Previous Next
Bağla

Azercell minlərlə aztəminatlı ailəyə Ramazan ayı boyunca dəstək olacaq

30-04-2020 19:22
Azercell minlərlə aztəminatlı ailəyə Ramazan ayı boyunca dəstək olacaq

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələri sevindirməkdə davam edir.

Xeberler.az bildirir ki, şirkət tərəfindən korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilən xeyirxah təşəbbüslərin davamı olaraq müqəddəs Ramazan ayının hər həftəsi Azərbaycanın bölgələrində karantin dövründə sosial təcrid şəraitində yaşayan 1000 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılacaq. 

Ümumilikdə Ramazan ayı ərzində 4000-dən çox aztəminatlı ailəyə ərzaq dəstəyinin göstərilməsi nəzərdə tutulub. Bu həftə ərzaq yardımı Cəlilabad, Hacıqabul, Füzuli,
Gədəbəydə yaşayan ehtiyacı olan ailələrə ediləcək. Ərzaq payı alacaq ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim ediləcək. Payları ölkə boyu müxtəlif ünvanlara Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC çatdıracaq.

Azercell şirkətinin təşkil etdiyi yardım aksiyalarının əsas məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını yaxşılaşdırmaq, dövlət tərəfindən məlum infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində keçirilən tədbirlərə dəstək vermək, həmçinin cəmiyyətdə vüsət alan sosial yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaqdır.

Xatırladaq ki, Novruz bayramı münasibətilə və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində “Azercell Telekom” MMC həssas qrup kateqoriyadan olan insanlara qayğı və dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə Bakı şəhərində I qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 6000-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı çatdırmışdı.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha 1000 ailə Azercell-dən Ramazan sovqatı aldı

09-05-2020

Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı

22-05-2020

Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir

16-05-2020

Azercell-dən 5728 aztəminatlı ailəyə dəstək

23-03-2020

Azercell-dən 5728 aztəminatlı ailəyə dəstək

23-03-2020

Azercell Respublika günü münasibətilə şəhid və əlil ailələrinə sovqat paylayıb

29-05-2020

Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir

08-05-2020

“Aztelekom” MMC aztəminatlı ailələrə bayram sovqatı paylayıb

23-05-2020

Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib

30-04-2020

Azercell koronavirusla savaşan tibb işçilərinə rabitə dəstəyini davam etdirir

24-12-2020

"Azercell" abunəçilərə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb

24-03-2020

Azercell COVID-19-la mübarizədə növbəti xeyriyyə aksiyasına qoşuldu

20-04-2020

Azercell-dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir

20-10-2020

Son bir ildə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib

20-10-2021

Azercell Könüllüləri xeyriyyə yarmarkası təşkil edib

19-03-2026

“Azercell Könüllüləri” xeyriyyə təşəbbüsü həyata keçiriblər

26-05-2026

Azercell fədakar tibb işçilərini dəstəkləyib

25-03-2020

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

27-04-2020

Bakcell zərər çəkmiş sakinlərə dəstək göstərdi

13-06-2018

Azercell “İcazələrin Alınması və Monitorinqi Sistemi” nin təşkilinə dəstək verib

21-04-2020

“Azercell Könüllüləri” bayram günlərində xeyriyyə təşəbbüsü həyata keçirib

02-04-2025

"Azercell" müəllimlərə dəstək olub

28-04-2020

Poçt rabitəsinin yaradılmasından 202 il ötür

01-06-2020

Azərbaycanda Qurban bayramı qeyd olunur

27-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə