Previous Next
Bağla

ABB istedadların inkişafı sahəsində 2 nüfuzlu beynəlxalq mükafat qazandı!

05-09-2024 19:43
ABB istedadların inkişafı sahəsində 2 nüfuzlu  beynəlxalq mükafat qazandı!

Ölkəmizdə sektorun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB “The Brandon Hall Group” beynəlxalq təşkilatının 2 Mükəmməllik Mükafatına layiq görülüb. Mükafatlardan biri Bankda istedadların idarə olunması ilə bağlıdır. Digəri isə öyrənmə və inkişaf istiqamətindədir. ABB hər iki mükafata əməkdaşlar üçün təşkil etdiyi “Gələcəyin Liderləri” proqramına görə layiq görülüb.

Bank 6 aylıq proqramı bu sahədə ixtisaslaşmış beynəlxalq BTS konsaltinq şirkəti ilə birgə həyata keçirib. Proqramda seçim prosedurlarından keçmiş 30 əməkdaş iştirak edib. Onlar üçün müxtəlif liderlik mövzularını öyrədən fərdi seminarlar təşkil olunub və iştirakçıların fərdi inkişaf planları hazırlanıb. Belə proqramlarda məqsəd yüksək potensiallı əməkdaşların inkişafına dəstək vermək, ABB-nin cari və gələcək layihələri üçün peşəkar bacarıqlara malik biznes liderləri hazırlamaqdır.

“The Brandon Hall Group”un nüfuzlu mükəmməllik mükafatları qlobal biznes və HR icmasında kifayət qədər populyardır. Bu mükafatlar ayrı-ayrı şirkətlərin öyrənmə və inkişaf, istedadların idarə edilməsi, əməkdaşların liderlik bacarıqlarının inkişaf etdirilməsi, təşkilati təkmilləşdirmə və s. bu kimi sahələrdəki nailiyyətlərini qiymətləndirir. İnsan kapitalının idarə edilməsində mükəmməlliyi vurğulayır.

Sözügedən mükafatların təqdim olunması üçün əhatəli təhlil və qiymətləndirmələr aparılır. Seçim prosedurlarına görə bu mükafatlar müvafiq kateqoriyalarda ən yüksək standart meyarı sayılır.

1993-cü ildən fəaliyyət göstərən “The Brandon Hall Group” peşəkar inkişaf şirkəti kimi təşkilatlara data, araşdırma, sertifikatlaşdırma və s. sahələrində dəstək verir. Qurum indiyə qədər dünyanın müxtəlif ölkələrində 10 000 000-dan çox işçinin fərdi inkişafına təsir göstərən layihələr həyata keçirib, təşkilatlarda müvafiq istiqamətlərdə mükəmməlliyi gücləndirib və sertifikatlaşdırma aparıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NEQSOL Holding Brandon Hall Group Silver Award Mükafatına layiq görülüb

27-08-2021

NEQSOL Holding mükafata layiq görülüb

06-09-2022

DOST Agentliyi daha bir beynəlxalq mükafata layiq görüldü

04-09-2024

"Azerconnect" nüfuzlu "Stevie®" mükafatına layiq görülüb

19-10-2023

"NEQSOL Holding" L.E.A.P. adlı istedadların idarə edilməsi qlobal proqramına start verib

12-07-2023

Azerconnect şirkəti Azərbaycanın ən yaxşı işəgötürəni seçilib

04-04-2023

ABB “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib

17-11-2025

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

21-07-2025

“The Banker” ABB-ni bu il də “İlin bankı” elan etdi!

13-12-2024

Azerconnect şirkəti Azərbaycanın ən yaxşı işəgötürəni seçildi

22-02-2024

“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub

05-11-2024

5 ildə ABB Tech Akademiyasını 722 məzun bitirib

22-10-2024

RİNN və ABB birgə yeni layihəyə start verir

04-03-2022

“İlin bankı” ABB olub

04-12-2025

NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

10-08-2022

ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirilib

12-03-2026

ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçilib

21-02-2025

“Global Finance” ABB-ni yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!

04-05-2026

Ən çox bankçılıq mükafatını ABB qazanıb

03-04-2026

“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçib

13-05-2025

ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazanıb

06-03-2026

ABB ABA-nın 6 mükafatını qazanıb

15-04-2025

NEQSOL Holding 2026 BEST Award mükafatına layiq görülüb

12-03-2026

Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

28-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə