Previous Next
Bağla

Lider mobil operator “Şuşa ili”nə öz rəqəmsal töhfəsini verir

22-12-2022 14:52
Lider mobil operator “Şuşa ili”nə öz rəqəmsal töhfəsini verir

Azercell ilə “Qarabağın səsini dinlə”

Xeberler.az bildirir ki, Lider mobil operator “Şuşa ili”nə öz rəqəmsal töhfəsini verir

2022-ci ilin ölkə prezidenti tərəfindən “Şuşa İli” elan edilməsi ilə əlaqədar olaraq “Azercell Telekom” Şuşa mədəni irsindən ibarət əsər toplusunu audiokitab, audiopyes, komiks, animasiya, podkast, videolar formatında həm yerli, həm də beynəlxalq ictimaiyyətə təqdim etdi. Məzmun Azərbaycan, Türk, İngilis, Rus və Fransız dillərində hazırlanaraq əlçatan formatda ilk öncə Youtube kanalı vasitəsilə izləyici auditoriyası üçün açıq elan edildi. Beləliklə, “Qarabağın səsini dinlə” adı altında dərc olunan Azercell-in xüsusi məzmun seriyasının təqdimatı təntənəli şəkildə ADA Universitetində baş tutdu.

Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Süleyman Sani Axundov və digər yazıçı və mütəfəkkirlərimizi yetişdirən Şuşa ədəbi mühiti Azərbaycan mədəniyyətində özünəməxsus yer tutub. Şuşalı müəlliflərin əsərləri ilə yanaşı, Azercell milli rəqəmsal məzmunun həm ana dilində, həm də dünyanın müxtəlif dillərində yayımlanması məqsədilə İmadəddin Nəsiminin seçmə qəzəllərini, Nizami Gəncəvinin əsərlərindən 100-dən çox seçilmiş parçaları, “Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif oçerk və elmi əsərləri, eləcə də müxtəlif klassik və müasir müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq oxuculara çatdırmışdı.

“Azercell Telekom”un 2017-ci ildən etibarən həyata keçirdiyi rəqəmsal kitabxana və
Audiokitab layihəsi Azərbaycan mədəni irsinin qorunub-saxlanması, gələcək nəsillərə, eləcə də, dünya ictimaiyyətinə daha rahat müasir vasitələrlə çatdırılmasına, eyni zamanda mütaliə mədəniyyətinin təbliğinə yönəlmiş əhəmiyyətli təşəbbüsdür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell dahi Nizaminin irsini müasir audio-vizual vasitələrlə canlandıracaq

17-11-2021

Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında!

23-12-2021

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

28-02-2024

“Azercell Telekom” Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir

30-05-2023

Azercell-in Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsi təqdim olundu

21-12-2023

Azercell-in prezidenti nazirliyin fəxri nişanı ilə təltif edilib

29-01-2022

“Azercell” audiokitabları hər kəs üçün əlçatan edir!

23-04-2025

Xalqımızın qəhrəmanlıq eposu “Koroğlu” Azercell-in Audiokitab layihəsində

19-02-2021

Azercell elektron və audio kitablarla IX Bakı Beynəlxalq Kitab Sərgisində çıxış edib

17-11-2023

Azercell-in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi

28-10-2024

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

01-10-2023

Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!

31-08-2024

Rasim Əliquliyev: "Şuşada şəhərsalma üçün elektron xəritələr hazırlanacaq"

28-02-2022

“Şuşa ili” ilə bağlı tədbirlər müəyyənləşdirilib

06-04-2022

Azercell 2022-ci il üzrə hesabatını açıqlayıb-VİDEO

09-03-2023

Azercell-dən Litres və Busuu tətbiqlərindən pulsuz istifadə imkanı

11-09-2024

Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı  

01-06-2024

“Şuşa poçt markalarında” adlı kitab hazırlanıb

09-12-2023

Azercell Mobil Müştəri Xidmətləri Şuşada

25-09-2021

Azercell Füzulidə! 

19-02-2024

"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

03-08-2023

Azercell “Məktəbə qayıdış” kampaniyasını elan edir

22-09-2022

Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır

08-04-2024

Azercell dahi Nizami yaradıcılığını əks etdirən xüsusi bir əlifba dizayn edib

01-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə