Previous Next
Bağla

24 aprel - Beynəlxalq İKT-də Qızlar Günüdür

24-04-2025 08:41
24 aprel - Beynəlxalq İKT-də Qızlar Günüdür

Bütün dünya ictimaiyyəti kimi Azərbaycanda da aprelin sonuncu həftəsinin dördüncü günü İKT-də Qızlar Günü (“Girls in ICT Day”) kimi qeyd edilir.

Xeberler.az məlumat verir ki, bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsis edilib.

Bu il Beynəlxalq İKT-də Qızlar Günü aprelin 24-də qeyd olunacaq və “İnklüziv rəqəmsal transformasiya üçün İKT-də qızlar” mövzusuna həsr olunub.

İKT-də Qızlar Gününün keçirilməsinin əsas məqsədi qızları informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etmək və onların bu sahədə fəaliyyətini dəstəkləməkdir.

Bilirik ki, gələcəyin işləri texnologiya və innovasiya ilə idarə olunacaq. Bu gün ibtidai məktəbə daxil olan uşaqların 65 faizi gələcəkdə bugünkü gün mövcud olmayan işlərdə çalışacaq. Qızlar öyrənməyə həvəslidirlər, məsuliyyət götürürlər və texniki bacarıqlara yiyələnirlər və öz nümunələri ilə başqalarını ruhlandırırlar.

Dünyada daha çox qadının İKT sektoruna cəlb edilməsi üçün ciddi səylər göstərilsə də, hətta ən sivil ölkələrdə belə bu yolda bir sıra problemlər və maneələr mövcuddur. Bu sahədə çalışan qadınlar ümumi İKT əmək bazarının cəmi 26 faizini təşkil edir.

Bu gün ölkəmizdə də ənənəvi olaraq geniş qeyd olunur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən gənc qızların texnologiya sahəsində maarifləndirilməsi, təhsilin əhəmiyyəti və bu sahədə geniş imkanlar barədə məlumatlandırılması, rəqəmsal dünyada fəal iştiraka cəlb edilməsi məqsədi ilə hər il Beynəlxalq İKT-də Qızlar Gününə həsr olunmuş tədbirlər təşkil olunur.

Azərbaycanın İKT sektorunda əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatlar səviyyəsində də qeyd olunur.

Belə ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) regional direktoru Nataliya Moçu “Onlayn Azərbaycan” layihəsinin bu il Bakıda baş tutan hesabat tədbirində bildirdi: “Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində məlumatların toplanması sisteminin təkmilləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edib. 2022–2023-cü illərdə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məlumatların toplanması və ötürülməsi proseslərinin BMT-nin beynəlxalq tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində işlər aparılıb. Ümid edirik ki, bu layihə vasitəsilə Azərbaycan daha da keyfiyyətli məlumat təqdim edəcək. Həmçinin ölkədə ən aktiv internet istifadəçiləri gənclərdir. Dünyada 15-24 yaşında insanların təxminən 79 faizi internetdən istifadə edir ki, bu da əhalinin qalan hissəsindən 13 faiz çoxdur. Azərbaycanda isə bu rəqəmlər daha yüksəkdir. İnternetdən istifadə edən gənclərin (15-24 yaş) payı 88,2 faiz, 25-74 yaşlı əhali arasında isə bu rəqəm 91,2 faizə çatır”, - deyə BTİ regional direktoru vurğulayıb.

Həmçinin Beynəlxalq İKT-də Qızlar Günü bu il ilk dəfə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində və Ərəb Dövlətləri regionu ilə birgə qlobal səviyyədə keçiriləcək. Eləcə də Qırğızıstanın Bişkek və Mavritaniyanın Nuakşot şəhərləri arasında birbaşa əlaqə olan hibrid tədbir keçiriləcək. Tədbirdə dünyanın hər yerindən görkəmli ekspertlərin iştirakı ilə müzakirələr aparılacaq və qlobal auditoriyaya canlı yayımlanacaq.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsinə dair müzakirələr aparılıb

24-04-2021

İKT-də Qızlar Günü münasibətilə xüsusi görüş planlaşdırılır

21-04-2026

Bu gün “İKT-də Qızlar” Günüdür

23-04-2020

“İKT-də Qızlar” Beynəlxalq Gününün 10 illik yubileyi qeyd edilir

22-04-2021

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015

RİNN “İKT-də Qızlar” Günü münasibətilə tədbir təşkil edib

24-04-2025

Bu gün dünyada “İKT Qızlar günü” qeyd edilir

23-04-2015

Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

26-04-2019

“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015

Azərbaycanda İKT Qızlar Günü keçiriləcək

10-09-2013

Azərbaycanda “İKT-də qızlar” mövzusunda konfrans keçiriləcək

21-04-2021

İKT-də qızlar günü ölkəmizdə də qeyd olunub

26-04-2018

İnformasiya-kommunikasiya texnologiyaları muzeyi yaradılır

10-11-2009

Qızlar arasında İKT-yə maraq artıb

31-01-2024

“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

23-04-2015

“Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək

21-04-2021

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016

Beynəlxalq “İKT-də qızlar” Gününə həsr edilmiş konfrans keçirilib.

27-04-2012

Beynəlxalq “İKT-də Qızlar” Günü Bakıda qeyd olunub

23-04-2026

Azərbaycanda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçiriləcək

30-03-2023

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

20-06-2020

İKT Qadınlar Klubunun növbəti təlimi keçiriləcək

05-09-2015

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024

"Azercell" İKT sahəsində çalışan qadınları bir araya gətirib

09-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə