Previous Next
Bağla

“Rəqəmsal Sahibkarlıq” müsabiqəsi başa çatıb

24-07-2025 15:59
“Rəqəmsal Sahibkarlıq” müsabiqəsi başa çatıb

24 iyul 2025-ci il tarixində “İKT-də qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin final mərhələsi və mükafatlandırma mərasimi baş tutub. Müsabiqə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilib. 

Xeberler.az bildirir ki, final mərhələsinə keçən 11 iştirakçının layihə təqdimatı ilə başlayan tədbir daha sonra rəsmilərin çıxış nitqləri ilə davam edib.

Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların innovasiya və rəqəmsal iqtisadiyyata çıxış imkanlarının daha geniş və sistemli şəkildə dəstəklənməli olduğunu, bu hədəflərə xidmət üçün Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə müsabiqə həyata keçirildiyini vurğulayıb.

Tədbirin davamında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış edərək sözügedən sahənin qadınlar üçün əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən işlərdən bəhs edib:” İKT sahəsi və rəqəmsallaşma bu gün texnoloji tərəqqinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, dövlət siyasətində prioritet mövqe tutur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq bu sahənin bütün vətəndaşlar, o cümlədən qadınlar üçün əlçatan olmasını təmin etmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçiririk. Qeyd edək ki,  son illərdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İKT sahəsi üzrə həyata keçirdiyi təqaüd proqramları və layihələrdən 4 mindən çox qadın yararlanıb.”  

Tədbirin davamında münsiflər heyəti tərəfindən qiymətləndirmə nəticəsində müəyyənləşdirilən 3 qalib elan olunaraq diplom və mükafatlarla təltif olunublar.

Müsabiqədə üçüncü yeri "Carelink" layihəsi ilə Ləman Xəlilzadə, ikinci yeri AgroFemTech layihəsi ilə Sürayə Əliyeva, birinci yeri isə "Süni intellektin qadın dəstək xəttinə inteqrasiyası" layihəsi ilə Kəmalə Aşumova tutub.  

Münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi innovativlik, tətbiqolunma imkanları, sosial təsir, texniki əsasləndırma və təqdimat bacarığı kimi meyarlara əsasən həyata keçirilib.

Qeyd edək ki, sözügedən müsabiqənin məqsədi qadınların rəqəmsal bacarıqlarını və İKT sahəsində iştirakını təşviq etmək, onların sosial təsir yaradan ideyalarını dəstəkləməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKT-nin bütün vətəndaşlara əlçatan olması üçün ardıcıl tədbirlər keçirilir

24-07-2025

Qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların 28 faizini təşkil edir

24-07-2025

“Rəqəmsal Sahibkarlıq” müsabiqəsinə qeydiyyat başlayıb

16-05-2025

“Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək

21-04-2021

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

23-06-2023

“Rəqəmsal Savadlılıq” təliminin bağlanış mərasimi keçirilib

24-10-2024

Qadınlar İKT bacarıqlarını artırır

07-07-2023

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024

Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib

07-11-2024

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025

Cəzaçəkmə müəssisəsindəki qadınlara İKT üzrə təlimlər keçirilib

20-12-2024

Nazir müavini Gürcüstanda keçirilən Beynəlxalq Rəqəmsal Bağlantı Sammitində iştirak edib

14-09-2022

“Azercell” qadınlara dəstək verən təşəbbüslərini davam etdirir

03-12-2025

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

06-03-2025

Jurnalıstlərə “Rəqəmsal Savadlılıq” təliminin sertifikatları təqdim olunub

03-08-2023

Sahibkarların maliyyə vəsaitlərinə çıxışı üçün online platforma yaradılır

21-01-2019

"RİNN"in dəstəyi ilə “Innosummit” infosessiyası keçirilib

29-04-2025

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

Azərbaycan və Cənubi Koreya arasında İKT sahəsi üzrə qrant sazişi imzalanıb

15-11-2023

Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

17-09-2024

Media nümayəndələrinə kibertəhlükəsizliklə bağlı təlim keçirilib

11-06-2024

Kəndli qadınlarının rəqəmsal bilikləri artırılır

07-08-2023

Qadınlar üçün ödənişsiz “İT əsasları” təlimləri keçiriləcək

07-01-2022

“Kiber Smart Ol” layihəsi çərçivəsində təlimlərə start verildi

21-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə