Previous Next
Bağla

Azercell təhlükəsizlik təhlükəsizik tədbirlərini gücləndirir

03-04-2020 18:36
Azercell təhlükəsizlik təhlükəsizik tədbirlərini gücləndirir

Ölkənin lider mobil operatoru olaraq Azercell Telekom qlobal pandemiya təhlükəsinin mövcud olduğu və sosial təcridin tətbiq edildiyi bu günlərdə xüsusi əhəmiyyət daşıyan kəsintisiz rabitəni və özünün xidmət keyfiyyətini necə qoruyur? Eyni zamanda həm abunəçilərin şəbəkə və xidmətlərlə bağlı ehtiyacları, həm də öz əməkdaşlarının iş şəraitində təhlükəsizliyini təmin etməyin öhdəsindən necə gəlir?

Xeberler.az "Qafqazinfo"ya istinadən bildirir ki, koronavirusun yüksək yoluxdurma xüsusiyyətlərini nəzərə alan şirkət əməkdaşlarının sağlam və təhlükəsiz şəkildə çalışmasının təmin edilməsi məqsədilə ardıcıl önləyici tədbirlər həyata keçirib. Bu məqsədlə bütün ofislərimizdə dezinfeksiya işləri aparılıb. Həmçinin, bakterial aktivliyin azaldılması məqsədilə iş yerlərində müxtəlif nöqtələrdə antiseptik dozatorları da quraşdırılıb. Azercell ofislərinə daxil olan bütün məktub və sənədlər yalnız kargüzarlıq şöbəsinin vahid pəncərəsi üzərindən təhvil alınır və dərhal dezinfeksiyadan keçərək yalnız növbəti gün ünvana çatdırılır. Adi dezinfeksiya tədbirləri ilə yanaşı, ofislərdə, həm də, ionizator və bakterisid lampalarla şüalanma işləri aparılır.

Bununla yanaşı, hələ fevral ayının sonundan etibarən növbəli iş rejimində çalışan həmkarlarımızın ictimai nəqliyyatdan istifadə etməmələri üçün şirkət tərəfindən onlara işə gəlib-getmək üçün xüsusi nəqliyyat təşkil olunub, mart ayının ikinci həftəsindən isə işçilərimizin böyük bir hissəsi koronavirus təhlükəsindən dolayı ofisdənkənar iş rejiminə keçirilərək evə buraxılıb. Ofis rejimində çalışan əməkdaşlarımızda mümkün xəstəlik və soyuqdəymə simptomlarının erkən diaqnostikası üçün xüsusi təlim görmüş təhlükəsizlik əməkdaşları girişlərdə elektron termometrlərlə işçilərin temperaturunu ölçürlər.

Azercell yalnız əməkdaşlarının deyil, müştərək şəkildə çalışdığı bütün tərəfdaşları üçün də təhlükəsizlik şəraitində işləmək imkanı yaradaraq, həm xüsusi təhlükəsizlik xidmətini, həm də NRYTN-nin mühafizə xidmətini lazımi vasitələrlə təmin edib. Bütün işçi heyəti üçün virusla mübarizə ilə bağlı onlayn video-təlimlər təşkil edilir, çalışan bütün ofislərdə bayram və istirahət günləri də daxil olmaqla tibb məntəqələri fəaliyyət göstərir, eyni zamanda, əməkdaşlar və onların birbaşa ailə üzvləri tibbi sığorta proqramı ilə təmin olunur. O cümlədən, əməkdaşların ev şəraitində daha səmərəli çalışmaları üçün bir sıra webinar formatlı onlayn təlim proqramları (pozitiv düşüncə sənəti, ev şəraitində effektiv işləməyin əsasları və s.) təşkil edilir.

Məlumdur ki, Azercell Müştəri Xidmətləri ofisləri əhalinin sıx ziyarət etdiyi məkanlardan biridir. Üzbəüz müştəri xidmətlərinin fəaliyyət özəlliyindən dolayı, bu bölmələrin işinin ofisdənkənar şəraitdə təşkili mümkün deyildir. Odur ki, müvafiq departament əməkdaşlarının sağlamlığı üçün xidmət kassaları, məlumat nöqtələri və gözləmə zallarında müntəzəm dezinfeksiya işləri aparılmaqla, hər bir işçi fərdi müdafiə vasitələri – qoruyucu maskalar, dezinfektorlar, eləcə də rezin əlcəklərlə təmin olunub. Hazırda Azercell-in 3 Müştəri Xidmətləri mərkəzi gündəlik olaraq saat 9:00-dan 18:00-a qədər fəaliyyətini davam etdirir. Həmin ofislərdə yoluxma riskini minimallaşdırmaq üçün xidmət kassalarında şəffaf arakəsmələr quraşdırılıb.

Eyni zamanda, abunəçilərimizin evi tərk etmədən rahat xidmət alması və karantin rejminə riayət etməsi məqsədilə bütün onlayn müştəri xidmətləri kanallarımızı və telefon mərkəzimizi gücləndirilmiş iş rejiminə keçirmişik.

Yaranmış vəziyyətdə yaşlı nəslin daha həssas təbəqə olduğunu nəzərə alaraq, 65 yaşdan yuxarı olan abunəçilərimizin Azercell-in müştəri xidmətlərindən evlərini tərk etmədən yararlanması üçün Mobil Müştəri Xidmətlərimizi bu kateqoriyaya aid olan insanlar üçün ödənişsiz etmişik. Bizim əməkdaşlarımız yorulmaq bilmədən karantində olan insanlara və yaşı 65-dən yuxarı olan vətəndaşlara xidmət göstərirlər. Onlar xüsusi qoruyucu geyimdə ən peşəkar şəkildə öz vəzifələrini yerinə yetirir.

Biz Azercell olaraq, həmçinin, ictimai rifahın dəstəklənməsi və dövlətimizin ölkədə COVİD-19 virusunun yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi önləyici tədbirlər çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürülməsi, 5728 aztəminatlı əlil ailələrin dəstəklənməsi, karantin məntəqələrində virusla mübarizə aparan 600-dən artıq həkim və tibb işçisinin balansına və rominqdə olan abunəçilərin balansına 50 manat həcmində vəsaitin yüklənməsi və digər bu kimi təşəbbüslərlə cəmiyyətimizə öz töhfəmizi vermişik.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in Səyyar Müştəri Xidmətləri işini fasiləsiz davam etdirir

26-08-2020

Azercell yaşlı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

25-03-2020

Azercell fədakar tibb işçilərini dəstəkləyib

25-03-2020

Azercellin xidmət mərkəzləri xüsusi iş rejiminə keçib

16-03-2020

Azercell diler şəbəkəsi üçün sertifikasiya proqramı keçirir

31-05-2021

“Azercell Telekom” MMC prezident Ilham Əliyevin çağırışına qoşulub

21-03-2020

Azercell rominqdə olan abunəçilərinə dəstək olur

16-03-2020

“Nar” abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir

01-05-2020

Azercell COVID-19-la mübarizədə növbəti xeyriyyə aksiyasına qoşuldu

20-04-2020

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10-04-2020

"Azercell" abunəçilərə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb

24-03-2020

Azercell Müştəri Xidmətləri Gənclik Mall-da

14-06-2016

Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

20-06-2022

Bakcell Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə edib

23-03-2020

Azercell-in Müştəri Məmnuniyyəti göstəricisi son altı ayda 90 faizi keçdi

17-08-2020

NRYTN bayram günlərində xüsusi iş rejimində fəaliyyət göstərəcək

19-03-2020

Azercell yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib

16-01-2019

Azercell 21 yaşını qeyd edib

16-12-2017

Azercell Mobil Müştəri Xidmətləri Şuşada

25-09-2021

Bakcell “Asan Xidmət”lə əməkdaşlığını davam etdirir

21-04-2020

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

28-07-2022

Nar “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə dəstək olur

22-04-2020

Azercell “İcazələrin Alınması və Monitorinqi Sistemi” nin təşkilinə dəstək verib

21-04-2020

Azercell abunəçilərinin ünvanına özü gedəcək

15-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə