Previous Next
Bağla

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022 16:19
Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

“Azercell Telekom” MMC gənc nəslin fərdi və peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi Tələbə Təqaüd və Təcrübə proqramının qaliblərini açıqlayıb. Mart ayının 3-də qaliblərin təntənəli mükafatlandırma mərasimində tələbələr ilə görüşən şirkətin rəhbər heyəti qalibləri təbrik edib, Azercell-in istedadlı və xüsusi qabiliyyətli
gənclərin yetişdirilməsinə daima töhfə verdiyini vurğulayıb.

Qeyd edək ki, 180 nəfərin müraciət etdiyi layihənin nəticələri dörd mərhələli seçim əsasında müəyyən edilib və 22 tələbə Azercell təqaüdçüsü və təcrübəçisi adına layiq
görülüb. Şirkət bu tələbələrə təhsil ilinin sonunadək 200 AZN məbləğində təqaüd ayıracaq.

Bundan əlavə, istedadlı gənclər Təcrübə proqramı sayəsində uyğun gəldikləri sahə üzrə bilik və bacarıqlarını artıra biləcəklər. Bu il ərzində proqram iştirakçıları təcrübəçi qismində Azercell-in peşəkar komandasına qatılacaq, real tapşırıq və layihələrdə iştirak etməklə səriştələrini inkişaf etdirə biləcəklər. Təcrübə proqramı çərçivəsində gənclər Azercell Akademiyasının sertifikatlı təlimçiləri tərəfindən keçirilən bir sıra təlimlərdə də iştirak edəcəklər.

Tələbələrlə görüşdə Azercell-in müxtəlif departamentlərinin əməkdaşları gənclərə öz peşələrinin xüsusiyyətləri haqda danışıb, onları maraqlandıran sualları cavablandırıblar. Tədbirin sonunda Azercell-in Təqaüd və Təcrübə proqramının iştirakçılarına mükafatlar təqdim olunub.

Qeyd edək ki, 2009-cu ildən etibarən “Azercell Telekom” MMC tərəfindən reallaşdırılan Tələbə Təqaüdü proqramı çərçivəsində Azərbaycanın müxtəlif təhsil ocaqlarında oxuyan tələbələrə təqaüd ayrılır. İndiyədək Azərbaycanın fərqli universitetlərində bakalavr və magistratura pillələrində təhsil alan Tələbə Təqaüdü 2022 Proqramının iştirakçılarının sayı da daxil olmaqla, 257 tələbə Azercell şirkətinin təqaüdçüsü seçilib. İkinci Qarabağ Müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələr də ötən
il Azercell-in bu proqramı çərçivəsində dəstəklənib. 2007-ci ildən etibarən həyata keçirilən Təcrübə Proqramı sayəsində isə 254 tələbə Azercell-də təcrübə keçib, onlardan 34-ü Azercell-də işlə təmin olunub.

Xatırladaq ki, bir çox qabaqcıl ali təhsil məktəbləri ilə əməkdaşlıq edən Azercell şirkəti tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunması, eləcə də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə yönəlmiş müxtəlif layihələr də həyata keçirir.

Azercell şirkəti Azərbaycanın təhsil sistemindəki yenilikləri izləyərək ali məktəblərlə əməkdaşlığı daha da gücləndirmək, istedadlı gənclərin inkişafına yardımçı olmaq yolunu davam etdirmək niyyətindədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022

"Azercell" Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

16-04-2021

10 tələbə Azercell-dən təqaüd qazanıb

27-02-2025

Bu il Azercell daha 25 tələbəni sevindirdi

22-01-2019

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016

Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

19-12-2018

Azercell 2020-ci il Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib

29-01-2020

Azercell tələbələrlə görüşüb

14-10-2017

Azercell Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbuluna başlayır

17-09-2019

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb

13-01-2016

Azercell tələbələrə aylıq təqaüd verəcək

01-10-2016

10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb

06-02-2024

Qafqaz Universitetinin tələbələri Azercell-də

17-04-2015

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

09-01-2017

“Azercell” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib

06-04-2026

Azercell tələbələrə aylıq təqaüd verəcək

18-09-2017

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018

Azercell daha bir karyera sərgisində iştirak etdi

04-03-2019

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018

Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

03-02-2026

Azercell tələbələrə aylıq təqaüd verəcək

19-09-2018

“Azercell”in prezidenti Tələbə Təqaüdü Proqramının qalibləri ilə görüşüb

12-01-2011

Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

14-02-2019

Azercell Tələbə Təqaüdü Proqramını elan edir

06-10-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə