Previous Next
Bağla

Azercell Karyera Sərgisində iştirak edib

01-03-2016 16:51
Azercell Karyera Sərgisində iştirak edib

 Hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərdə fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə sadiq qalıb.

Şirkət fevralın 25-də ADA Universitetində keçirilən “İstedadlarla karyera imkanları arasında körpü” adlı 4-cü Karyera Sərgisində iştirak edib.

Azercell-dən Xeberler.az-a verilən məlumata görə, ilk dəfə olaraq sərgidə Azercell Tələbə Proqramları çərçivəsində “Karyera Brendini Yarat” adlı seminar ilə tələbələr qarşısında çıxış edib.

Azercell nümayəndələri seminarda tələbələrlə görüşərək onlara karyera həyatının dəyərli seçimini etməkdə - Şəxsi Brendini yaratmaqda dəstək olublar. Şirkət əməkdaşları tələbələrə müsahibəyə professional hazırlaşma, özünü effektiv təqdimetmə texnikası və üsulları, şəxsiyyətin və vahid xüsusiyyətlərinin müəyyən edilməsi, “işə qəbul mütəxəssisi sizin haqqınızda nə düşünür” və müsahibəyə dair daha ətraflı faydalı göstərişlər mövzusunda seminarlar keçiblər. Seminarda 100-ə qədər tələbə iştirak edib.

Qeyd edək ki, tədbirin təşkilində əsas məqsəd ADA Universitetinin tələbə və məzunlarını ölkəmizdəki iş bazarının imkanları ilə tanış etmək, gənclərin istedadını daha səmərəli təqdim etmək, inkişafda olan sənaye sahələri, dövlət və özəl sektorun insan kapitalı ehtiyacı barədə aydın təsəvvür yaratmaqdır.

 Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir.

Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda Azercell-in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır.

Azercell şirkəti bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell IX Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

12-10-2015

Azercell istedadlı tələbələrə dəstək oldu

21-04-2015

Azercell-in təşəbbüsü ilə tələbələrlə görüş keçirilib

05-03-2015

Azercell növbəti karyera yarmarkasında

04-05-2015

Azercell ilə növbəti karyera imkanları- Foto

30-06-2016

Azercell Karyera Sərgisində iştirak edib-Foto

03-03-2017

Azercell tələbələrə dəstək olub

16-10-2017

Azercell gənclər üçün xüsusi elektron ünvan yaradıb

11-05-2016

Azercell daha bir karyera sərgisində iştirak etdi

04-03-2019

Azercell tələbələrə dəstək oldu

14-03-2018

Azercell Karyera Sərgisində iştirak edib-Foto

04-07-2017

Azercell növbəti dəfə tələbələr ilə görüşdü

01-06-2019

Azercell Karyera Sərgisində iştirak edib-Foto

30-05-2017

Tələbələr üçün iş və təcrübə qazanmaq imkanı

25-05-2016

Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

19-12-2018

Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

27-05-2019

Azercell tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur

13-03-2019

Azercell-in stendi ən çox ziyarət edilib

09-10-2017

Azercell gənclərə dəstəyini davam etdirir-Foto

08-12-2016

Qafqaz Universitetinin tələbələri Azercell-də

17-04-2015

«Azercell» Karyera Yarmarkasında iştirak edib

13-11-2010

Azercell əmək sərgisində iştirak etdi

26-03-2019

Azercell-dən karyera imkanı

18-12-2017

Azercell Qubada təlimlər təşkil edib

22-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə