Previous Next
Bağla

Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

21-02-2018 14:33
Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

Microsoft şirkəti tələbələri, magistrləri və birinci tədris ilinin aspirantlarını Imagine Cup beynəlxalq innovasiya müsabiqəsinin Milli Turuna qeydiyyat başlayıb.

Xeberler.az bildirir ki, iştirak üçün onlayn-ərizələrin qəbulu 2018-ci ilin fevralın 26-dək davam edəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Microsoft Azərbaycan şirkəti, Paşa Bank və Nar mobil rabitə operatoru Imagine Cup 2018 innovasiya müsabiqəsinin Milli Turuna start verib. Gənc istedadlar arasında keçirilən Imagine Cup 2018 beynəlxalq texnoloji müsabiqənin Milli Finalı Bakıda cari ilin aprel ayında keçiriləcək.

Milli mərhələ çərçivəsində komandalar layihələrini ekspertlərdən ibarət olan münsiflər heyətinə təqdim edəcəklər. Sözügedən turun qalibləri  Imagine Cup 2018-in ABŞ-da keçiriləcək finalında iştirak etmək və layihənin gələcək inkişafı üçün nəzərdə tutulmuş və müsabiqənin əsas mükafatı sayılan – 100 000 ABŞ dolları uğrunda mübarizə aparmaq imkanı əldə edəcək.

Bir çox tələbə üçün  Imagine Cup kimi nüfuzlu müsabiqədə iştirak uğurlu karyeranın başlanğıcı ilə nəticələnir. Komandalar öz ilk layihələrini təqdim edərək informasiya texnologiyaları sahəsinin aparıcı mütəxəssislərindən tövsiyələr alırlar.

 “Təhsil sahəsi Microsoft şirkətinin prioritet istiqamətlərindən biridir. Microsoft-un Azərbaycan üzrə Milli Planın əsas komponentləri ölkədə innovasiya sahəsinin nkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyasıdır. Microsoft Imagine Cup – innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir. Məqsədimiz Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz tərəfdaşımızla birgə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara “Made in Azerbaijan” nişanı ilə çıxarıla bilməsi üçün innovasiya ekosistem yaratmaq istəyirik”, - deyə Microsoft Azerbaijan şirkətinin Azərbaycan üzrə Baş Direktoru Sərxan Həşimov bildirib.

Imagine Cup 2018 müsabiqəsinin Milli Turu çərçivəsində münsiflər heyəti unikal fikirləri, yenilikçi texnoloji həlləri, öz layihələrini layiqincə təqdim etmək bacarığını qiymətləndirəcək və gənc ixtiraçılara “Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olacaqlar. Ərizələrin onlayn təqdim edilməsi mərhələsi 2018-ci il fevral ayının 26-dək davam edəcək ki, burada layihənin təsviri, prototipi və onun inkişafının yaxın perspektivləri öz əksini tapmalıdır.

Imagine Cup 2018 müsabiqəsinin əsas texniki şərti: təqdim olunan bütün layihələrdə  “Microsoft Azure” bulud xidməti istifadə olunmalıdır.

Bu il əlavə 3 nominasiya üzrə də seçim aparılacaq - “Mixed Reality”, “Artificial Intelligence” botlar, “Big Data”.

2017-ci ildə Microsoft Imagine Cup müsabiqəsinin Kiyevdə keçirilən Avropa finalında Azərbaycanı Neftçi komandası təmsil edib və 2-ci yerə layiq görülüb.  Tələbələr “Microsoft Azure” üzərində “Jabda” adlı əlavə hazırlayıblar ki, bu həll vasitəsi ilə istifadəçilər kafe və restoranlarda xoşladığı musiqini seçə bilirlər. İstənilən musiqi janrın seçimi eyni vaxtda bir məkanda olan istifadəçilər tərəfindən əlavənin təklif etdiyi xüsusi xəritə ilə səsvermə vasitəsilə müəyyənləşir.

Məltəm Talıbzadə

 

Müsabiqədə iştirak etmək üçün qeydiyyat: https://imagine.microsoft.com/AZ

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

11-05-2018

Nar Imagine Cup müsabiqəsinə dəstək verir

26-02-2018

Imagine Cup 2018 müsabiqəsinin qalibləri açıqlandı

15-05-2018

Microsoft Imagine Cup 2017-də milli finalın qalibləri-Foto

03-05-2017

Microsoft Imagine Cup müsabiqəsi ilə bağlı tədbir keçirilib

17-03-2018

Nar beynəlxalq innovasiya müsabiqəsinin tərəfdaşıdır

16-01-2016

“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb

23-11-2015

“Microsoft Imagine Cup 2015”-in finalında Azərbaycan komandası iştirak edəcək

29-07-2015

Nar Imagine Cup müsabiqəsinə dəstək olub

16-05-2018

Komandamız Kiyevdə İT müsabiqəsində 2-ci oldu

25-05-2017

Microsoft Imagine Cup- 2017 müsabiqəsi başladı

21-11-2016

“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

05-06-2015

”Microsoft Imagine Cup” müsabiqəsinin seçim turu başlayıb

17-12-2015

ABŞ-da qalib olmuş layihəmiz məhsullarının istehsalına başlayır

07-12-2015

“Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri açıqlandı- Fotolar

22-05-2015

“Microsoft Imagine Cup” -da milli turun qalibləri açıqlanacaq

16-05-2016

“Microsoft Imagine Cup 2016”-da milli finalın qalibləri açıqlandı

17-05-2016

Azərbaycan startapı xarici mentorlarla işləyəcək

04-11-2016

“Microsoft Imagine Cup”-ın yerli final mərhələsində 24 komanda yarışacaq

29-01-2016

Azərbaycanlılar “Microsoft Imagine Cup 2015” də ikinci yerə çıxdı

31-07-2015

Nazir “Microsoft Imagine Cup 2015”-in qaliblərini mükafatlandırdı

07-08-2015

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016

Microsoft korporasiyası Bakutel 2018 sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

30-11-2018

Microsoft Bakutel-də nə təqdim edəcək? -Detallar

01-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə