Previous Next
Bağla

Microsoft Imagine Cup 2017-də milli finalın qalibləri-Foto

03-05-2017 10:48
Microsoft Imagine Cup 2017-də milli finalın qalibləri-Foto

Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiya Parkı və Youth Inc. gənclərin sahibkarlıq proqramının dəstəyi ilə Microsoft Azerbaijan və Nar tərəfindən təşkil olunmuş Microsoft Imagine Cup 2017 müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib.

Xeberler.az-ın məlumatına görə, layihələrin təqdimatı və müdafiəsinin nəticələrinə əsasən, münsiflər heyəti bu ilin may ayında Kiyevdə keçiriləcək müsabiqənin beynəlxalq mərhələsində Azərbaycanı təmsil edəcək.

Müsabiqədə iştirak etmək üçün gənc proqramçılar və developerlər Microsoft platforması üzərində innovativ proqram layihəsi, Microsoft texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən Microsoft Windows platformaları üzərində orijinal oyun hazırlamaq lazım idi.

Müsabiqənin yekunlarına əsasən, Neftçi komandası qalib elan olunub.

Komandanın tərkibinə daxil olan Kərim Kərimov, Lalə Məmmədova, Şamil Ömərov (hər üçü Bakı Ali Neft Məktəbinin tələbəsi) və Səbuhi Talıbov (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi) Windows Azure üzərində Jabda adlı əlavə hazırlayıblar ki, bu həll vasitəsi ilə istifadəçilər kafe və restoranlarda xoşladığı musiqini seçə biləcəklər.

İstənilən musiqi janrın seçimi eyni vaxtda bir məkanda olan istifadəçilər tərəfindən əlavənin təklif etdiyi xüsusi xəritə ilə səsvermə vasitəsilə müəyyənləşəcək.

İstifadəçilər üçün sözügedən əlavə pulsuz, kafe və restoran sahibləri üçün isə ödənişli olacaq.

“Microsoft şirkətinin prioritet istiqamətlərindən biri də təhsil sahəsidir. Microsoft-un Azərbaycan üzrə Milli Planın əsas komponentləri ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyasıdır. Microsoft Imagine Cup – innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir. Məqsədimiz Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz tərəfdaşımızla birgə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara çıxarıla bilməsi üçün elə bir ekosistem yaratmaq istəyirik”, - deyə Microsoft Azerbaijan şirkətinin baş meneceri Sərxan Həşimov bildirib.

Qeyd edək ki, builki müsabiqədə iştirak edən 27 komandadan 10-u milli seçim turunu və uğurla keçib və Milli Finala vəsiqə qazanıb. Ümumdünya Finalında olduğu kimi Milli Finalda da müsabiqədə iştirak edən ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar öz aralarında yarışıblar. Finalda bir komanda qalib adına layiq görülüb, üç komanda isə mükafatçılar sırasında yer alıb.

Qalib komanda Kiyevdə müsabiqənin beynəlxalq yarımfinalında və bu mərhələdə uğur qazanacağı təqdirdə Azərbaycanı bu ilin iyul ayında Sietlda (ABŞ) keçiriləcək finalda təmsil etməyə şans qazanacaq. Milli Finalda ikinci və üçüncü yerləri tutan komandalara qiymətli hədiyyələr təqdim olunub.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Komandamız Kiyevdə İT müsabiqəsində 2-ci oldu

25-05-2017

Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

21-02-2018

Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

11-05-2018

“Microsoft Imagine Cup 2016”-da milli finalın qalibləri açıqlandı

17-05-2016

Imagine Cup 2018 müsabiqəsinin qalibləri açıqlandı

15-05-2018

“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

05-06-2015

“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb

23-11-2015

Microsoft Imagine Cup- 2017 müsabiqəsi başladı

21-11-2016

“Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri açıqlandı- Fotolar

22-05-2015

Nar beynəlxalq innovasiya müsabiqəsinin tərəfdaşıdır

16-01-2016

ABŞ-da qalib olmuş layihəmiz məhsullarının istehsalına başlayır

07-12-2015

“Microsoft Imagine Cup” -da milli turun qalibləri açıqlanacaq

16-05-2016

Microsoft Imagine Cup müsabiqəsi ilə bağlı tədbir keçirilib

17-03-2018

“Microsoft Imagine Cup”-ın yerli final mərhələsində 24 komanda yarışacaq

29-01-2016

”Microsoft Imagine Cup” müsabiqəsinin seçim turu başlayıb

17-12-2015

Nar Imagine Cup müsabiqəsinə dəstək olub

16-05-2018

“Microsoft Imagine Cup 2015”-in finalında Azərbaycan komandası iştirak edəcək

29-07-2015

Nar Imagine Cup müsabiqəsinə dəstək verir

26-02-2018

Azərbaycanlılar “Microsoft Imagine Cup 2015” də ikinci yerə çıxdı

31-07-2015

Azərbaycan startapı xarici mentorlarla işləyəcək

04-11-2016

Nazir “Microsoft Imagine Cup 2015”-in qaliblərini mükafatlandırdı

07-08-2015

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016

Bakı Ali Neft Məktəbinin komandası müsabiqəsində ikinci yeri tutub

11-07-2019

Startap layihələrimiz “ITU Telecom World 2015 Award” müsabiqəsində yarışır

14-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə