Previous Next
Bağla

Azercell-dən qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik dörd layihəyə dəstək

01-11-2024 18:16
Azercell-dən qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik dörd layihəyə dəstək

Qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik sosial layihə müsabiqəsinin final mərhələsi baş tutdu. Layihələrin dəyərləndirilməsi zamanı münsiflər heyəti dayanıqlı, daha geniş sosial kütlələrə faydalı olan, eləcə də rəqəmsal inklüzivliyin təşviqinə, texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə töhfə verən layihələrə üstünlük verdi.

Müsabiqəyə təqdim edilən 30-dan çox layihədən seçim şərtlərini ən yaxşı əks etdirən 5 layihə finala vəsiqə qazandı. Təqdim olunan layihələr əsasən sahibkarlıq, təhsil və iqtisadi səlahiyyətlərin artırılması istiqamətlərini əhatə edirdi. Final mərhələsində iştirak edən qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri münsiflər heyəti qarşısında layihələrinin əhəmiyyəti haqqında danışdılar.

Münsiflər heyətinin yekdil qərarı ilə dörd layihə qalib elan edildi. Müsabiqənin qalibləri :

"Huma Quşu" Təhsilə Yardım Fondunun “Aztəminatlı ailələrdən olan istedadlı gənc qadınların bakalavr, magistr və PhD səviyyəsində STEM təhsilinə dəstək” proqramı;

Şəki şəhərində fəaliyyət göstərən “Balans” İMİB-in “Qadın və biznes – Qadınların sahibkarlıq fəaliyyətinə dair biliklərinin təkmilləşdirilməsi üçün praktiki təcrübə proqramı”;

“Məhkum qadınların ictimaiyyətə qayıdışı İB”in “Məhkum Sahibkar Qadın İcmaları”nın yaradılması layihəsi;

“Alternativ Kommunikasiya və Tədqiqatlar İB”in kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması üçün nəzərdə tutulmuş “FarmHER” layihəsi oldu.

Ümumilikdə layihələrin həyata keçirilməsi üçün Azercell 30.000 AZN dəyərində qrant ayırdı.

Layihələrin qiymətləndirmə prosesinin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə müsabiqəyə təqdim olunan təkliflər bu sahə üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirildi.

Azercell bütün iştirakçılara müsabiqəyə göstərdikləri maraq üçün təşəkkür edir, qaliblərə isə layihələrinin həyata keçirilməsində uğurlar arzu edir!

Final mərhələsi haqqında video ilə tanış olmaq üçün:


ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir

27-08-2024

“Azercell” qadınlara dəstək verən təşəbbüslərini davam etdirir

03-12-2025

Azercell-in dəstəklədiyi layihə qadınların bilik və bacarıqlarının inkişafına töhfə verir

15-01-2025

Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində sosial layihə qəbulu davam edir

11-09-2024

Azercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu

07-07-2022

Azercell qadınlara növbəti dəstək proqramına start verir

01-09-2025

Azercell şəkili qadın sahibkarları dəstəkləyir

06-02-2025

Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

17-02-2025

Azercell-dən sosial layihə müsabiqəsi

11-05-2022

Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

05-03-2026

“FarmHER” layihəsi uğurla başa çatdı

14-04-2025

Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi

15-04-2026

Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib

12-03-2026

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir

22-05-2019

“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlanıb

20-05-2025

“Rəqəmsal Sahibkarlıq” müsabiqəsi başa çatıb

24-07-2025

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək olur

25-09-2019

AzerTelecom şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub  

20-12-2023

NEXT STEP-də finala çıxan startaplar açıqlandı

07-03-2017

Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi

23-09-2024

Yüksək Texnologiyalar Parkının rezidenti 1-ci yerin qalibi olub

03-05-2023

Azercell “Oflayn qadınlar” sosial layihəsini təqdim edir

25-11-2025

Şəkidə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

28-11-2019

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi

17-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə