdır

16-01-2016

“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

05-06-2015

“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb

23-11-2015

Microsoft Imagine Cup 2017-də milli finalın qalibləri-Foto

03-05-2017

“Microsoft Imagine Cup 2015”-in finalında Azərbaycan komandası iştirak edəcək

29-07-2015

Microsoft Imagine Cup- 2017 müsabiqəsi başladı

21-11-2016

“Microsoft Imagine Cup” -da milli turun qalibləri açıqlanacaq

16-05-2016

”Microsoft Imagine Cup” müsabiqəsinin seçim turu başlayıb

17-12-2015

Nar NETTY-2018 -ə dəstək olub

16-04-2018

Nar komandası Breyn Rinq üzrə Azərbaycan çempionu oldu

09-01-2020

Nar-ın dəstəyilə keçirilən NETTY-2018 mükafatının qalibləri bəlli oldu

11-06-2018

Azərbaycanlılar “Microsoft Imagine Cup 2015” də ikinci yerə çıxdı

31-07-2015

“Microsoft Imagine Cup 2016”-da milli finalın qalibləri açıqlandı

17-05-2016

“Microsoft Imagine Cup”-ın yerli final mərhələsində 24 komanda yarışacaq

29-01-2016

Nazir “Microsoft Imagine Cup 2015”-in qaliblərini mükafatlandırdı

07-08-2015

Nar-ın dəstək verdiyi müsabiqənin nominantları müəyyən edilir

22-05-2018

Komandamız Kiyevdə İT müsabiqəsində 2-ci oldu

25-05-2017

ABŞ-da qalib olmuş layihəmiz məhsullarının istehsalına başlayır

07-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə