Previous Next
Bağla

Azercell “Baku Flames”da ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

19-05-2026 19:32
Azercell “Baku Flames”da ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

Regionun yaradıcı sənaye, innovasiya və müasir kommunikasiya sahəsində aparıcı platformalarından biri hesab olunan “Baku Flames” festivalı uğurla yekunlaşıb. 15–16 may tarixlərində keçirilən festival bu il də müxtəlif ölkələrdən kreativ sənaye nümayəndələrini, beynəlxalq şirkətləri və media təmsilçilərini bir araya gətirib. Festival çərçivəsində ABŞ, Estoniya, Serbiya, Latviya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan daxil olmaqla 10-dan çox ölkədən ümumilikdə 320 layihə təqdim olunub. Layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti və yaradıcı sənaye üzrə tanınmış ekspertlər tərəfindən qiymətləndirilib.

“Azercell Telekom” MMC festivalda yüksək nəticələr əldə edərək Azərbaycan nominasiyaları üzrə “Ən Yaxşı Yerli Brend” adına layiq görülüb. Eyni zamanda, şirkətin “DigiMax” və “Oflayn Qadınlar” layihələri 1 Qran Pri, 2 qızıl və 2 bürünc mükafat qazanıb.

Belə ki, “Oflayn Qadınlar” layihəsi “Sosial təsir kampaniyaları” kateqoriyasında Qran-pri və qızıl mükafata, “Məqsədyönlü strategiya” və “PR-da sosial təsir” üzrə isə bürünc mükafata layiq görülüb. Həmçinin “DigiMax” tarif paketinin tanıtım çarxı “Film istehsalı” nominasiyasında qızıl mükafat əldə edib.

Bununla yanaşı, “Oflayn Qadınlar” sosial layihəsi beynəlxalq kateqoriyalarda mükafat qazanan yeganə yerli brend olaraq 3 gümüş, 2 bürünc mükafata layiq görülüb.

Qeyd edək ki, oflaynqadinlar.az platformasının əsas məqsədi zorakılığa məruz qalan və ya risk altında olan qadınlar üçün təhlükəsiz, əlçatan və etibarlı informasiya mühiti formalaşdırmaqdır. Sosial təşəbbüs ictimaiyyətə təqdim olunduqdan sonra platforma 30 mindən çox unikal baxış toplayıb.

Azercell festival çərçivəsində təşkil olunan panel müzakirələrdə də təmsil olunub. Şirkətin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova “Şəxsi brendinq və korporativ reputasiya” mövzusunda çıxış edib.

Texnobloger Fərid Pərdəşünasın moderatorluğu ilə keçirilən paneldə aktyor Azər Aydəmir və müğənni Nigar Camalla birlikdə şəxsi brend və müasir kommunikasiya trendləri müzakirə olunub. Həmçinin Azercell-in Marketinq Ünsiyyət Vasitələri şöbəsinin rəhbəri Nərgiz Sailova da festivalın panel müzakirələrinə qatılaraq yeni nəslin yaradıcı yanaşmaları barədə fikirlərini bölüşüb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır

15-05-2026

“Qızlara ağ yaraşır” daha bir Qran-pri qazanıb

10-10-2023

Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

03-03-2026

Azercell “Baku Flames” festivalının rəsmi tərəfdaşıdır

28-04-2025

Azercell kampaniyaları "Felis Azərbaycan"da 9 mükafat qazanıb

23-11-2022

Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi!

11-11-2024

Azercell beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi

15-09-2020

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olunub

05-05-2025

“Qızlara ağ yaraşır” beynəlxalq jurnalistlərdən mükafat qazandı

02-02-2024

"Azercell"in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib

08-05-2025

Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

13-02-2019

Azercell və Cüdo Federasiyasının sosial layihəsi mükafata layiq görülüb

02-07-2025

Azercell-in layihəsi nüfüzlu beynəlxalq festivalda Gümüş və Bürünc medal qazanıb

03-11-2020

Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!

10-10-2024

Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

13-03-2026

“E-sosial” portalı qızıl mükafata layiq görülüb

05-03-2025

Azercell daha bir uğura imza atdı

26-03-2019

“Azercell Telecom” STEVİE Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı olub

19-08-2021

Azercell “Oflayn qadınlar” sosial layihəsini təqdim edir

25-11-2025

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

11-07-2018

“Azercell”in QadınDediyin layihəsinin növbəti beynəlxalq uğuru

25-06-2021

Milli Observatoriya “Communitas” beynəlxalq mükafatına layiq görülüb

18-04-2025

Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

25-10-2016

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə