Azərbaycanın lider mobil operatoru Azercell 2-3 may tarixlərində keçiriləcək “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının texnologiya və innovasiya tərəfdaşı qismində çıxış edir.
Xeberler.az bildirir ki, tədbirdə yerli və beynəlxalq spikerlərin, o cümlədən yaradıcı sənayenin aparıcı şirkətlərindən peşəkar komandaların iştirakı gözlənilir. Festivalda təqdim olunacaq bütün layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti daxil olmaqla, bu sahənin mütəxəssisləri tərəfindən qiymətləndiriləcək.
İki gün ərzində keçiriləcək festivalda tanınmış beynəlxalq spikerlərin çıxışları ilə yanaşı, panel müzakirələri, seminarlar və master-klasslar da yer alacaq.
Festivalın əsas tərəfdaşı olan Azercell tədbirin ilk günündə panel müzakirəsi təşkil edəcək.
Müzakirə sağlam həyat tərzinin təşviqi və narkomaniyaya qarşı mübarizə məqsədilə Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə əməkdaşlığı çərçivəsində ötən il həyata keçirilən "Doğru Yol Budur" sosial kampaniyasına həsr olunacaq. Paneldə Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və tanınmış rep ifaçısı Orxan Zeynallı çıxış edəcəklər. Müzakirəyə “Endorphin” kreativ agentliyinin direktoru Orxan Kərim moderatorluq edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları