Previous Next
Bağla

Azercell-in Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsi təqdim olundu

21-12-2023 20:02
Azercell-in Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsi təqdim olundu

Lider mobil operator mədəni irsimizin rəqəmsal platformalarda təbliğini davam etdirir

 “Azercell Telekom” Bakı Kitab Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti “Audiokitab” toplusunun təqdimatını keçirib. Mənəvi zənginliyin və elmlərə yiyələnməyin əsas yolun mütaliədən keçdiyini hesab edən Heydər Əliyev gənclərə və ətrafındakı insanlara daim kitab oxumağı önərib. Azercell “Audiokitab” layihəsinin xüsusi məzmun seriyasında Ümummilli Lider Heydər Əliyevin sevdiyi əsərləri rəqəmsal kitabxanada audio və elektron kitab, eləcə də audiopyes formatlarında bir araya gətirib.

Ölkənin lider mobil operatoru Azərbaycanın görkəmli yazıçı və şairlərinin 50-dən çox əsərini türk, ingilis, fransız və rus dillərində səsləndirilməsini təmin edib. Məzmun, həmçinin Azercell-in rəsmi Youtube kanalı vasitəsilə də izləyicilərin diqqətinə çatdırılıb. Yeni seriya üçün Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi və Hüseyn Cavidin əsərləri əsasında rəqəmsal komiks kitabı və qısametrajlı animasiya filmi hazırlanıb. Milli mətbuatın ən dəyərli nümunələrindən olan “Molla Nəsrəddin” jurnalı rəqəmsallaşdırılıb, Azərbaycan əlifbasına keçirilmiş 100 nəşri elektron və audiokitab formatlarında təqdim olunub.

Tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin məsləhətçisi Kamran Musayev, AMEA-nın əməkdaşı, yazıçı-tənqidçi Tehran Əlişanoğlu, “Colorit” Yaradıcılıq Emalatxanasının rəhbəri Teymur Nəcəfzadə və media nümayəndələri iştirak ediblər. “Azercell Telekom”-un Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova şirkətin Korporativ Sosial Məsuliyyət prinsipləri və layihələri barədə danışıb: “Ölkə bazarının lideri kimi “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədimizi əsas tutaraq trendləri müəyyənləşdirir, insanların həyat keyfiyyətinin artırılması üçün innovativ həllər gətirir, xalqımızın mədəni irsini dünya səviyyəsində tanıtmağa çalışırıq”.

Rəşad Məcid, - “Ədəbiyyatı təbliğ etmək həm də vətənə, xalqa xidmətdir, Heydər Əliyevin sevdiyi kitabların təbliğatı isə xüsusən əhəmiyyətlidir”, deyə layihəni təqdir edib. Təqdimat mərasimi Heydər Əliyevin sevdiyi musiqi nömrələri ilə müşayiət olunub. Xatırladaq ki, “Azercell Telekom” MMC müasir cəmiyyətdə mütaliə mədəniyyətinin, doğma dilimizdə ədəbi məzmunun geniş müstəvidə təbliğatına dəstək məqsədilə öz rəqəmsal kitabxana layihəsi çərçivəsində indiyədək İmadəddin Nəsiminin qəzəllərini, Nizami Gəncəvinin 100-dən çox əsərini, “Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif elmi işlərini, Qarabağ ədiblərinin nəzm və nəsr nümunələrini audio və elektron kitab formatlarda oxucuların istifadəsinə verib. “Azercell Telekom”un  2017-ci ildən etibarən həyata keçirdiyi rəqəmsal kitabxana və “Audiokitab” layihəsi mədəni irsimizin qorunub-saxlanmasına, azərbaycanca rəqəmsal məzmunun zənginləşdirilməsinə xidmət edir, həm doğma, həm də dünyanın müxtəlif dillərində yayımlanmasında və tanınmasında müstəsna rol oynayır.  

Layihə çərçivəsində hazırlanan kitablarla Litres, Bookmate, eləcə də Azercell-in Youtube kanalı vasitəsilə tanış ola bilərsiniz. Azercell-in e-kitabxana tətbiqləri haqqında daha ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/digital-solutions.html ünvanına müraciət edin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell Telekom” Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir

30-05-2023

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

28-02-2024

“Azercell” audiokitabları hər kəs üçün əlçatan edir!

23-04-2025

Lider mobil operator “Şuşa ili”nə öz rəqəmsal töhfəsini verir

22-12-2022

Azercell elektron və audio kitablarla IX Bakı Beynəlxalq Kitab Sərgisində çıxış edib

17-11-2023

Azercell dahi Nizaminin irsini müasir audio-vizual vasitələrlə canlandıracaq

17-11-2021

Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında!

23-12-2021

Azercell-in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi

28-10-2024

Xalqımızın qəhrəmanlıq eposu “Koroğlu” Azercell-in Audiokitab layihəsində

19-02-2021

Azercell-in prezidenti nazirliyin fəxri nişanı ilə təltif edilib

29-01-2022

Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır

08-04-2024

Azercell yeni Audio Kitablar layihəsini təqdim etdi

27-11-2018

Azercell-in “Kitab Klubu” Gəncədə!

03-08-2024

“Gənclər kitab oxuyur” layihəsinin bağlanışı keçirilib-Foto

01-07-2017

Azercell-dən Litres və Busuu tətbiqlərindən pulsuz istifadə imkanı

11-09-2024

Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!

31-08-2024

Məşhurlar Azercell-in tədbirində ədəbiyyatdan danışacaqlar

22-10-2024

Azercell məhkum qadınlar üçün "Kitab Klubu" təşkil edib

13-03-2025

Azercell Ucal Haqverdiyevin rəsm əsərlərindən ibarət kitab təqdim edib

17-06-2025

“Azercell”in ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması təmin edilib

02-09-2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10-05-2023

"Azercell Telecom"un dəstəyilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib

08-06-2023

Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

09-07-2021

"Azercell" Azərbaycan bazarında fəaliyyətinin 25 illiyini qeyd edir

15-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə