Previous Next
Bağla

"Azercell" Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

16-04-2021 20:35
"Azercell" Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daima dəstək olan Azercell şirkəti bu istiqamətdə icra etdiyi Tələbə Təqaüdü və Təcrübə Proqramlarının uğurlarını bölüşür. On ildən artıqdır reallaşdırılan bu proqramlar çərçivəsində hər il Azərbaycanın universitetlərində təhsil alan onlarla istedadlı gənc Azercell-dən xüsusi təqaüd və şirkətdə təcrübə keçmək imkanı qazanır.

Xeberler.az bildirir ki, tələbə Təqaüdü proqramının iştirakçıları Azercell-in təqdim etdiyi dəstək hesabına fərdi inkişafa nail olaraq daha böyük uğurlar əldə ediblər. Proqram iştirakçısı olan tələbələr Azercell təqaüdünün onların həyatını dəyişdiyini, təhsillə bağlı ən böyük arzularını reallaşdırmasına yardımçı olduğunu bildirirlər.  

Uğur və nailiyyətlərini bölüşən Azercell təqaüdçüləri qeyd edirlər ki, proqrama seçilmələri onların növbəti nailiyyətləri üçün güclü bir stimul olub. Gənclərin əksəriyyəti bu təqaüdü təhsil aldıqları ixtisas üzrə peşəkar təlimlərə xərcləməklə gələcəkdə uğurlu karyeralarının təməlini atmış olublar. Onlar Azercell təqaüdü hesabına proqramlaşdırma və dil biliklərini təkmilləşdirmək üçün müxtəlif ödənişli kurslara qatılıblar. Təqaüdçülərdən bəziləri bir sıra tədbir və konfranslarda, bilik yarışları və debat oyunlarında iştirak edərək qalib olublar. Tələbələrin bir neçəsi son bir il ərzində maraqlı və məsuliyyətli layihələrə cəlb olunduqlarını açıqlayıblar. Azercell təqaüdçüləri sırasında elmi müsabiqələrdə qalib çıxanlar, dünya səviyyəli şirkətlərdə təcrübə keçənlər, müxtəlif sahələr üzrə beynəlxalq sertifikatlar əldə edənlər, nüfuzlu elmi jurnallarda məqalə dərc etdirənlər var. Təqaüdçülərin əksəriyyəti IELTS beynəlxalq dil sertifikatını qazanaraq, onlayn platformalarda müstəqil surətdə təhsil alıblar. Azercell təqaüdünü magistr təhsilinə xərcləyənlər, təhsilini davam etdirmək üçün texniki avadanlıq alanlar da olub. Azercell təqaüdçüləri birmənalı olaraq hesab edirlər ki, bu proqramda qalib çıxmaq onların gələcək iş həyatları üçün müsbət addımdır.

Əhəmiyyətli faktlardan biri isə Azercell təcrübə proqramında iştirak edən tələbələrin sonradan  şirkətdə işə qəbul edilməsidir. Təqaüdçülər şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etməklə təcrübə keçmək şansını əldə ediblər. Onların bir qismi Azercell-də iş təklifi alaraq uğurlu karyera qurmağa müvəffəq olub.

Belə ki, proqram iştirakçılarından bəziləri Azercell-in Marketinq, Rəqəmsal həllər və Partnyorluq, Texniki və Maliyyə departamentlərində işə qəbul olunublar.

2009-cu ildən etibarən “Azercell Telekom” MMC tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü” proqramı çərçivəsində əsasən informasiya texnologiyaları üzrə ali təhsil alan və yüksək göstəriciləri olan tələbələrə təqaüd ayrılır. Onlara bir il deyil, ümumilikdə təhsil müddətinin sonunadək hər ay 200 manat məbləğində təqaüd verilir. İndiyədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 235 tələbə Azercell şirkətinin təqaüdçüsü seçilib. Onlar arasında bakalavrlarla yanaşı, magistratura pilləsi üzrə təhsil alan gənclər də var. Bu il isə ikinci Qarabağ Müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələr də həmin proqram çərçivəsində dəstəklənib.

Azercell gənclərin uğurlu karyera qurmasına kömək etmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına, həm də onların işlə təmin olunmasına dəstək məqsədi ilə 2007-ci ildən etibarən Təcrübə Proqramını da reallaşdırır. Hər il bu proqram çərçivəsində onlarla gənc Azercell-də təcrübə keçərək telekommunikasiya sahəsi üzrə biliklərini artırır və gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanırlar. Azercell mütəmadi olaraq əmək yarmarkalarında, karyera sərgilərində də fəal iştirak etməklə istedadlı gənclərin şirkətdə işə qəbuluna şərait yaradır.

Ümumilikdə 2007-ci ildən indiyə qədər 231 tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 31 isə şirkətdə işlə təmin olunub.   

Təhsilə dəstək fəaliyyəti sosial məsuliyyət strategiyasının əsas sahəsi olan Azercell şirkəti Azərbaycanın bir çox qabaqcıl ali təhsil məktəbləri ilə əməkdaşlıq edir. Şirkət Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncədə Azərbaycan Texnologiya Universiteti və Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq memorandumları imzalayıb. Bu sazişlər çərçivəsində tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunması, eləcə də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə yönəlmiş müxtəlif layihələr həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016

Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

19-12-2018

Azercell tələbələrlə görüşüb

14-10-2017

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

09-01-2017

Azercell tələbələrə aylıq təqaüd verəcək

01-10-2016

Azercell və Bakı Dövlət Universiteti əməkdaşlıq memorandumu imzalayıb

21-10-2015

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb

13-01-2016

Uğurlu karyeraya Azercell-lə addımla!

04-10-2022

Azercell “Tələbə Təqaüdü Proqramı 2024” üçün qeydiyyatı açıq elan edir

02-10-2023

Bu il Azercell daha 25 tələbəni sevindirdi

22-01-2019

Qafqaz Universitetinin tələbələri Azercell-də

17-04-2015

"Azercell" müharibədə iştirak edən tələbələrə təqaüd ayırıb

11-02-2021

Azercell tələbələrə aylıq təqaüd verəcək

19-09-2018

10 tələbə Azercell-dən təqaüd qazanıb

27-02-2025

Azercell-in Bölgə Tələbə Proqramı keçirilir

08-12-2015

Azercell Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbuluna başlayır

17-09-2019

Azercell IX Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

12-10-2015

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb-Foto

25-01-2017

Azercell daha bir karyera sərgisində iştirak etdi

04-03-2019

Azercell tələbələrə aylıq təqaüd verəcək

18-09-2017

Azercell 2020-ci il Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib

29-01-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə