Previous Next
Bağla

Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

03-03-2026 16:09
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

Azercell-in qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində həyata keçirdiyi “Oflayn qadınlar” sosial təşəbbüsü beynəlxalq səviyyədə qiymətləndirilib. Layihə Londonda keçirilən “The Indie Awards 2026” mükafatlandırma mərasimində “İctimai Rifah” (Public Good Award) kateqoriyasında gümüş mükafata layiq görülüb.

Münsiflər heyəti təşəbbüsü yalnız yaradıcı konsepsiyasına görə deyil, eyni zamanda 2a cəmiyyət üçün yaratdığı real və ölçülə bilən sosial təsirə görə də yüksək dəyərləndirib. Layihə rəqəmsal həllərin aktual sosial problemlərin həllində effektiv rol oynaya biləcəyini nümayiş etdirir.

Təşəbbüsün əsas məqsədi zorakılığa məruz qalan və ya risk altında olan qadınlar üçün təhlükəsiz, əlçatan və etibarlı informasiya mühiti formalaşdırmaqdır. oflaynqadinlar.az platforması istifadəçilərə psixoloji, fiziki və iqtisadi zorakılıq hallarında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun atılmalı addımlar barədə sistemli və aydın məlumat təqdim edir. Platformada hüquqi prosedurlar, psixoloji və sosial dəstək imkanları, maarifləndirici materiallar, eləcə də yardım göstərə biləcək dövlət və qeyri-hökumət qurumları barədə təsdiqlənmiş informasiya yer alır.

Layihənin mühüm üstünlüklərindən biri - onun maksimum əlçatanlıq prinsipi əsasında qurulmasıdır. Azercell abunəçiləri platformadan internet paketi və ya balansda vəsait olmadan da istifadə edə bilirlər.

Təşəbbüs 25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə, BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində ictimaiyyətə təqdim olunub. Xatırladaq ki, fərdi dəstəyə ehtiyac yarandığı halda qadınlar Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə 116111 qısa nömrəsi vasitəsilə müraciət edə bilərlər. Azercell abunəçiləri üçün bu nömrəyə zənglər ödənişsizdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell “Oflayn qadınlar” sosial layihəsini təqdim edir

25-11-2025

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

26-01-2026

Azercell “Baku Flames”da ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

19-05-2026

“Qadın Dəstək Xətti”nə ilk yarım ildə 412 müraciət daxil olub

11-07-2024

“Qadın Dəstək Xətti” son 3 ay ərzində 1094 müraciət qeydə alıb

20-10-2025

“Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

12-05-2025

Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

22-08-2022

“Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

21-07-2025

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022

“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayıb

16-02-2025

Son altı ayda “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub

16-12-2024

“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirilib

27-11-2025

“Azercell”in təşəbbüsü ilə yaradılan qaynar xəttin 6 aylıq nəticələri açıqlanıb

25-01-2023

Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi

15-03-2024

“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında

02-05-2024

"Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək" adlı kompaniya başa çatıb

13-12-2024

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

Azercell-dən Beynəlxalq Qadınlar Gününə xüsusi təklif!

06-03-2025

"Rəqəmsal dünyanı qadinlar üçün təhlükəsiz mühitə çevirək!" kampaniyasına start verilir

25-11-2024

Azercell uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir

01-06-2018

Azercell Beynəlxalq Xalça Festivalında “Minlərlə ilmə, bir güc” xalçasını təqdim etdi

05-05-2026

Qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların 28 faizini təşkil edir

24-07-2025

Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi

15-04-2026

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə