Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom şirkəti, respublikada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Microsoft və HP korporasiyalarının birgə həyata keçirdiyi “Xalq kompüteri” layihəsinə qoşulması barədə elan edib. Hazırda istifadəçilər “Xalq kompüteri” çərçivəsində əldə edən kompüterlərlə yanaşı həmçinin öz istəyinə əsasən Azercell-dən fakturalı xətt nömrəsi, Azercell Datakartı və hər faktura dövrü üzrə 500 MB həcmdə GPRS data trafikinindən istifadə etmək imkanı (12 faktura dövrü ərzində) əldə edə bilər. Muqabilində istifadəçı bunun üçün 12 ay ərzində 7 manat ödəyəcək.
“Xalq kompüteri” layihəsinin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaqdır. Hazırda layihə orta və ali məktəb müəllimlərinə, şagirdlərə və tələbələrə şamil olunur.
Bu layihənin köməyi ilə bölgələrdə İKT-nin tətbiqini genişləndirmək yolu ilə rəqəmsal sahədəki geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyəti və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləmək planlaşdırılır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri