Previous Next
Bağla

Azercell uşaqları və məcburi köçkünləri sevindirib

27-08-2019 13:17
Azercell uşaqları və məcburi köçkünləri sevindirib

Xeberler.az bildirir ki, Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə rayonlarında həyata keçirdiyi layihənin son tədibirini avqust ayının 26-da qədim Gəncədə təşkil etməyə qərar verdi. Daima sosialyönümlü layihələrə dəstək olan şirkət Gəncə səfəri zamanı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyi ilə birgə burada yerləşən Gəncə uşaq evinin sakinləri ilə görüşüb. Uşaq evində məskunlaşan 70 uşağa müxtəlif məktəb ləvazimatlarının olduğu çantalar hədiyyə edilib.

Ölkənin lider mobil operatoru Azercell Telekom, həm də öz fəaliyyətində insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənmiş onlarla sosial layihənin təşəbbüskarı olub ki, bu layihələr sırasında “Mobil Göz Klinikası” və “Mobil Diş Klinikası” xüsusi yer tutur. Fəaliyyət göstərdikləri müddət ərzində bu səyyar klinikalar yalnız Bakıda deyil, həm də regionlarda valideyn himayəsindən məhrum uşaqları, qocaları, aztəminatlı ailələri, məcburi köçkünləri müayinə və müalicə edib.

Bu dəfəki səfərə qoşulan “Mobil Göz” və “Mobil Diş” klinikaları Gəncədə yerləşən SOS Uşaq kəndində 70-dən çox uşağı müayinədən keçirib. Müayinə və ilkin müalicə tədbirlərindən sonra uşaqlara hədiyyələr təqdim edilib.

Səfərin davamında Azercell Telekom və Regional İnkişaf İctimai Birliyinin nümayəndə heyəti Gəncə Qaçqın qəsəbəsi, Gəncə Dəmiryol yataqxanası, Neft bazası, Asfalt zavodunun inzibati binasında məskunlaşan Xocalı, Ağdam, Kəlbəcər, Laçın və Şuşadan olan qaçqın və məcburi köçkün ailələrilə görüşüb. Görüş zamanı 800 ailəyə şirkət tərəfindən müxtəlif məişət avadanlıqları hədiyyə edilib.

Yüksək texnologiyaların yaratdığı geniş imkanları təqdim edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində məcburi köçkünlərin qəsəbəsində keçirilən tədbirdə müxtəlif innovativ oyunlar, interaktiv əyləncələr yer alıb. Təşkil edilən müsabiqə və oyunların iştirakçılarına Azercell tərəfindən müxtəlif hədiyyələr verilib. Bu tədbirlərə müvafiq İcra Hakimiyyətlərinin rəhbərliyi və nümayəndələri də qatılıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal Dünya Bölgələrdə layihəsi yekunlaşıb

27-08-2019

Azercellin Mobil Diş Klinikası ödənişsiz müayinələri davam etdirir

03-11-2019

Azercell-in dəstəyi ilə 13 minə yaxın insan tibbi yardım alıb

22-02-2019

Azercell-in Mobil Diş Klinikası pulsuz stomatoloji xidmət göstərib

16-02-2016

Azercell təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

15-05-2019

Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

02-02-2017

Azercell ilə dünyanı daha yaxşı görün

08-05-2019

Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir

20-04-2018

Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib

10-10-2019

Azercell ödənişsiz göz müayinələri təşkil etməyə davam edir

11-03-2019

Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir

26-07-2017

Azercell sosial layihələrini davam etdirir

17-08-2018

Azercell 552 pulsuz diş müalicəsi edib

02-02-2018

Azercell ödənişsiz göz müayinələrini davam etdirib

30-03-2019

Azercell-in dəstəyi ilə pulsuz göz müayinələri davam edir

06-02-2018

Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə aksiyada iştirak edib

24-11-2020

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası hesabatını açıqladı

15-01-2020

Azercell və Xəzər TV-nin birgə xeyriyyə layihəsi

07-06-2019

Azercell-in Mobil Göz Klinikası-nda 900-dən çox adam müayinə edilib

31-01-2020

Azercell-in Mobil Göz Klinikasının səfərləri davam edir

07-11-2019

Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir

02-04-2021

Azercell-in Mobil Göz Klinikasında 500-dən çox müayinə aparılıb

26-11-2015

Azercell-in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə davam edir

05-07-2021

Azercell-in Rəqəmsal Dünyası bölgələrdə

29-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə