Previous Next
Bağla

Azercell fədakar tibb işçilərini dəstəkləyib

25-03-2020 17:50
Azercell fədakar tibb işçilərini dəstəkləyib

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə üzrə fəaliyyət sahəsində daha bir sosial məsuliyyət tədbiri  həyata keçirib.

Xeberler.az bildirir ki, şirkət bu dəfə müxtəlif tibb məntəqələrində və karantin mərkəzlərində koronavirusla mübarizədə həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən tibb işçilərimizə rabitə dəstəyi göstərib. Belə ki, “Azercell” öz abunəçiləri ilə digər iki operatorun abunəçiləri arasında heç bir fərq qoymadan yüksək məsuliyyətli iş başında olan 600-dən çox tibb işçisinin hər birinin balansına 50 AZN həcmində məbləğ yükləyib. Yüklənilən hədiyyə məbləği müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər.Qeyd edək ki, tibb işçilərinin siyahısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən təqdim olunub.

Xatırladaq ki, mobil operator ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait ayırıb. Şirkət, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Qaynar xətt”inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rouminq xidmətindən istifadə edən abunəçilərin balansına 50 manat məbləğində pul vəsaiti də yükləyib. Bundan əlavə, Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birlikdə 5 728 aztəminatlı ailəyə sovqat verilib. Bu layihə dövlətin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya tədbirlərinə dəstək məqsədi daşıyıb. Bunlarla yanaşı, “Azercell” istifadəçiləri üçün “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb.

Mobil operator 65 yaşdan yuxarı olan abunəçilərinə “Azercell”in müştəri xidmətlərindən evlərini tərk etmədən yararlanmaq imkanı təklif edib. Ödənişli mobil müştəri xidmətləri bu kateqoriyaya aid olan insanlara ödənişsiz formada göstəriləcək. Belə ki, zəruri hallarla bağlı yaranan problemlərin (sim-kart dəyişikliyi kimi servislər) həlli vətəndaşların evlərinə gedilməklə təmin olunacaq.

“Azercell Telekom” MMC tərəfindən cəmiyyətimizə dəstək məqsədilə bu cür  təşəbbüslərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell COVID-19-la mübarizədə növbəti xeyriyyə aksiyasına qoşuldu

20-04-2020

"Azercell" abunəçilərə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb

24-03-2020

“Azercell Telekom” MMC prezident Ilham Əliyevin çağırışına qoşulub

21-03-2020

Azercell koronavirusla savaşan tibb işçilərinə rabitə dəstəyini davam etdirir

24-12-2020

Azercell rominqdə olan abunəçilərinə dəstək olur

16-03-2020

Azercell-dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir

20-10-2020

Nar Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə edib

23-03-2020

Azercell-dən 5728 aztəminatlı ailəyə dəstək

23-03-2020

Azercell-dən 5728 aztəminatlı ailəyə dəstək

23-03-2020

“Nar+” tətbiqi ilə hesabını evdən idarə et

27-03-2020

“Nar” koronavirusla mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

18-07-2020

NRYTN-dən səhiyyə işçilərinə dəstək

21-07-2020

NRYTN rəhbərliyi Prezidentin çağırışına qoşulub

23-03-2020

“Nar” abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir

01-05-2020

Azərkosmos Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

25-03-2020

Azercell yaşlı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

25-03-2020

“Nar” həkimlərə rabitə dəstəyini davam etdirir

25-11-2020

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Azercell təhlükəsizlik təhlükəsizik tədbirlərini gücləndirir

03-04-2020

Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

06-02-2023

Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir

28-02-2022

"Azercell" müəllimlərə dəstək olub

28-04-2020

Azercell minlərlə aztəminatlı ailəyə Ramazan ayı boyunca dəstək olacaq

30-04-2020

Azercell Paycell xidməti üzrə göndərilən sorğuların xidmət haqqını dayandırır

22-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə