Previous Next
Bağla

“Azercell Telecom” STEVİE Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı olub

19-08-2021 20:05
“Azercell Telecom” STEVİE Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı olub

“Azercell Telecom” MMC Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında az enerji tələbatlı sensorlar konsepsiyasının tətbiq olunması üzrə hazırlıq səviyyəsinə görə 18-ci Stevie Beynəlxalq Biznes Mükafatlarında “İlin ən innovativ şirkəti” nominasiyasında qızıl mükafata layiq görüldü.

Azercell bu konsepsiyanı Azərbaycanda həyata keçirən ilk şirkətdir. Mobil operatorlar bu tipli sensor və qurğuları dəstəkləmək üçün LTE şəbəkəsində “az enerji tələbatlı genişmiqyaslı şəbəkə” (NB-IoT – Narrow-Band Internet of Things) funksiyasını təklif edir. Azercell Telekom da bu imkanı şəbəkəsinə tətbiq edərək lazımi sınaq testlərini keçirib, abunəçilərinə xidmət və əməkdaşlığa hazır vəziyyətə gətirmişdir.

Şirkətin bu təşəbbüsü IoT-nin verdiyi imkanlar əsasında insanlara daha rahat və “ağıllı” mühitdə yaşamaq və işləmək imkanı yaradan bir texnologiya ərsəyə gətirdiyinə görə münsiflər heyəti tərəfindən yüksək nailiyyət kimi dəyərləndirilmişdir. Beynəlxalq münfislər heyətinin verdiyi yüksək qiymətə münasibət bildirən “Azercell Telecom” MMC-nin Prezidenti Zərinə Zeynalova qeyd edib ki, böyük şəhərlərlə yanaşı, kiçik kəndlərdə də texnologiyalara rahat çıxış imkanının yaradılması şirkətin əsas prioritetləri sırasındadır. Z.Zeynalova həmçinin bildirib ki, Azercell IoT texnologiyalarının tətbiqi istiqamətində dövlətə dəstək verməyə hazırdır. Buraya xüsusilə “Ağıllı Şəhər” və “Ağıllı Kənd” dövlət proqramları çərçivəsində Qarabağda işğaldan azad olunmuş torpaqlarda müvafiq texnologiyanın tətbiqi daxildir.

Stevie Mükafatı qalibləri iyun ayından avqust ayının əvvəlinə qədər davam edən qiymətləndirmə prosesində iştirak edən dünyanın 260-dan çox nüfuzlu idarəçilərin
ortalama balları əsasında müəyyən olunmuşdur. Bu il demək olar ki, bütün sahələrdə fəaliyyət göstərən və müxtəlif miqyasda olan müəssisələr tərəfindən müxtəlif nominasiyalara 3,700-dən artıq layihə təqdim olunmuşdur. Qeyd edək ki, aparıcı mobil operator ötən il nüfuzlu Beynəlxalq STEVIE mükafatının 3-qat qalibi olmuşdur. Şirkət yüzlərlə müəssisə arasından “İlin telekommunikasiya şirkəti” adına layiq görülərək Qızıl mükafat qazanmışdır. Azercell eyni zamanda “İlin ən innovativ şirkəti” və “Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə Bürünc mükafat əldə etmişdir.

Beynəlxalq Biznes Mükafatları dünyanın nüfuzlu biznes mükafatları proqramıdır. Müxtəlif illərdə Google, Microsoft Corporation, Türk Telecom, Vodafon Türkiyə, Etisalat, Dell Technologies, Mayersk Company, HP Inc., UNESCO ICHCAP, IBM və s. nüfüzlu şirkətlər bu beynəlxalq müsabiqədə iştirak edib qalib seçilənlər sırasındadır.

Hazırda davam edən COVİD-19 pandemiyası səbəbindən qaliblərin mükafatlandırma mərasimi dekabrda virtual virtual şəkildə baş tutacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”

20-12-2021

Azercell beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi

15-09-2020

Azercell beynəlxalq mükafata layiq görülüb

27-08-2015

Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

25-08-2023

Azercell “Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinə artıq hazırdır

16-03-2021

Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

13-02-2019

Azercell növbəti beynəlxalq mükafatı qazandı

21-08-2018

Azercell daha bir uğura imza atdı

26-03-2019

Azercell-in uğurlu fəaliyyəti diqqət mərkəzində

11-01-2019

Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!

10-10-2024

Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

25-10-2016

Azercell İlin Telekommunikasiya Şirkəti seçilib

26-09-2019

Startapımız beynəlxalq mükafata layiq görülüb

16-08-2016

NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

10-08-2022

Azercell Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində!

08-04-2022

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025

“Azercell Biznes” İoT və M2M platformasını təqdim edir

11-02-2026

"Azerconnect" nüfuzlu "Stevie®" mükafatına layiq görülüb

19-10-2023

Azercell beynəlxalq mükafata layiq görülüb

17-07-2017

Azercell-in prezidenti qızıl medal aldı

13-10-2017

Azercell “İlin Mobil Operatoru” seçildi

18-12-2015

«Azercell» şirkəti daha bir xarici operatorla rouminq sazişi bağlayıb

15-12-2008

“Azercell” “İlin telekommunikasiya Şirkəti” oldu

21-12-2009

Azercell kampaniyaları "Felis Azərbaycan"da 9 mükafat qazanıb

23-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə