Previous Next
Bağla

Azercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu

07-07-2022 13:17
Azercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu

Ötən ay “Azercell Telekom” tərəfindən elan olunaraq ölkədə sosial sahədə rəqəmsal inklüzivliyi təşviq edən sosial layihə müsabiqəsi finala adlayaraq yekun mərhələsinə yaxınlaşır. Xatırladaq ki, müsabiqənin məqsədi cəmiyyətin sosial fəallığını və inkişaf proseslərində daha aktiv iştirakını artırmaq, eləcə də, ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsinə dəstək olmaqdır.

Xeberler.az bildirir ki, təhsil, mədəniyyət və sağlamlıq istiqamətində layihələri nəzərdən keçirən bu müsabiqədə rəqəmsal mühitin inkişafına, inklüzivliyə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olan layihələrə daha böyük üstünlüyün verilməsi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, qiymətləndirmə prosesinin şəffaflığı və obyektivliyini təmin etmək məqsədilə layihələr Azercell şirkətinin əməkdaşları və ölkədə sosial məsuliyyət istiqaməti üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir.

Beləliklə, bir ay müddətində davam edən qəbul prosesi zamanı 20-dən artıq müxtəlif sosial layihələrə baxılmış, onlardan seçim şərtlərini ən yaxşı əks etdirən yeddi layihə finala keçid almışdır. Təqdim olunan layihələr milli ədəbiyyatın tanıdılması, qadınların İKT və cəmiyyətin müxtəlif sahələrinə inteqrasiyası, eləcə də, fiziki məhdudiyyətli şəxslərin rəqəmsal həllər vasitəsilə daha məhsuldar və aktiv həyata cəlb olunması kimi əhəmiyyətli məsələlərin həllinə yönəlmişdi. Finala haqq qazanmış qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri layihələrinin əhəmiyyətliliyini münsiflər heyəti qarşısında əsaslandıraraq onların cəmiyyətə təsiri barədə proqnozları ilə bolüşdülər.

Yaxın zamanda seçiləcək üç qalib layihə Azercell tərəfindən qrantla mükafatlandırılacaq.

“Azercell Telekom” fəaliyyət göstərdiyi dövr ərzində hər zaman korporativ sosial məsuliyyət prinsiplərini üstün tutaraq cəmiyyətin sosial inkişafına fayda verən layihələrin təşəbbüskarı və dəstəkçisi kimi çıxış edib. Təhsil, mədəniyyət, idman, sağlamlıq, rəqəmsal savadın artırılması və digər sahələrdə müxtəlif miqyaslı layihələrin keçirilməsinə yardımçı olan şirkət 25 il ərzində sosial layihələrə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.

 

 



ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell-dən sosial layihə müsabiqəsi

Azercell-dən sosial layihə müsabiqəsi

11-05-2022
Azercell-dən qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik dörd layihəyə dəstək

Azercell-dən qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik dörd layihəyə dəstək

01-11-2024
Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir

Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir

27-08-2024
Azercell qadınlara növbəti dəstək proqramına start verir

Azercell qadınlara növbəti dəstək proqramına start verir

01-09-2025
“Azercell” qadınlara dəstək verən təşəbbüslərini davam etdirir

“Azercell” qadınlara dəstək verən təşəbbüslərini davam etdirir

03-12-2025
 Azercell-in sponsorluğu ilə "I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı" baş tutub

Azercell-in sponsorluğu ilə "I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı" baş tutub

10-03-2023
Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb

Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb

27-12-2025
Azercell-in Mobil Göz Klinikası Ağdama gedir

Azercell-in Mobil Göz Klinikası Ağdama gedir

13-09-2018
Azercell “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri üçün inkişaf proqramı həyata keçirib

Azercell “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri üçün inkişaf proqramı həyata keçirib

01-07-2026
Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində sosial layihə qəbulu davam edir

Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində sosial layihə qəbulu davam edir

11-09-2024
Azercell növbəti beynəlxalq mükafatı qazandı

Azercell növbəti beynəlxalq mükafatı qazandı

21-08-2018
Azercell mükafata layiq görüldü

Azercell mükafata layiq görüldü

03-11-2015
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşəbbüs həyata keçirib

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşəbbüs həyata keçirib

14-03-2026
“Nar”ın dəstəyi ilə “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutub

“Nar”ın dəstəyi ilə “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutub

06-10-2025
Azercell Milli Paralimpiya Komitəsi ilə 3 saylı Uşaq evini ziyarət edib

Azercell Milli Paralimpiya Komitəsi ilə 3 saylı Uşaq evini ziyarət edib

18-03-2026
“Azercell”-dən gənclərə növbəti iş imkanı

“Azercell”-dən gənclərə növbəti iş imkanı

03-03-2020
Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

10-04-2025
Azercell-dən fiziki məhdudiyyətli abunəçilərə xüsusi qayğı

Azercell-dən fiziki məhdudiyyətli abunəçilərə xüsusi qayğı

03-09-2018
Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

05-03-2026
Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır

Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır

08-04-2024
Azercell “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinə dəstək verir

Azercell “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinə dəstək verir

27-03-2023
Gənclər Fondu qrant müsabiqəsi elan edib

Gənclər Fondu qrant müsabiqəsi elan edib

22-05-2026
“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda genişmiqyaslı sosial layihəyə start verir! (VİDEO)

“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda genişmiqyaslı sosial layihəyə start verir! (VİDEO)

22-05-2023
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

17-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə