Previous Next
Bağla

Rəqəmsal Dünya bölgələrdə layihəsinin səfərləri davam edir

15-08-2019 10:07
Rəqəmsal Dünya bölgələrdə layihəsinin səfərləri davam edir

Xeberler.az bildirir ki, “Rəqəmsal Dünyanı Yarat” şüarı altında fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan “Azercell Telekom” MMC ölkəmizin bölgələrini qarış-qarış gəzməyə davam edir. Bu dəfə müştəriləri üçün telekom sahəsinin ən son tendensiyalarını daha əlçatan etməyi hədəfləyərək, Azercell “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsi ilə Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəkiyə səfər edib və 40 minə yaxın insanı bir araya gətirməyə müvəffəq olub. Dinamik və dəyişkən texnologiyaları tətbiq edib trendə çevirən şirkət, rəqəmsal savadlılıq səviyyəsinin artırılması və Azercell-in yeni innovativ xidmətlərinin tanıdılması məqsədilə Azərbaycanın 30-a yaxın şəhər və rayonunda bu layihənin keçirilməsini planlaşdırır.

Ölkədə mobil rabitə istifadəçilərinin əksəriyyəti tərəfindən seçilən Azercell-in “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində insanların həyat tərzini rahatlaşdıran texnoloji yeniliklər və mobil qurğuların texniki imkanlarından istifadə edilməklə xidmətlərin əlçatanlığını nümayiş olunur. Bu tədbirlər silsiləsində bölgələrdə müxtəlif proqramlar, müsabiqələr, intellektual və əyləncəli oyunlarla yanaşı, interaktiv oyunlar da təşkil edilir, iştirakçılara hədiyyələr paylanılır. Qeyd edək ki, “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində keçirilən bu tədbirlərə müvafiq İcra Hakimiyyətlərinin rəhbərliyi və nümayindələri də qatılıb.

Tədbirlərdə Azercell-in himayəsi altında olan “İmzanı tanıt” layihəsi xüsusi guşə ilə təmsil olunur. Bölgələrimizin istedadlı şəxsləri öz əl işlərini burada nümayiş etdirirlər. Qeyd edək ki, iyun ayının əvvəlindən etibarən başlayan və hər kəsin rəğbətini qazanan bu sosial çağırış, qısa müddət ərzində istedadına və bacarığına güvənən hər kəsi sosial şəbəkələrdə #imzanitanit “hashtag”ı altında toplamağa
müvəffəq olub. Eyni zamanda, Şəkidə təşkil olunan səfərlərə fəaliyyəti boyunca on minlərlə insana yardım edən Azercell-in “Mobil Diş və “Mobil Göz klinikaları da qoşulub. 13 avqust tarixində Azercell şirkətinin rəsmi heyəti mobil klinikalarla birlikdə Şəki şəhər qarışıq tipli uşaq evini ziyarət edib. 60-a yaxın uşaq müayinə olunub və internat məktəbinin şagirdlərinə məktəb ləvazimatları hədiyyə edilib.

Qeyd edək ki, “Azercell Telekom” MMC ölkəni yeni bağlantı erasına hazır etmək məqsədilə şəbəkənin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər görüb. 4.5 milyon istifadəçinin seçimi olan Azercell şirkəti Azərbaycanın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, yüksək-sürətli interneti sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək məqsədilə ölkə boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Azercell son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Ümumilikdə, Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir. Son yarımildə şirkət əhali əhatəsi dairəsində  86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell-in Rəqəmsal Dünyası Lənkəranda

Azercell-in Rəqəmsal Dünyası Lənkəranda

22-08-2019
Azercell-in Rəqəmsal Dünyası bölgələrə genişlənir

Azercell-in Rəqəmsal Dünyası bölgələrə genişlənir

05-08-2019
Azercell-in Rəqəmsal Dünyası Şimalda

Azercell-in Rəqəmsal Dünyası Şimalda

07-08-2019
Azercell-in Rəqəmsal Dünyası Cocuq Mərcanlıda

Azercell-in Rəqəmsal Dünyası Cocuq Mərcanlıda

16-08-2019
Azercell-in Rəqəmsal Dünyası bölgələrdə

Azercell-in Rəqəmsal Dünyası bölgələrdə

29-07-2019
Rəqəmsal Dünya Bölgələrdə layihəsi yekunlaşıb

Rəqəmsal Dünya Bölgələrdə layihəsi yekunlaşıb

27-08-2019
Azercell uşaqları və məcburi köçkünləri sevindirib

Azercell uşaqları və məcburi köçkünləri sevindirib

27-08-2019
Azercell-in Naxçıvan-a səfəri uğurla baş tutub

Azercell-in Naxçıvan-a səfəri uğurla baş tutub

02-08-2019
Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

28-11-2019
İmzanı Azercell ilə tanıt

İmzanı Azercell ilə tanıt

19-06-2019
Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib

Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib

10-10-2019
Azercell Azərbaycanda ilk 5G şəbəkəsini işə salır

Azercell Azərbaycanda ilk 5G şəbəkəsini işə salır

12-11-2019
Azercell bölgələrdə aksiyalar keçirir

Azercell bölgələrdə aksiyalar keçirir

12-07-2016
Azercell və Xəzər TV-nin birgə xeyriyyə layihəsi

Azercell və Xəzər TV-nin birgə xeyriyyə layihəsi

07-06-2019
Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

02-04-2024
Azercell ilə dünyanı daha yaxşı görün

Azercell ilə dünyanı daha yaxşı görün

08-05-2019
Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

26-06-2019
“Azercell” abunəçilərinin yüksəksürətli mobil internetə olan ehtiyacını ödəməyə hazırdır

“Azercell” abunəçilərinin yüksəksürətli mobil internetə olan ehtiyacını ödəməyə hazırdır

19-03-2020
Azercell Telekom MMC-nin Mobil Diş Klinikası hesabatını açıqladı

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası hesabatını açıqladı

15-01-2020
Azercell yeni genişmiqyaslı layihəyə start verdi

Azercell yeni genişmiqyaslı layihəyə start verdi

02-08-2022
Bölgələrə daha yaxın!

Bölgələrə daha yaxın!

15-07-2022
Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

03-01-2019
Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

16-07-2018
Cocuq Mərcanlıda Azercell hər evə gəldi

Cocuq Mərcanlıda Azercell hər evə gəldi

10-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə