Previous Next
Bağla

Azercell Şuşadakı Eksklüziv ofisinin 1 illiyini qeyd edir!

19-07-2023 17:45
Azercell Şuşadakı Eksklüziv ofisinin 1 illiyini qeyd edir!

Azercell azad edilmiş ərazilərdə müştəri xidmətləri mərkəzini təqdim edən ilk və yeganə mobil operatordur

“Azercell Telekom” MMC işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı mühüm missiyanın həyata keçirilməsinə öz töhfəsini verməyə davam edir. Şirkət Qarabağda telekommunikasiya xidmətləri göstərən ilk və yeganə müştəri xidmətləri mərkəzinin 1 illiyini qeyd edir. Bu münasibətlə 17-18 iyul tarixlərində lider operatorun prezidenti Zərinə Zeynalova və şirkətin nümayəndə heyəti Şuşa şəhərinə səfər ediblər.  

Zərinə Zeynalova  azad edilmiş ərazilərdə aparılan bütün işlərin şirkət üçün olduqca önəmli olduğunu vurğulayıb: “ Azad edilmiş ərazilərin yenidən qurulması və həyata qaytarılması işlərində fəal iştirak etmək bizim üçün strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsinin başladığı gündən etibarən şirkətimiz cəbhə boyu şanlı ordumuzun ardınca irəliləyərək azad edilmiş ərazilərdə ilk mobil infrastrukturu qurmağa müvəffəq olub. Hazırda Azercell bu əraziləri ən müasir texnologiyalarla təchiz edərək öz 4G şəbəkəsini Qarabağ boyu gücləndirir və genişləndirir. Bu günə kimi azad edilmiş ərazilərdə şirkətimizin 100-dən çox baza stansiyası işə salınıb. Şirkətimiz bu istiqamətdə olan fəaliyyətini var gücü ilə davam etdirəcək”. 

Rəsmi tədbir iyul ayının 18-i Azercell-in Şuşa ofisində baş tutub. Tədbirdə çıxış edən şirkətin Satış və B2B blokunun direktoru Dəmir Dirim bu günün Azercell üçün tarixi əhəmiyyət daşıdığını bildirib. “Ötən il Azercell Qarabağda müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını istifadəyə verən ilk mobil operator oldu. Xüsusilə qürurvericidir ki, Eksklüziv tipli xidmət mərkəzimiz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində fəaliyyətə başladı. Artıq bir ildir ki, Azercell-in digər ofislərində olduğu kimi, bu mərkəzdə də abunəçilərə bütün xidmət spektri təqdim edilir. Onu da qeyd edim ki, birinci rəsmi diler mağazamız “ağıllı kənd” konsepsiyası ilə tikilən Zəngilanın Ağalı kəndində istifadəyə verilib. Azercell olaraq azad edilmiş ərazilərdə abunəçilərimizə operativ xidmət göstərmək məqsədilə Qarabağda yerləşən mərkəzlərimizin sayını artırmağı planlaşdırırıq”,- deyə Dəmir Dirim qeyd edib. 

Səfər çərçivəsində Azercell komandası həmçinin Şuşa şəhərinin tarixi-memarlıq abidələrini ziyarət edib, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olub.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell Füzulidə! 

Azercell Füzulidə! 

19-02-2024
Azercell Xankəndidə!

Azercell Xankəndidə!

11-03-2024
Azercell Eksklüziv tezliklə Şuşada!

Azercell Eksklüziv tezliklə Şuşada!

15-03-2022
“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021
“Azercell” artıq Laçındadır!

“Azercell” artıq Laçındadır!

09-01-2024
   “Böyük Qayıdış”la Qarabağa dönən həmvətənlərimizin xidmətindəyik!     

  “Böyük Qayıdış”la Qarabağa dönən həmvətənlərimizin xidmətindəyik!  

20-07-2022
“Azercell” azad edilmiş ərazilərdə 100-ə yaxın baza stansiya quraşdırıb

“Azercell” azad edilmiş ərazilərdə 100-ə yaxın baza stansiya quraşdırıb

10-03-2023
Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

01-10-2023
Azercell Mobil Müştəri Xidmətləri Şuşada

Azercell Mobil Müştəri Xidmətləri Şuşada

25-09-2021
"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

03-08-2023
Zəngilanda Azercell-in ilk rəsmi diler mağazası!   

Zəngilanda Azercell-in ilk rəsmi diler mağazası!  

03-06-2022
“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

10-06-2021
Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

05-09-2022
Azercell Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində!

Azercell Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində!

08-04-2022
Azercell yaşıl baza stansiyalarının sayını artırır

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024
"Azercell" abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna birbaşa ianə imkanı yaradılıb

"Azercell" abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna birbaşa ianə imkanı yaradılıb

17-09-2021
Azercell  azad olunmuş ərazilərdə LTE radio baza stansiyaları quraşdırır

Azercell azad olunmuş ərazilərdə LTE radio baza stansiyaları quraşdırır

23-10-2020
Azercell müştərilərinin mobil internetdən istifadə həcmi 30 faiz  artıb

Azercell müştərilərinin mobil internetdən istifadə həcmi 30 faiz artıb

09-12-2022
Azercell Şuşada ilk 4G şəbəkəsini qurdu

Azercell Şuşada ilk 4G şəbəkəsini qurdu

12-11-2020
Azercell-in Mobil Müştəri Xidmətləri cəbhəyani bölgələrə gedəcək

Azercell-in Mobil Müştəri Xidmətləri cəbhəyani bölgələrə gedəcək

27-04-2015
“Nar” Silahlı Qüvvələr Gününü işğaldan azad edilmiş ərazidə xidmət edən əsgərlərlə birgə qeyd etdi

“Nar” Silahlı Qüvvələr Gününü işğaldan azad edilmiş ərazidə xidmət edən əsgərlərlə birgə qeyd etdi

26-06-2021
Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başladı

Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başladı

24-01-2024
Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir

Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir

18-06-2021
Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır

Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır

17-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə