Previous Next
Bağla

Azercell-in Rəqəmsal Dünyası bölgələrə genişlənir

05-08-2019 14:43
Azercell-in Rəqəmsal Dünyası bölgələrə genişlənir

Xeberler.az bildirir ki,  Azərbaycanın telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC 5 avqust tarixində, mətbuat konfransında jurnalistləri bir araya toplayıb. Mətbuat konfransı şirkətin böyük maraqla qarşılanan və regionları qarış-qarış gəzən “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsinə həsr olunub. Naxçıvan şəhərindən başlayan və artıq Şərur, Ordubad, Quba, Xaçmaz, Qusarda baş tutan bu layihədə, Azercell ölkəmizin 30-a yaxın şəhər və rayonuna səfər etməyi planlaşdırır. Mətbuat konfransında çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev internetsiz, daimi bağlantısız bu layihənin ərsəyə gəlməsinin mümkün olmadığını bildirib.

“Odur ki, biz respublikamızın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, yüksək-sürətli interneti sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək üçün ölkə boyu 4G şəbəkəsini gücləndirdik və genişləndirdik. Qeyd edim ki, təkcə son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırdıq. Bu müddətdə Bakı və Abşeron da daxil olmaqla, ölkəmizin 57 bölgəsində 1007 yeni LTE stansiyası qurduq. Ümumi stansiyalarımızın sayı isə 7000-i ötdü”- deyə, V. Mürsəliyev vurğulayıb. “Layihə çərçivəsində insanların həyat tərzini rahatlaşdıran texnoloji yeniliklər və mobil qurğuların texniki imkanlarından istifadə edilməklə xidmətlərin əlçatanlığını nümayiş olunur”- deyə, “Azercell Telekom” MMC-nin İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri, Krasimir Genov öz nitqində bildirib.

Həmçinin K. Genov jurnalistlərə layihə çərçivəsində səfərlərin təşkil ediləcəyi bölgələr haqda da məlumat verib. “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri, Nigar Şıxlinskaya öz çıxışı zamanı layihənin sosial tərəfindən bəhs edib. Belə ki, fəaliyyəti boyunca on minlərlə insana yardım edən Azercell-in “Mobil Göz” və “Mobil Diş” klinikaları “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində səfərlərə qoşularaq, “Xəzər Qayğıkeşlik” İctimai Birliyin həkimləri ilə regionlarda yerləşən internat məktəbləri və uşaq evlərinin kiçik sakinlərini üçün təmənnasız müayinə və müalicə təşkil edirlər. Bundan əlavə, Azercell tərəfindən uşaqlara hədiyyə olaraq məktəb çantası, məktəb ləvazimatları və digər hədiyyələr də paylanılır.

Bununla yanaşı, N. Şıxlinskaya 4G şəbəkəsinin genişlənməsi üzrə şirkətin son nailiyyətlərindən danışıb. O bildirib ki, Azercell son yarımildə Azərbaycanın 57 şəhər və rayonunda əhali əhatəsi dairəsində  86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% artıma nail olub. Həmçinin N.Şıxlinskaya günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alındığını vurğulayıb. Mətbuat konfransının sonunda jurnalistlər Azercell-in mobil klinikalarına baxış keçiriblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal Dünya bölgələrdə layihəsinin səfərləri davam edir

15-08-2019

Azercell-in Rəqəmsal Dünyası Şimalda

07-08-2019

Azercell-in Rəqəmsal Dünyası Lənkəranda

22-08-2019

Azercell-in Rəqəmsal Dünyası Cocuq Mərcanlıda

16-08-2019

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası hesabatını açıqladı

15-01-2020

Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

28-11-2019

Rəqəmsal Dünya Bölgələrdə layihəsi yekunlaşıb

27-08-2019

Azercell-in Mobil Diş Klinikası pulsuz stomatoloji xidmət göstərib

16-02-2016

Azercell ilə dünyanı daha yaxşı görün

08-05-2019

Azercell təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

15-05-2019

Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib

10-10-2019

Azercell və Xəzər TV-nin birgə xeyriyyə layihəsi

07-06-2019

Azercellin Mobil Diş Klinikası ödənişsiz müayinələri davam etdirir

03-11-2019

Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir

02-04-2021

Azercell-in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə davam edir

05-07-2021

Azercell uşaqları və məcburi köçkünləri sevindirib

27-08-2019

Azercell-in Rəqəmsal Dünyası bölgələrdə

29-07-2019

Azercell Azərbaycanda ilk 5G şəbəkəsini işə salır

12-11-2019

“Azercell Telekom” profilaktik işlər həyata keçirir

01-09-2009

“Azercell”in Mobil Göz və Mobil Diş Klinikaları yüzlərlə insana təmənnasız xidmət göstərib

16-01-2021

“Azercell” abunəçilərinin yüksəksürətli mobil internetə olan ehtiyacını ödəməyə hazırdır

19-03-2020

Azercell Gəncədə 4G xidməti istifadəyə verdi

15-09-2017

Azercell-in fəaliyyətində problem yaranıb

29-11-2015

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

02-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə