Previous Next
Bağla

Azercell-in Rəqəmsal Dünyası bölgələrdə

29-07-2019 11:13
Azercell-in Rəqəmsal Dünyası bölgələrdə

Xeberler.az məlumat verir ki, fəaliyyətinin rəqəmsal dövrünə qədəm qoyan Azercell Telekom iyul-avqust aylarında “Rəqəmsal dünya bölgələrdə” adlı yeni layihəsinə start verir. Bu dəfə lider mobil operator Naxçıvandan başlayaraq, Ağdam, Bərdə, Tərtər, Mingəçevir, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Qazax, Şəki, Zaqatala, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Sumqayıt, Quba, Xaçmaz, Qusar, Sabirabad, Şirvan və Lənkəran kimi regionlara səfər edəcək və bununla da ölkədə rəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində öz fəaliyyətini davam etdirəcək.

“Rəqəmsal dünya bölgələrdə” tədbirinin iştirakçıları gündəlik insan həyatının texnoloji yeniliklər və mobil texniki cihazlar vasitəsilə daha da rahat və effektiv olmasının üstünlükləri ilə yanaşı, Azercell-in yenilənmiş rəqəmsal həllər müxtəlifliyi ilə də tanış olmaq fürsəti əldə edəcəklər. Burada Azercell-in yeni rəqəmsal məhsulları olan “Kabinetim” tətbiqi, “BuludCinema”, “TelekomTv” xidmətləri, mobil internet cihazları və www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanını təklif edən “Sərbəst”, “GəncOL” və “Sadə” tarif paketləri təqdim ediləcək.

Şirkətin yeni “Rəqəmsal dünyanı yarat” şuarı altında keçiriləcək bu tədbir çərçivəsində müxtəlif proqramlar, müsabiqələr, intellektual və əyləncəli oyunlar təşkil olunacaq və iştirakçılara hədiyyələr paylanacaq. Azercell-in təşəbbüsü ilə yaradılan “İmzanı Tanıt” sosial kampaniyasının işirakçıları da tədbirə dəvət ediləcəklər. Qeyd edək ki, qısa müddət ərzində sosial şəbəkələrdə rezonans yaratmağa müvəffəq olan “İmzanı Tanıt” çağırışı ölkəmizdə sahibkarlıq mühitinin inkişafı, eləcə də tarixi və milli mədəni irsimizin inkişafı ideyasını özündə əks etdirir.

Bununla yanaşı, festival çərçivəsində Azercell-in “Mobil Diş; və “Mobil Göz“ klinikaları valideyn himayəsindən məhrum uşaqları, ehtiyacı olan ailələri və ahılları ziyarət edərək onlara təmənnasız müayinə və müalicə təşkil edəcək. Azercell uşaqlara hədiyyə olaraq məktəb ləvazimatları da paylayacaq. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in Naxçıvan-a səfəri uğurla baş tutub

02-08-2019

Rəqəmsal Dünya Bölgələrdə layihəsi yekunlaşıb

27-08-2019

Rəqəmsal Dünya bölgələrdə layihəsinin səfərləri davam edir

15-08-2019

Azercell-in Rəqəmsal Dünyası Lənkəranda

22-08-2019

Azercell-in Rəqəmsal Dünyası Şimalda

07-08-2019

Azercell uşaqları və məcburi köçkünləri sevindirib

27-08-2019

İmzanı Azercell ilə tanıt

19-06-2019

Azercell və Xəzər TV-nin birgə xeyriyyə layihəsi

07-06-2019

Azercell-in Rəqəmsal Dünyası bölgələrə genişlənir

05-08-2019

Azercell təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

15-05-2019

Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib

10-10-2019

Azercellin Mobil Diş Klinikası ödənişsiz müayinələri davam etdirir

03-11-2019

Azercell “Bölgələrə daha yaxın” şüarı ilə həyata keçən səfərlərini uğurla yekunlaşdırdı!

26-07-2022

Azercell-in dəstəyi ilə 13 minə yaxın insan tibbi yardım alıb

22-02-2019

Azercell müştərilərin sərbəst dizayn edə biləcəyi yeni rəqəmsal tarif təqdim edir!

03-10-2022

Azercell sosial layihələrini davam etdirir

17-08-2018

Azercell ilə dünyanı daha yaxşı görün

08-05-2019

Bölgələrə daha yaxın!

15-07-2022

Azercell-in Rəqəmsal Dünyası Cocuq Mərcanlıda

16-08-2019

Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

09-07-2021

Azercell “Telegram Bot” xidmətini təqdim edir

04-06-2020

Azercell-dən bol hədiyyəli yubiley ayı!

18-12-2021

Azercell-in Mobil Diş Klinikası pulsuz stomatoloji xidmət göstərib

16-02-2016

Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir

02-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə