Previous Next
Bağla

Azercell BMT-nin Qlobal Sazişinə qoşulub

01-12-2023 18:39
Azercell BMT-nin Qlobal Sazişinə qoşulub

Mobil operator Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində çalışacaq

“Azercell Telekom” MMC böyük məmnuniyyətlə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv qəbul olunduğunu elan edir. Mobil operator Davamlı İnkişaf Məqsədləri (DİM) və sosial məsuliyyət siyasətlərin qəbulu və onların həyata keçirilməsinə öz töhfəsini verəcək. BMT Baş Katibinin köməkçisi və BMT Qlobal Sazişinin İcraçı Direktoru Sanda Ojiambo salamlama məktubu vasitəsilə “Azercell Telekom” MMC-ni bu təşəbbüsdə iştirakı münasibətilə təbrik edib.

Qeyd edək ki, BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş “Qlobal Saziş” 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir. “Qlobal Saziş” üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərinə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

Mobil infrastrukturunu yüksək texnologiyalar əsasında quran, Korporativ Sosial Məsuliyyət strategiyası sağlam dəyərlərə əsaslanan, ölkədə biznes ekosisteminin inkişafına daima dəstək verən “Azercell Telekom” innovativ həllərin tətbiqi ilə insanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyir. Lider mobil operator öz şəbəkəsini ölkə boyunca genişləndirir və “yaşıl” texnologiyalar tətbiq edir. Qeyd edək ki, bu cür təşəbbüslər ekoloji maarifləndirmənin təşviqinə və Azərbaycanın davamlı inkişaf hədəflərinə çatmasına kömək edir.

BMT-nin Qlobal Sazişinə qoşulmaqla, “Azercell Telekom” insan hüquqları, ətraf mühit, anti-korrupsiya və əmək hüquqları sahəsində qlobal əlaqəni gücləndirərək BMT-nin ixtisaslaşmış agentlikləri ilə sıx əməkdaşlıq nəticəsində innovasiyalara əsaslanan möhkəm, inklüziv və dayanıqlı infrastruktur yaratmağa və onu təşviq etməyə çalışacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

20-04-2024

Azərkosmos BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulub

15-11-2023

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

18-10-2024

“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub

05-11-2024

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

04-07-2022

“Nar” BMT Qlobal Sazişi çərçivəsində “Uniting Business Europe 2023” tədbirində iştirak edib

11-10-2023

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

Azercell-in növbəti ESG tədbiri baş tutdu

11-06-2024

Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub

13-12-2023

“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi

30-09-2024

BMT-nin Qlobal Sazişinin prinsipləri müzakirə olunub

02-12-2019

“Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır

01-11-2024

ABB 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqladı!

05-06-2024

“Azercell Telekom” insan alverinə qarşı beynəlxalq foruma qatılıb

15-12-2010

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

Azercell "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb

02-11-2024

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

19-12-2025

Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

28-06-2024

Azercell-in dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu başa çatıb

23-11-2024

Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

08-05-2024

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024

BMT süni intellekt üzrə qlobal dialoqun ilk iclasına hazırlaşır

22-04-2026

Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!

19-05-2025

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə