Previous Next
Bağla

Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb

27-12-2025 17:47
Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb

Gənclər və İdman Nazirliyi tərəfindən 2025-ci ilin idman yekunlarına həsr olunmuş rəsmi tədbirdə “Azercell Telekom” MMC ölkədə idmanın inkişafına verdiyi töhfəyə görə ilin ən yaxşı idman dəstəkçilərindən biri elan edilib.

Tədbirə idman federasiyalarının və təşkilatlarının rəhbərləri, media nümayəndələri, tanınmış idmançılar, məşqçilər və idman ictimaiyyətinin üzvləri qatılıb.

Qeyd edək ki, Azercell uzun illərdir ölkədə idmanın inkişafına və sağlam həyat tərzinin təşviqinə yönəlmiş ardıcıl təşəbbüslər həyata keçirir. Şirkət milli idman federasiyaları ilə əməkdaşlıq edir, uşaqlar və gənclər üçün bu sahədə sosial layihələrin icrasına töhfə verir.

Azercell-in Azərbaycan Cüdo Federasiyası (ACF) ilə tərəfdaşlıqda həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial layihəsi erkən nikah mövzusunu gündəmə gətirərək gənc qızlar arasında idmana marağın artırılması və sağlam həyat tərzinin təşviqi məqsədini daşıyıb. Layihə çərçivəsində 7–14 yaş aralığında 1000 qız cüdo məşğələlərinə cəlb olunub. Bununla yanaşı, şirkətin ACF ilə birgə icra etdiyi daha bir sosial layihə, “Doğru yol budur” təşəbbüsü, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, sağlam həyat tərzinin təbliğatına yönəlib.

Eyni zamanda, Azercell 2017-ci ildən etibarən Paralimpiya Komitəsinin tərəfdaşıdır. Bu təşəbbüslər vasitəsilə “Azercell Telekom” MMC idmanı sosial dəyişikliklərin təşviqində əhəmiyyətli rol oynayan istiqamət kimi dəyərləndirdiyini və uzunmüddətli, dayanıqlı sosial təsirin yaradılması istiqamətində strateji yanaşmasını nümayiş etdirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir

23-04-2024

“Azercell”in "Qızlara ağ yaraşır" layihəsi ilin idman mükafatlarına layiq görüldü

17-01-2024

500 qız artıq cüdoya başladı

27-06-2023

"Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Qızlara ağ yaraşır” layihəsinə start verir

13-06-2023

Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzalayıb

28-02-2020

700-dən çox gənc doğru yolu seçdi!

26-06-2024

Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

10-04-2025

Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

12-12-2017

"Azercell Telecom"un dəstəyilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib

08-06-2023

Azercell-in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək

31-10-2019

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

27-04-2016

“Bakı Marafonu 2025” “Azercell”in eksklüziv tərəfdaşlığı ilə keçiriləcək

15-04-2025

Azercell Uşaq Paralimpiya Komitəsinə dəstəyi davam etdirir

13-04-2018

Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib

23-12-2025

Azercell Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Söz verirəm” sosial kampaniyasını elan edir

02-11-2023

Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

15-11-2019

"Azercell"in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib

08-05-2025

Azercell “Bakı Marafonu 2026”-nın eksklüziv tərəfdaşıdır

25-02-2026

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib

11-11-2016

Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi!

11-11-2024

Azercell Telekom idmançı qadınların simasında bütün xanımları təbrik edib

06-03-2020

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

19-12-2025

Olimpiya çempionları Azercell-in qonağı olub

22-08-2024

Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

28-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə