Previous Next
Bağla

Azercell-in sponsorluğu ilə "I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı" baş tutub

10-03-2023 19:42
 Azercell-in sponsorluğu ilə "I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı" baş tutub

Tədbirdə şirkətin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya “Telekom sektorunda KSM fəaliyyətləri” mövzusunda çıxış edib

Azercell-in sponsorluğu ilə baş tutan "I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı" ətraf mühit, korporativ sosial məsuliyyət (KSM) sahəsində ən son tendensiyaları və imkanları müzakirə etmək üçün müxtəlif sektorlardan ekspertləri və sənaye liderlərini bir araya gətirib. Konfransın məqsədi bu sahədə ideyaların, ən yaxşı təcrübələrin mübadiləsi, multidissiplinar yanaşma əsasında KSM və biznes etika üçün geniş bir platformanın yaradılmasıdır.

Tədbirdə “Azercell Telekom”-un Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya “Telekom sektorunda KSM fəaliyyətləri” mövzusunda çıxış edərək, şirkətin rəqəmsal KSM siyasəti, həyata keçirdiyi layihələr, KSM-in Azərbaycanda və dünyada inkişafı perspektivləri və daha dayanıqlı cəmiyyətin qurulmasına verdiyi töhfə haqqında danışıb. N. Şıxlinskaya tədimatında sağlam və təhlükəsiz cəmiyyət üçün İKT əsaslı innovativ xidmət və həllərin önəmli rolunu vurğulayıb. Öz KSM strategiyasını şirkətin dəyərləri və “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədi üzərində quran Azercell bu günə qədər texnoloji mühitin inkişafına, inklüzivliyə dəstək olan çoxsaylı və genişmiqyaslı sosial layihələr həyata keçirib. Bunların sırasında günəş enerjisiylə çalışan “yaşıl” radio baza stansiyaları, “Uşaq Qaynar Xətti” və “Qadın Qaynar Xətti”, rəqəmsal kitabxana və audiokitablar toplusu, Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komandaya dəstək, qadınların İKT sahəsinə cəlb edilməsi, Tələbə Təqaüd və Təcrübə proqramları, həssas qruplara aid uşaq və yeniyetmələrin iştirakı ilə inklüziv cəmiyyətin qurulmasına yönəlik təşəbbüslər yer alır. Azercell 2022-ci ildə həyata keçirdiyi KSM layihələrə ümumilikdə 0.2 milyon ABŞ dolları sərf edib ki, bu göstərici 26 il ərzində 22.3 milyon ABŞ dolları təşkil edib.

Konfrans zamanı KSM və ESG-nin (ətraf mühit, sosial və idarəetmə məsələləri) cəmiyyətin inkişafına təsiri, dayanıqlı inkişafın və sosial məsuliyyətin təşviqində şirkətlərin rolu, kiçik və orta sahibkarlıq subyektləri və KSM, KSM və ESG sahəsində fəaliyyətin qiymətləndirilməsi, dəyişikliyə təkan vermək və müsbət nəticələrə nail olmaq üçün yeni metodlar mövzusunda müzakirələr aparılıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət konfransında iştirak etdi

16-10-2015

Azercell mükafata layiq görüldü

03-11-2015

Bakcell “Milli KSM Mükafatı 2020”-nin qalibi olub

22-11-2021

“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

02-12-2025

Azercell-in növbəti ESG tədbiri baş tutdu

11-06-2024

Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

16-05-2024

İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

10-06-2019

“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi

24-11-2023

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır

08-04-2024

Azercell-dən sosial layihə müsabiqəsi

11-05-2022

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

04-07-2022

Azercell BMT-nin Qlobal Sazişinə qoşulub

01-12-2023

Telko məzmun doğma dildə

03-12-2018

Nar-dan autizmli uşaqlara dəstək

02-10-2018

Azercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu

07-07-2022

Nar rabitədə fərqlənən tələbələri mükafatlandırdı

29-07-2019

Nar korporativ sosial məsuliyyət layihələrini davam etdirir

26-10-2018

Azercell-dən uşaqlara hədiyyə-Foto

02-06-2017

Nar Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19-06-2019

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

17-03-2026

“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur

21-11-2023

Startapçılarımız Bakıdakı konfransda iştirak edir

15-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə