Previous Next
Bağla

Azercell “Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb

20-08-2026 11:42
Azercell “Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb

Azercell insan kapitalının inkişafı və rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi layihələrlə “2026 Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb. İnsan kapitalının idarəedilməsi sahəsində qabaqcıl proqram və həllərin qiymətləndirildiyi beynəlxalq müsabiqədə şirkətin “İnsan kapitalının idarəedilməsi sisteminin rəqəmsal transformasiyası” layihəsi qızıl, IE Business School ilə birgə hazırladığı “Liderlik bacarıqlarının inkişafı proqramı” gümüş, “AI Bootcamp” layihəsi isə bürünc mükafata layiq görülüb.

“İnsan kapitalına sərmayə şirkətimizin uzunmüddətli inkişafının əsas şərtlərindən biridir. Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq biz müasir texnologiya və rəqəmsal həllər tətbiq etməklə yanaşı, bu transformasiyanı irəli aparacaq insanların bilik və bacarıqlarının inkişafına da sistemli şəkildə investisiya edirik. İnanırıq ki, texnoloji transformasiyanın real dəyəri məhz insanların yeni imkanlardan səmərəli şəkildə istifadə edərək onları real biznes nəticələrinə çevirə bilməsi ilə formalaşır”, – deyə Azercell-in İnsan kapitalı üzrə baş direktoru Dilarə Hüseynova qeyd edib.

Azercell şirkət miqyasında RPA və süni intellekt həllərinin tətbiqini genişləndirərək biznes proseslərinin rəqəmsal transformasiyasını davam etdirir. Bu transformasiya insan kapitalının idarəedilməsini də əhatə edir. SAP SuccessFactors platformasının tətbiqi nəticəsində əsas HR əməliyyatlarının 80–90%-i avtomatlaşdırılıb. Süni intellekt və avtomatlaşdırma həlləri proseslərin səmərəliliyini artırır və məlumat əsaslı qərarvermə imkanlarını genişləndirir.

Azercell əməkdaşlarının davamlı inkişafına və liderlik bacarıqlarının gücləndirilməsinə də xüsusi önəm verir. IE Business School ilə birgə hazırlanan “Liderlik bacarıqlarının inkişafı proqramı” şirkət əməkdaşlarında özünüidarəetmə, təşəbbüskarlıq, məsuliyyət və qərarvermə bacarıqlarının, rəhbərlərdə isə komandanın effektiv idarə olunması və əməkdaşların inkişaf etdirilməsi bacarıqlarının gücləndirilməsini nəzərdə tutur.

Eyni zamanda, şirkət gənclərin gələcəyin texnoloji bacarıqlarına yiyələnməsinə yönəlmiş təşəbbüslərə xüsusi diqqət ayırır. Azercell-in dəstəyi ilə həyata keçirilən “AI Bootcamp” ölkənin müxtəlif universitetlərində təhsil alan tələbələrə süni intellekt üzrə biliklərini dərinləşdirmək və AI texnologiyalarının real tətbiqi üzrə praktiki təcrübə qazanmaq imkanı yaradıb. Layihə ölkədə süni intellekt sahəsində gənc istedadların yetişdirilməsinə və gələcəyin əmək bazarı üçün zəruri kompetensiyaların formalaşdırılmasına xidmət edib.

Qeyd edək ki, Azercell beynəlxalq səviyyədə tanınan “Great Place to Work®” (“Əla İş Yeri”) sertifikatının sahibidir. Korporativ mədəniyyət və sağlam iş mühitinin dəyərləndirilməsi sahəsində qlobal standart sayılan bu nüfuzlu sertifikat yalnız əməkdaşların anonim rəylərinə əsasən təqdim olunur. 

Brandon Hall Group HCM Excellence Awards® insan kapitalının idarə edilməsi (Human Capital Management — HCM) sahəsində təşkilatların innovativ proqramlarını və onların ölçülə bilən nəticələrini qiymətləndirən beynəlxalq mükafat proqramıdır. Müsabiqəyə təqdim olunan layihələr müstəqil sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən biznes ehtiyaclarına uyğunluq, proqramların hazırlanması və tətbiqi, innovativ yanaşma meyarları əsasında qiymətləndirilir.

Azercell-in Accenture, EY (Ernst & Young), Google, IBM, Microsoft, Salesforce, T-Mobile, Verizon, Vodafon və digər bu kimi böyük şirkətlərin iştirak etdiyi müsabiqədə əldə etdiyi nəticə şirkətin texnoloji transformasiya və insan kapitalının inkişafına verdiyi önəmin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini əks etdirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
NEQSOL Holding dörd Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb

NEQSOL Holding dörd Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb

21-08-2026
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

21-05-2026
NEQSOL Holding Brandon Hall Group Silver Award Mükafatına layiq görülüb

NEQSOL Holding Brandon Hall Group Silver Award Mükafatına layiq görülüb

27-08-2021
NEQSOL Holding mükafata layiq görülüb

NEQSOL Holding mükafata layiq görülüb

06-09-2022
Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!

Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!

19-05-2025
ABB insan kapitalının idarə olunması sahəsində daha 2  nüfuzlu beynəlxalq mükafat qazandı!

ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı!

19-08-2026
DOST Agentliyi daha bir beynəlxalq mükafata layiq görüldü

DOST Agentliyi daha bir beynəlxalq mükafata layiq görüldü

04-09-2024
ABB istedadların inkişafı sahəsində 2 nüfuzlu  beynəlxalq mükafat qazandı!

ABB istedadların inkişafı sahəsində 2 nüfuzlu beynəlxalq mükafat qazandı!

05-09-2024
Azercell "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb

Azercell "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb

02-11-2024
Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

08-07-2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

23-07-2026
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

08-04-2026
NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

10-08-2022
Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan edib

Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan edib

31-10-2025
BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

06-05-2026
"Azerconnect" nüfuzlu "Stevie®" mükafatına layiq görülüb

"Azerconnect" nüfuzlu "Stevie®" mükafatına layiq görülüb

19-10-2023
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

17-03-2026
Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verib

Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verib

23-07-2025
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir

Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir

28-07-2026
"Azercell" PLATİN sertifikatına layiq görülüb

"Azercell" PLATİN sertifikatına layiq görülüb

30-01-2021
Azercell-in təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

Azercell-in təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

13-05-2025
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

20-05-2026
Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

13-02-2019
“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

23-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə