Previous Next
Bağla

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

28-02-2024 16:50
Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

“Litres”ə Azərbaycan dilində yeni audio-kitablar əlavə olunub

 Azercell “Litres” beynəlxalq elektron kitabxanasına xüsusi olaraq Azərbaycan dilində hazırladığı 150 yeni audio-kitab əlavə edib. Bununla da Azərbaycan dilli “Litres”də e-kitab kolleksiyasının sayı 2700-ü ötüb.  

Müxtəlif dillərdə 200 mindən çox audio və e-kitabı özündə birləşdirən “Litres”, lisenziyalı elektron kitab bazarının lideridir. Azercell abunəçilərinə endirimli qiymətlə təklif olunan kitabxanada lider mobil operatorun yaratdığı eksklüziv məzmunla yanaşı bestsellerlər, klassiklər və müxtəlif xarici dillərdə ədəbiyyat yer alıb.

“Azercell Telekom” MMC müasir cəmiyyətdə mütaliə mədəniyyətinin, Azərbaycan dilində ədəbi məzmunun geniş müstəvidə təbliğatına dəstək məqsədilə rəqəmsal kitabxana layihəsi çərçivəsində indiyədək İmadəddin Nəsiminin qəzəllərini, Nizami Gəncəvinin 100-dən çox əsərini, “Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif elmi işləri, Qarabağ ədiblərinin nəzm və nəsr nümunələrini audio və elektron kitab formatlarında oxucuların istifadəsinə verib.

 “Azercell Telekom”un 2017-ci ildən etibarən Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi rəqəmsal kitabxana və “Audiokitab” layihəsi Azərbaycan mədəni irsinin qorunub-saxlanılmasına, azərbaycanca rəqəmsal məzmunun zənginləşdirilməsinə xidmət edir. Uzunmüddətli layihə çərçivəsində hazırlanan kitablarla “Litres”, “Bookmate”, eləcə də Azercell-in “Youtube” kanalı vasitəsilə tanış olmaq olar.

  Azercell-in e-kitabxana tətbiqləri haqqında daha ətraflı məlumat almaq üçün:

 https://www.azercell.com/az/personal/digital-solutions/litres.html

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsi təqdim olundu

21-12-2023

Azercell elektron və audio kitablarla IX Bakı Beynəlxalq Kitab Sərgisində çıxış edib

17-11-2023

“Azercell Telekom” Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir

30-05-2023

Xalqımızın qəhrəmanlıq eposu “Koroğlu” Azercell-in Audiokitab layihəsində

19-02-2021

Azercell dahi Nizaminin irsini müasir audio-vizual vasitələrlə canlandıracaq

17-11-2021

Lider mobil operator “Şuşa ili”nə öz rəqəmsal töhfəsini verir

22-12-2022

Azercell-dən Litres və Busuu tətbiqlərindən pulsuz istifadə imkanı

11-09-2024

Azercell-in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi

28-10-2024

“Azercell” audiokitabları hər kəs üçün əlçatan edir!

23-04-2025

Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında!

23-12-2021

Məşhurlar Azercell-in tədbirində ədəbiyyatdan danışacaqlar

22-10-2024

Azercell yeni Audio Kitablar layihəsini təqdim etdi

27-11-2018

Azercell-in Bookmate plus paketi ilə dünya ədəbiyyatı smartfonunuzda

03-10-2019

Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı  

01-06-2024

Nazirlik danışan kitabxana yaradıb

28-11-2016

500 min kitab cibinizdə

01-04-2016

Azercell-lə 500 min kitab indi cəmi 0,15 AZN

05-07-2016

Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

09-07-2021

"Azercell"in rəqəmsal məhsulları "IBA Mobile" tətbiqinə inteqrasiya olunub

27-01-2021

Azercell-dən yeni xidmət

08-06-2017

Azercell məhkum qadınlar üçün "Kitab Klubu" təşkil edib

13-03-2025

Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib

17-09-2024

Azercell-in “Kitab Klubu” Gəncədə!

03-08-2024

Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir 

01-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə