Previous Next
Bağla

Azercell-in prezidenti nazirliyin fəxri nişanı ilə təltif edilib

29-01-2022 14:35
Azercell-in prezidenti nazirliyin fəxri nişanı ilə təltif edilib

Ölkənin lider mobil operatoru “Azercell Telekom” xalqımızın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində müxtəlif uğurlu layihələr keçirib. Ötən il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkədə “Nizami İli”nin elan olunması ilə əlaqədar şirkətin həyata keçirdiyi innovativ layihə də diqqətsiz qalmadı. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Azercell-in prezidenti Zərinə Zeynalova ilə görüş keçirərək 2021-ci il ərzində dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına xüsusi yanaşmasına görə şirkətin prezidentinə təşəkkürünü bildirib.

Qeyd edək ki, 2021-ci il ərzində Azercell-in dəstəyi ilə Nizami Gəncəvinin 100-dən çox seçilmiş fəlsəfi və lirik məzmunlu, müxtəlif ölçülü əsərlərindən parçalar audiokitab formatında tərtib edilib. Şeirlər Azərbaycan, rus, ingilis, fransız və türk dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilib. Orijinal fon musiqiləri ilə təqdim olunan audiomateriallar Azercell-in eksklüziv şəkildə təqdim etdiyi beynəlxalq “Bookmate” əlavəsinə yüklənilib. Rəqəmsal xidmətləri hər kəs üçün əlçatan etməyi hədəfləyən Azercell bu layihəsilə həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən mədəni irsimizin daha rahat şəkildə mənimsənilməsinə şərait yaradıb.

Təqdimat mərasimində Elnur Əliyev diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami İli” elan edilməsi dövlətimizin, Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. Daha sonra Elnur Əliyev “Azercell" şirkətinin prezidenti Zərinə Zeynalovaya “Nizami Gəncəvi-880” xatirə nişanını təqdim edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell dahi Nizaminin irsini müasir audio-vizual vasitələrlə canlandıracaq

17-11-2021

Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında!

23-12-2021

Lider mobil operator “Şuşa ili”nə öz rəqəmsal töhfəsini verir

22-12-2022

Nizami Gəncəvinin 880 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

27-10-2021

Azercell dahi Nizami yaradıcılığını əks etdirən xüsusi bir əlifba dizayn edib

01-09-2021

Nizami Gəncəvinin yubileyi münasibətilə Estoniyada poçt markaları buraxılıb

16-12-2021

“Azercell Telekom” Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir

30-05-2023

“Azercell” audiokitabları hər kəs üçün əlçatan edir!

23-04-2025

Azercell kampaniyaları "Felis Azərbaycan"da 9 mükafat qazanıb

23-11-2022

Azercell-in Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsi təqdim olundu

21-12-2023

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

28-02-2024

Azercell “iPhone 16”nı təqdim edir

07-10-2024

Xalqımızın qəhrəmanlıq eposu “Koroğlu” Azercell-in Audiokitab layihəsində

19-02-2021

Azercell-in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”

20-12-2021

Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib

17-09-2024

“Azercell Telekom” insan alverinə qarşı beynəlxalq foruma qatılıb

15-12-2010

Azercell-dən abunəçilərə hədiyyə

16-03-2018

Yeni iPhone SE modelləri Azercell Eksklüziv-də təqdim olunur

16-05-2020

Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif

08-11-2019

“Azərbaycan prezidenti “Azercell” şirkətinə 3G lisenziyasının verilməsinə dair göstəriş verib”

24-11-2010

Azercell Eksklüziv indi Goranboyda

30-08-2019

Azercell-dən hər telefon alana hədiyyə

05-02-2018

Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir 

01-10-2022

Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!

31-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə