Previous Next
Bağla

"Azercell" İKT sahəsində çalışan qadınları bir araya gətirib

09-04-2021 17:32
"Azercell" İKT sahəsində çalışan qadınları bir araya gətirib

“Azercell Telekom” MMC-nin təşkilatçılığı ilə “Qadınların İKT sahəsində rolu” mövzusunda onlayn müzakirə keçirilib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, müzakirə ən son texnoloji danışıq platformalarından olan “Klabhaus”da “Azercell otağında” baş tutub. Tədbirə əsas qonaqlar qismində Azərbaycanın İKT sahəsində öz peşəkarlığı ilə tanınan qadın mütəxəssisləri qatılıb. Belə ki, Yana Krimpe (B.EST Solutions şirkətinin təsisçisi və direktoru), Günel Səfərəliyeva (MONT MMC-nin baş direktoru), İnarə Quliyeva (HPE Azərbaycan nümayəndəliyinin rəhbəri), Xavər Babazadə (“Azercell Telekom” MMC-nin şəbəkə texnologiyası şöbəsinin rəhbəri) İKT sahəsində qadınların rolundan, bu istiqamətdə uğur qazanmaq üçün vacib olan şəxsi və peşəkar keyfiyyətlərdən, eləcə də son illərdə proqramçı, İT mühəndisi peşələrində çalışan qadınların uğur qazanmaq statistikasının yüksəlişindən bəhs ediblər. Onlayn sessiya hər kəsin sərbəst şəkildə sual verib, münasibət bildirməyinə açıq şəkildə keçib. Dinləyicilər tədbirlə bağlı müsbət fikirlərini bölüşüblər.

Hazırda bütün dünyada daha çox qadının İKT sahəsinə cəlb olunması istiqamətində ciddi işlər görülsə də, ən sivil ölkələrdə belə, çətinliklər və maneələr mövcuddur. Bu sahədə çalışan qadınlar İKT üzrə ümumi işçi bazarının cəmi 26% təşkil etməkdədir. Onlayn müzakirənin spikerləri Azərbaycanda qadın olaraq İKT sahəsində uğur qazanmağın imkanlarından da danışıblar, başqa ölkələrlə müqayisədə cinsi diskriminasiyanın yox dərəcədə olduğunu qeyd ediblər. “Azercell Telekom” da işçi seçimi zamanı bu kimi məsələlərə diqqət edir. Məlumat üçün bildirək ki, şirkət işçilərinin 42% məhz qadınlar təşkil edir. Şirkət üzrə rəhbər vəzifələrdə təmsil olunan xanımların sayı isə 30% çoxdur. Qeyd edək ki, “Azercell Telekom”un şəbəkə texnologiyası şöbəsinin rəhbəri Xavər Babazadə İKT istiqamətində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prezidentinin sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb.

Xatırladaq ki, bütün dünyada aprelin sonuncu həftəsinin dördüncü günü "İKT-də qızlar" günü kimi qeyd edilir. Qabaqcıl Texnologiyalar sahəsində daim öncül olan “Azercell Telekom” qadınların İKT sahəsinə cəlb olunması, onları motivasiya etmək və özgüvənlərini artırmaq, bu istiqamətdə inkişaf etməsi məqsədilə hər il çoxsaylı tədbirlər keçirir, önəmli sosial layihələrə imza atır. İKT sahəsində peşəkar qadın kadrlarının yetişdirilməsinə xüsusi qayğı ilə yanaşan “Azercell” tərəfindən həyata keçirilən layihələr çərçivəsində müxtəlif proqramlar, görüşlər keçirilib, İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında seminarlar təşkil olunub.

“Azercell Telekom” bərabər imkanlar yaratmaq və inklüziv cəmiyyət qurmaq istiqamətindəki sosial fəaliyyətini bundan sonra da davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Qadınların İKT sahəsində rolu” mövzusunda müzakirələr aparılacaq

08-04-2021

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016

“Qadınların İKT sahəsində rolu” mövzusunda tədbir keçiriləcək

02-03-2017

Bu gün “İKT-də Qızlar” Günüdür

23-04-2020

“Azercell Telekom” insan alverinə qarşı beynəlxalq foruma qatılıb

15-12-2010

“İKT-də Qızlar” Beynəlxalq Gününün 10 illik yubileyi qeyd edilir

22-04-2021

Azercell-in sponsorluğu ilə "I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı" baş tutub

10-03-2023

İKT Qadınlar klubu ilin hesabatını verəcək

02-12-2015

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015

Qadınların İKT Klubu yaradıldı

04-12-2014

İKT Qadınlar Klubu 2 yaşını qeyd edir-Fotolar

03-12-2016

Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

07-01-2022

Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi

23-09-2024

“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

23-04-2015

“İKT-nin qadınların həyatında rolu” konfransı keçiriləcək

21-04-2015

FEMMES DIGITALES 2 yaşını qeyd edib-Foto

06-12-2016

"Her Improvement" layihəsinin növbəti mərhələsi yekunlaşıb (VİDEO)

27-04-2023

Bu gün dünyada “İKT Qızlar günü” qeyd edilir

23-04-2015

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

17-03-2026

24 aprel - Beynəlxalq İKT-də Qızlar Günüdür

24-04-2025

Rabitə sahəsində 6 minə yaxın qadın çalışır

09-03-2013

Qadınlarının İKT Klubu yaradılır

02-12-2014

8 Martla birgə, "İKT qadınlar" layihəsi gəlir

06-03-2015

“Azercell Telekom” -un fəaliyyətində problemlər yaranacaq

26-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə