Previous Next
Bağla

Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında!

23-12-2021 19:02
Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında!

Azərbaycanın orta əsr ədəbiyyatının ən görkəmli siması olan Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Prezident cənab İlham Əliyevin sərəncamına əsasən 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib. Dekabrın 23-ü Bakı Kitab Mərkəzində (Baku Book Center) “Azercell Telekom”-un təşəbbüsü ilə Nizaminin zəngin bədii irsinə həsr edilmiş “Audiokitab” layihəsinin təqdimatı keçirilib.

Layihə haqqında iştirakçılara məlumat verən Azercell-in Media ilə Əlaqələr şöbəsinin
direktoru Nigar Şıxlinskaya qeyd etdi: “Azərbaycanlı müəlliflərin əsərlərini rəqəmsal formata keçirməklə şirkət xüsusi olaraq gənclər arasında mütaliə mədəniyyətini genişləndirmək, həm də müasir oxuculara dünyanın bütün nöqtələrində rəqəmsal cihazlar vasitəsilə xalqımızın mədəni irsini daha əlçatan və rahat etməyi qarşısına məqsəd qoyur. Məhz bu niyyətlə elektron kitabxananın inkişafında Azercell-in növbəti təşəbbüsü beynəlxalq elektron platforma vasitəsilə Nizami əsərlərinin audiokitab formatında dünyanın beş dilində təqdim edilməsi oldu.”

Qeyd edək ki, layihə çərçivəsində “Azercell”-in dəstəyilə Nizami Gəncəvinin 100-dən çox seçilmiş fəlsəfi və lirik məzmunlu, müxtəlif ölçülü əsərlərindən parçalar audiokitab formatında tərtib edilib. Şeirlər Azərbaycan, rus, ingilis, fransız və türk dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilib. Orijinal fon musiqiləri ilə təqdim olunan audio materiallar Azercell-in eksklüziv şəkildə təqdim etdiyi beynəlxalq “Bookmate” əlavəsinə yüklənilib. 

Layihə çərçivəsində Nizami Gəncəvinin iki əsərinin: “Kərpickəsən kişinin dastanı” və “Adil Nuşirəvan ilə vəzirin hekayəti”-nə komiks janrında çəkilmiş şəkillərindən fotoalbom hazırlanıb. Tədbirdə yeni formatda hazırlanmış “Kərpickəsən kişinin dastanı” komiksi də iştirakçılara təqdim olunub.

Təqdimat mərasimində Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli və “Colorit” Yaradıcılıq Emalatxanasının rəhbəri Teymur Nəcəfzadə də çıxış etdilər.

Təqdimatın bədii hissəsində müəllif və qiraətçilər Xəzər Süleymanlı və Səməd Hətəmov Gəncəvinin ölməz əsərlərindən bəzi hissələri ifa ediblər. Daha sonra vokal ifaçısı Tomrisin çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Mərasimdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında “Leyli və Məcnun” baletindən səhnə də nümayiş etdirilib.

Xatırladaq ki, Azercell tərəfindən eksklüziv şəkildə təqdim olunan “Bookmate” tətbiqi məkandan və istifadə edilən cihazdan asılı olmayaraq, hətta, oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron və audiokitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. Bundan əvvəl milli rəqəmsal məzmunun həm ana dilində, həm də dünyanın müxtəlif dillərində yayımlanması məqsədilə Azercell şirkəti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə şairin seçmə qəzəllərini, “Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif oçerk və elmi əsərləri, eləcə də müxtəlif klassik və müasir müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq beynəlxalq elektron kitabxanaya yükləmişdi.

“Bookmate” Rəqəmsal kitabxanası haqqında daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək olar: https://www.azercell.com/az/personal/digitalsolutions/bookmate.html

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell dahi Nizaminin irsini müasir audio-vizual vasitələrlə canlandıracaq

17-11-2021

Azercell-in prezidenti nazirliyin fəxri nişanı ilə təltif edilib

29-01-2022

Lider mobil operator “Şuşa ili”nə öz rəqəmsal töhfəsini verir

22-12-2022

Xalqımızın qəhrəmanlıq eposu “Koroğlu” Azercell-in Audiokitab layihəsində

19-02-2021

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

28-02-2024

Azercell-in Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsi təqdim olundu

21-12-2023

“Azercell Telekom” Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir

30-05-2023

Azercell dahi Nizami yaradıcılığını əks etdirən xüsusi bir əlifba dizayn edib

01-09-2021

“Azercell” audiokitabları hər kəs üçün əlçatan edir!

23-04-2025

Azercell elektron və audio kitablarla IX Bakı Beynəlxalq Kitab Sərgisində çıxış edib

17-11-2023

Azercell-in Bookmate plus paketi ilə dünya ədəbiyyatı smartfonunuzda

03-10-2019

Nizami Gəncəvinin yubileyi münasibətilə Estoniyada poçt markaları buraxılıb

16-12-2021

Azercell-dən Litres və Busuu tətbiqlərindən pulsuz istifadə imkanı

11-09-2024

Azercell “Məktəbə qayıdış” kampaniyasını elan edir

22-09-2022

Nizami Gəncəvinin 880 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

27-10-2021

Azercell-in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi

28-10-2024

“Gənclər kitab oxuyur” layihəsinin bağlanışı keçirilib-Foto

01-07-2017

500 min kitab cibinizdə

01-04-2016

Azercell yeni Audio Kitablar layihəsini təqdim etdi

27-11-2018

Azercell yeni müsabiqəyə başladı

19-04-2017

Azercell yeni layihəyə başladı

11-04-2017

Azercell-lə 500 min kitab indi cəmi 0,15 AZN

05-07-2016

Bookmate istifadəçilərinin sayı 11 mini keçdi

15-11-2016

"Azercell"in rəqəmsal məhsulları "IBA Mobile" tətbiqinə inteqrasiya olunub

27-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə