Previous Next
Bağla

Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan edib

31-10-2025 13:46
Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan edib

27 oktyabr 2025-ci il tarixində “Azercell Telekom” MMC və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə keçirilən “CyberCell Hackathon”un final mərhələsi baş tutub.

Yarış gənc istedadlara kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını nümayiş etdirmək, real problemlərə innovativ texnoloji həllər təqdim etmək imkanı yaradıb.

Final mərhələsində 17 komanda hazırladıqları layihələri BMU və Azercell Telekomun ekspertlərindən ibarət münsiflər heyətinə təqdim edib. Layihələr innovativlik, bazar və gəlir potensialı, kod keyfiyyəti, texniki dayanıqlılıq, kibertəhlükəsizlik tədbirləri və istifadəçi təcrübəsi kimi meyarlar əsasında qiymətləndirilib. Yekunda üç komanda qalib elan olunub.

Bağlanış mərasimində çıxış edən Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova iştirakçıları təbrik edib və şirkətin “CyberCell Hackathon” kimi layihələr vasitəsilə ölkədə gənc mütəxəssislərin yetişdirilməsinə, rəqəmsal sahələrdə insan kapitalının inkişafına daima dəstək verdiyini bildirib. Şirkətin Təhlükəsizlik departamentinin direktoru Fuad Səfərov təqdim olunan layihələrin innovativliyini yüksək qiymətləndirərək, onların kibertəhlükəsizlik sahəsində düşünülmüş və praktik yanaşmalara əsaslandığını qeyd edib.

BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov isə bu kimi təşəbbüslərin gənclərin innovativ düşüncə və komanda bacarıqlarının inkişafına töhfə verdiyini qeyd edərək universitetin bu istiqamətdə dəstəyinin davamlı olacağını bildirib.

Birinci yerə “Reportcell” layihəsi layiq görülüb. Bu sistem istifadəçilərə zəngləri real vaxtda qiymətləndirməyə və etibarlılığını yoxlamağa imkan yaradaraq, saxta zənglərə və səs klonlama hallarına qarşı müdafiə təmin edir.

İkinci yerin qalibi “Z-SIFR” kibertəhlükəsizlik platforması kiberinsidentləri operativ şəkildə aşkar edir, mürəkkəb məlumatları hüquqi və analitik məqsədlər üçün etibarlı hesabatlara çevirir.

Üçüncü yeri isə “S.W.I.S.S.” platforması qazanıb. Süni intellekt əsaslı bu həll real vaxtda kiberhücumları aşkarlayır, istifadəçinin məlumatlarını təhlil edərək ehtiyaclara uyğun proqnozlaşdırıcı müdafiə təmin edir.

Qalib komandalar müvafiq olaraq 4000, 3000 və 2000 AZN dəyərində pul mükafatı ilə təltif olunublar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

BMU və “Azercell”in təşkilatçılığı ilə “CyberCell Hackathon”u keçiriləcək

04-09-2025

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022

Azercell və ADA-nın “İdeya İnkubasiyası Proqramı”nın finalı baş tutub

18-06-2025

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi

17-04-2025

Azercell-in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatdı

05-06-2024

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

15-03-2019

“Azercell” kiber- təhlükəsizlikdə ölkədə top üçlükdədir

04-11-2023

Azercell-in komandası “CIDC-2025” yarışında böyük uğur qazanıb

13-10-2025

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub

14-04-2026

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022

AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

19-05-2025

“Bitget Hackaton – Startap” müsabiqəsinin finalı keçirilib

19-05-2025

Növbəti Azercell mütəxəssisi kibertəhlükəsizlik üzrə yarışmada birinci oldu

01-03-2024

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026

Hackathon müsabiqəsinə start verildi

11-03-2019

Azercell-dən tələbələrə daha bir dəstək

06-12-2017

BMU-nun komandası “JunctionX Baku 2024” hakatonunda qalib olub

18-10-2024

“AzInTelecom” kibermüharibə yarışının qalibi olub

11-10-2025

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025

Azercell “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə dəstək verir

14-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə