Previous Next
Bağla

Azercell Qarabağ qazilərinin xidmətində!

18-03-2022 18:16
Azercell Qarabağ qazilərinin xidmətində!

Aparıcı mobil operator “Azercell Telekom”-un öz əməkdaşlarından ibarət “Azercell Könüllüləri” xeyriyyə qrupu uzun illərdir ki, əhalinin daha həssas təbəqələri üçün müxtəlif təşəbbüslər həyata keçirməklə yanaşı, Vətən müharibəsində şəhid olmuş əsgərlərimizin ailə üzvlərini, eləcə də, sağlamlığını itirən qazilərimizi hər zaman diqqət mərkəzində saxlamağa çalışır. “Azercell Könüllüləri” növbəti səfərini Novruz bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Protez Ortopedik Bərpa Mərkəzinin Mürəkkəb Protezləşdirmə Stasionarına etdi. Həmin bərpa mərkəzində müalicə alan qazilərimizlə bir neçə gün ərzində görüşlər keçirən Azercell əməkdaşları təşkil etdikləri bayram süfrəsində onlara xüsusi sovqatlarını təqdim etdilər.

1-ci və 2-ci Qarabağ müharibəsi veteranlarının keyfiyyətli bağlantıya olan tələbatlarını nəzərə alaraq Azercell Mobil Müştəri Xidmətləri komandası da bərpa mərkəzinə baş çəkərək onlara təmənnasız şəkildə 30-dan çox müştəri əməliyyatı həyata keçirdilər. Qeyd etmək lazımdır ki, səfər zamanı bir qayda olaraq Azercell-in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsis, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar həyata keçirildi. Qələbə sevincini bizə qazandıran məğrur əsgərlərimizin rabitə imkanlarından daha rahat şəkildə yararlanmaq məqsədilə təşkil olunmuş bu təşəbbüsdən qazilər çox razı qaldıqlarını söyləyərək Azercell əməkdaşlarına öz minnətdarlıqlarını ifadə etdilər.

Xatırladaq ki, bundan öncə Azercell Mobil Müştəri Xidmətləri mobil rabitə təminatçıları arasında ilk dəfə olaraq Şuşaya səfər edərək iki gün ərzində hərbçilər, tibbi heyət və Şuşa şəhərinin bərpasında iştirak edən digər işçi heyəti üçün pulsuz rabitə xidmətləri həyata keçirib və növbəti aylar ərzində işğaldan azad olunmuş
digər bölgələrə də səfər etməyi planlaşdırır.

"Azercell Könüllüləri" xeyriyyə qrupu da şirkətin digər xidmət strukturları ilə birgə əhalinin daha həssas, daha çox qayğıya ehtiyacı olan təbəqələri üçün bundan sonra da yeni sosial təşəbbüslər həyata keçirməyi qarşısına məqsəd qoyub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell ahıl yaşına çatmış abunəçilərinin xidmətində!

29-01-2022

Azercell Mobil Müştəri Xidmətləri Şuşada

25-09-2021

Azercell Respublika günü münasibətilə şəhid və əlil ailələrinə sovqat paylayıb

29-05-2020

Azercell-in Mobil Müştəri Xidmətləri cəbhəyani bölgələrə gedəcək

27-04-2015

"Azercell" Yeni il münasibətilə uşaqlara bayram sevinci yaşadıb

28-12-2022

Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə aksiyada iştirak edib

24-11-2020

Azercell Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində!

08-04-2022

“Azercell Könüllüləri” bayram günlərində xeyriyyə təşəbbüsü həyata keçirib

02-04-2025

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

20-03-2021

Azercell Eksklüziv tezliklə Şuşada!

15-03-2022

Azercell Asan İmza xidmətinin aktivləşdirilməsinə dəstək olmağa davam edir

03-03-2023

Azercell 21 yaşını qeyd edib

16-12-2017

“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb

30-12-2025

“Azercell Könüllüləri”ndən uşaqlara bayram sevinci

07-01-2025

Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir

16-05-2020

Cocuq Mərcanlıda Azercell hər evə gəldi

10-01-2019

Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı

22-05-2020

"Azercell" Şəhid övladları və qazilər üçün peşə təlimlərinin keçirilməsinə dəstək olub

08-09-2021

Azercell-dən daha bir maraqlı sosial layihə

18-11-2022

Azercell abunəçilərinin ünvanına özü gedəcək

15-09-2015

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

28-07-2022

Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

20-06-2022

Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir

02-04-2021

Azercell ASAN xidmət-in 3 ofisində öz mərkəzini yaradıb

14-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə