Previous Next
Bağla

Azercell ahıl yaşına çatmış abunəçilərinin xidmətində!

29-01-2022 19:25
Azercell ahıl yaşına çatmış abunəçilərinin xidmətində!

“Azercell Könüllüləri” və şirkətin Mobil Müştəri Xidmətləri Müharibə və Əmək Əlilləri üçün pansionata səfər edib.

Aparıcı mobil operator “Azercell Telekom”-un öz əməkdaşlarından ibarət “Azercell Könüllüləri” xeyriyyə qrupu uzun illərdir ki, əhalinin daha həssas təbəqələri üçün müxtəlif təşəbbüslərlə çıxış edərək fərqli yaş qrupundan olan insanlara öz qayğısını göstərməkdə davam edir. Bu dəfə “Azercell Könüllüləri” öz sovqatları ilə Bilgəh qəsəbəsində yerləşən 9 saylı Müharibə və Əmək Əlilləri üçün Pansionata səfər edib.

Könüllülərin həmin sosial xidmət mərkəzinə növbəti səfəri zamanı onları Azercell Mobil Müştəri Xidmətləri də müşayiət edib.

Beləliklə, özünün yeni “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədi ilə Azercell komandası pansionatda məskunlaşmış təqaüdçü abunəçilərinin rabitə ehtiyaclarını qarşılamaq, onlara bu xidmətlərdən daha rahat şəkildə faydalanmağı mümkün etmək kimi təşəbbüslə çıxış etdi. Ölkədə ilk dəfə olaraq pansionat sakinlərinə yerində və tam təmənnasız xidmət göstərərək Azercell Mobil Müştəri Xidmətləri gün ərzində 50-dən artıq təqaüdçüyə 30-dan çox müştəri əməliyyatı həyata keçirib, yaxınları ilə daha rahat əlaqə yaratmaq üçün mobil telefonun müxtəlif funsksiyalarından yararlanmaqda yardımçı olub.

Qeyd etmək lazımdır ki, səfər zamanı bir qayda olaraq Azercell-in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsis, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar həyata keçirildi. Ahıl yaşlı həmvətənlərimizi rabitə xidmətləri vasitəsilə dünyaya daha yaxın etmək məqsədilə təşkil olunmuş bu təşəbbüsdən pansionat sakinləri çox razı qaldıqlarını söyləyərək Azercell əməkdaşlarına öz minnətdarlıqlarını ifadə etdilər.

Xatırladaq ki, bundan öncə Azercell Mobil Müştəri Xidmətləri mobil rabitə təminatçıları arasında ilk dəfə olaraq Şuşaya səfər edərək iki gün ərzində hərbçilər, tibbi heyət və Şuşa şəhərinin bərpasında iştirak edən digər işçi heyəti üçün pulsuz rabitə xidmətləri həyata keçirib və növbəti aylar ərzində işğaldan azad olunmuş digər bölgələrə də səfər etməyi planlaşdırır.

"Azercell Könüllüləri" xeyriyyə qrupu da şirkətin digər xidmət strukturları ilə birgə əhalinin daha həssas, daha çox qayğıya ehtiyacı olan təbəqələri üçün bundan sonra da yeni sosial təşəbbüslər həyata keçirməyi qarşısına məqsəd qoyub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell Qarabağ qazilərinin xidmətində!

Azercell Qarabağ qazilərinin xidmətində!

18-03-2022
Azercell Asan İmza xidmətinin aktivləşdirilməsinə dəstək olmağa davam edir

Azercell Asan İmza xidmətinin aktivləşdirilməsinə dəstək olmağa davam edir

03-03-2023
Azercell Mobil Müştəri Xidmətləri Şuşada

Azercell Mobil Müştəri Xidmətləri Şuşada

25-09-2021
Azercell-in Mobil Müştəri Xidmətləri cəbhəyani bölgələrə gedəcək

Azercell-in Mobil Müştəri Xidmətləri cəbhəyani bölgələrə gedəcək

27-04-2015
Azercell-dən daha bir maraqlı sosial layihə

Azercell-dən daha bir maraqlı sosial layihə

18-11-2022
Azercell Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində!

Azercell Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində!

08-04-2022
Azercell Eksklüziv tezliklə Şuşada!

Azercell Eksklüziv tezliklə Şuşada!

15-03-2022
Cocuq Mərcanlıda Azercell hər evə gəldi

Cocuq Mərcanlıda Azercell hər evə gəldi

10-01-2019
Azercell 21 yaşını qeyd edib

Azercell 21 yaşını qeyd edib

16-12-2017
Azercell abunəçilərinin ünvanına özü gedəcək

Azercell abunəçilərinin ünvanına özü gedəcək

15-09-2015
Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

28-07-2022
Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

20-06-2022
 Azercell ASAN xidmət-in 3 ofisində öz mərkəzini yaradıb

Azercell ASAN xidmət-in 3 ofisində öz mərkəzini yaradıb

14-04-2017
“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçiriblər

“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçiriblər

11-07-2023
Zəngilanda Azercell-in ilk rəsmi diler mağazası!   

Zəngilanda Azercell-in ilk rəsmi diler mağazası!  

03-06-2022
   “Böyük Qayıdış”la Qarabağa dönən həmvətənlərimizin xidmətindəyik!     

  “Böyük Qayıdış”la Qarabağa dönən həmvətənlərimizin xidmətindəyik!  

20-07-2022
Azercell Respublika günü münasibətilə şəhid və əlil ailələrinə sovqat paylayıb

Azercell Respublika günü münasibətilə şəhid və əlil ailələrinə sovqat paylayıb

29-05-2020
Azercell Müştəri Xidmətləri  Gənclik Mall-da

Azercell Müştəri Xidmətləri Gənclik Mall-da

14-06-2016
Azercell Şuşadakı Eksklüziv ofisinin 1 illiyini qeyd edir!

Azercell Şuşadakı Eksklüziv ofisinin 1 illiyini qeyd edir!

19-07-2023
Azercell-dən fiziki məhdudiyyətli abunəçilərə xüsusi qayğı

Azercell-dən fiziki məhdudiyyətli abunəçilərə xüsusi qayğı

03-09-2018
Azercell-in Onlayn Müştəri Xidmətləri portalı yenilənib

Azercell-in Onlayn Müştəri Xidmətləri portalı yenilənib

14-07-2016
“Azercell” artıq Laçındadır!

“Azercell” artıq Laçındadır!

09-01-2024
Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə aksiyada iştirak edib

Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə aksiyada iştirak edib

24-11-2020
"Azercell"  Yeni il münasibətilə uşaqlara bayram sevinci yaşadıb

"Azercell" Yeni il münasibətilə uşaqlara bayram sevinci yaşadıb

28-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə