Azercell insanların koronavirusa yoluxma riskinin azaldılması məqsədi daşıyan “e Təbib” mobil tətbiqini yükləyən abunəçilərinə hədiyyə qazandırır. Belə ki, “e-Təbib” mobil tətbiqini yükləyib qeydiyyatdan keçən bütün Azercell abunəçilərinə 100 MB internet hədiyyə olunur.
Xeberler.az bildirir ki, 100 MB internet 24 saat ərzində avtomatik qaydada abunəçinin balansına əlavə edilir. Paketdən istifadə müddəti 30 gündür və yalnız bir dəfə təqdim olunur. İnternet hədiyyəsi istisnasız olaraq bütün fakturalı və fakturasız xətt Azercell abunəçiləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, “e-Təbib” tez-tez verilən suallara cavabları və profilaktik tədbirlər haqqında məlumatları təqdim edən, ictimai yerlərdə olarkən ətrafdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdarlıq edən tətbiqdir. Həmçinin, təsadüfən infeksiya daşıyıcısı ilə təmas olduğu halda istifadəçiyə bildiriş göndərilir. Qeydiyyat üçün “e-Təbib” tətbiqini yükləyib daxil olduqdan sonra tətbiqin “Digər” bölümündə yerləşən “Şəxsi kabinetə” keçərək şəxsiyyət vəsiqə sinin FIN kodunu və digər tələb olunan əlavə məlumatları daxil etmək lazımdır.
Daha ətraflı bilgi üçün https://www.azercell.com/az/personal/services/partner_services/e_tabib/ ünvanına müraciət etmək mümkündur.
Qeyd edək ki, bu, “Azercell Telekom” MMC-nin COVID-19 pandemiyası ilə mübarizədə ilk dəstək layihəsi deyil. Şirkət infeksiyanın yayıldığı gündən etibarən korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bir çox sosial layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri