Previous Next
Bağla

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016 11:00
Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

Azercell Telekom MMC-nin nin əməkdaşları 2008-ci ildən etibarən start verilən Tələbə Təqaüd proqramı çərçivəsində ölkəmizin ali məktəblərində təhsil alan tələbələrlə bir sıra görüşlər keçiriblər.

Xeberler.az-ın məlumatına görə,  şirkət əməkdaşları oktyabr ayı ərzində Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Politexnik İnstitutu, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialında tələbələrlə görüşərək, onları Tələbə Təqaüd proqramı haqqında məlumatlandırıb.

Tələbələrin diqqətinə çatdırılıb ki, sentyabrın 30-dan  etibarən 2016-2017 tədris ili üçün start verilən növbəti Təqaüd Proqramına öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər müraciət edə bilərlər.

Tələbə Proqramının əsas məqsədi yüksək akademik nəticələrə nail olan ali məktəb tələbələrinə xüsusi diqqət və dəstək göstərmək, güclü potensiala malik tələbələrə təhsil aldıqları ixtisas üzrə mütəxəssis kimi yetişməkdə kömək etməkdir. 

Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər Azercell şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alırlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılır. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.

Qeyd edək ki, Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox tələbə Azercell şirkətinin təqaüdçüsü adına layiq görülüb. Onlar Azercell-dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar. Bununla da Azercell Telekom MMC korporativ sosial məsuliyyətli fəaliyyətini gücləndirir və cəmiyyətimizə daha artıq töhfə verir.  

 Təqaüd Proqramı ilə bağlı daha ətraflı burada. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell tələbələrlə görüşüb

14-10-2017

Azercell tələbələrə aylıq təqaüd verəcək

01-10-2016

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

09-01-2017

Azercell-in Bölgə Tələbə Proqramı keçirilir

08-12-2015

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb

13-01-2016

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb-Foto

25-01-2017

Azercell tələbələrə aylıq təqaüd verəcək

19-09-2018

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022

Bu il Azercell daha 25 tələbəni sevindirdi

22-01-2019

Azercell Tələbə Təqaüdü Proqramını elan edir

06-10-2011

Azercell və Bakı Dövlət Universiteti əməkdaşlıq memorandumu imzalayıb

21-10-2015

"Azercell" Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

16-04-2021

Azercell tələbələrə aylıq təqaüd verəcək

18-09-2017

“Azercell” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib

06-04-2026

“Azercell Tələbə Proqramı”nın təqdimatı keçiriləcək

20-10-2015

Azercell “Tələbə Təqaüdü Proqramı 2024” üçün qeydiyyatı açıq elan edir

02-10-2023

Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

14-10-2019

Uğurlu karyeraya Azercell-lə addımla!

04-10-2022

Azercell IX Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

12-10-2015

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

19-12-2018

10 tələbə Azercell-dən təqaüd qazanıb

27-02-2025

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə