Previous Next
Bağla

Azercell-in əsas tərəfdaş olduğu IV Buktreyler Festivalının qala gecəsi keçirilib

03-05-2019 09:01
Azercell-in əsas tərəfdaş olduğu IV Buktreyler Festivalının qala gecəsi keçirilib

Kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və sair) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı məqsədlərini daşıyan IV Buktreyler Festivalının qala-gecəsi keçirilib. 

Xeberler.az bildirir ki, hər zaman yenilikçi təşəbbüsləri dəstəkləyən “Azercell” şirkəti festivalın əsas tərəfdaşı qismində çıxış edib. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, təsisçisi və direktoru isə kinoaktyor Ruslan Sabirlidir. Qeyd edək ki, qalib buktreylerlər tanınmış incəsənət xadimlərinin daxil olduğu münsiflər heyəti tərəfindən dəyərləndirilmə əsasında seçilib. 

Tədbirdə çıxış edən “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya rəqəmsallaşan dünyada kitabın ömrünün uzadılması, intellektual mədəniyyətin təbliği, mütaliənin, kitaba sevginin aşılanması kimi mühüm məqamların şirkət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, bu tip təşəbbüslərin dəstəklənməsinin zəruri olmasını qeyd edib.

Qeyd edək ki, Elxan Elatlının “On dördüncü adam” romanına Sadiq Fərzəlibəylinin çəkdiyi buktreyler “Azercell” şirkəti tərəfindən “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə qalib seçilib və 1000 AZN ilə mükafatlandırılıb. Qalib seçilən buktreyler və mükafatlar barədə ətraflı məlumatı https://www.booktrailer.az/ rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Vurğulamaq istərdik ki, “Azercell” mütaliə mədəniyyətinin inkişafına, ədəbi irsimizin təbliğinə öz töhfəsini vermək üçün 2015-ci ildə “Bookmate” xidmətini abunəçilərin istifadəsinə təqdim edib. 850 mindən çox kitabı özündə cəmləyən bu zəngin kitabxana mütaliəsevərlər arasında böyük rəğbətlə qarşılanıb. 2018-ci ildə isə “Azercell” tərəfindən “Bookmate” tətbiqi çərçivəsində kitabları səsli formatda dinləmək imkanı verən audio kitab xidməti istifadəyə verilib. İlkin olaraq, klassik ədəbiyyat incilərimizin doğma dilimizdə səsləndirilərək, yer aldığı bu xidmətə gələcəkdə müasir ədəbiyyat nümunələrimiz də əlavə olunacaq.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

19-02-2019

Azercell-dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək

18-02-2020

Azercell daha bir festivala dəstək verir

09-04-2018

Azercell-in dəstəyi ilə keçirilən festivalın qalibləri

03-05-2018

Azercell yeni Audio Kitablar layihəsini təqdim etdi

27-11-2018

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

28-02-2024

Azercell elektron və audio kitablarla IX Bakı Beynəlxalq Kitab Sərgisində çıxış edib

17-11-2023

500 min kitab cibinizdə

01-04-2016

Azercell yeni müsabiqəyə başladı

19-04-2017

Azercell “Baku Flames” festivalının rəsmi tərəfdaşıdır

28-04-2025

Xalqımızın qəhrəmanlıq eposu “Koroğlu” Azercell-in Audiokitab layihəsində

19-02-2021

“Gənclər kitab oxuyur” layihəsinin bağlanışı keçirilib-Foto

01-07-2017

Azercell yeni layihəyə başladı

11-04-2017

Bookmate istifadəçilərinin sayı 11 mini keçdi

15-11-2016

Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

13-03-2026

Azercell dahi Nizaminin irsini müasir audio-vizual vasitələrlə canlandıracaq

17-11-2021

Azercell-in layihəsi beynəlxalq sərgidə-Foto

29-09-2017

Azercell-in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi

28-10-2024

Azercell-lə 500 min kitab indi cəmi 0,15 AZN

05-07-2016

Azercell məhkum qadınlar üçün "Kitab Klubu" təşkil edib

13-03-2025

Azercell-in Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsi təqdim olundu

21-12-2023

Azercell-in Bookmate plus paketi ilə dünya ədəbiyyatı smartfonunuzda

03-10-2019

Məşhurlar Azercell-in tədbirində ədəbiyyatdan danışacaqlar

22-10-2024

Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında!

23-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə