Previous Next
Bağla

Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi!

11-11-2024 17:12
Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi!

Lider operatorun Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi sosial kampaniyalar bir sıra nominasiyalar üzrə Türkiyənin ən prestijli reklam
mükafatlarından olan Felis-ə layiq görülüb

Reklam və marketinq sahəsində effektiv və yaradıcı layihələri qiymətləndirən “Felis Mükafatları” Azercell-in fəaliyyətini yüksək dəyərləndirib. “Felis Mükafatları” çərçivəsində təşkil edilən “Felis Azərbaycan” Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə həyata keçirdiyi sosial təşəbbüsləri fərqli kateqoriyalar üzrə 10 mükafata layiq görüb və tərəfdaşları “İlin markası” elan edib.

Noyabr ayının 8-i İstanbulun Haliç Konqress Mərkəzində keçirilən mükafatlandırma
mərasimində iştirak edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova bildirib: “Həyata keçirdiyimiz hər bir sosial təşəbbüsün əsas məqsədi cəmiyyətimizə, ölkəmizə faydalı olmasıdır. Cüdo Federasiyası ilə tərəfdaşlığımız sayəsində bu amala xidmət edən “Qızlara ağ yaraşır”, “Söz verirəm”, “Doğru yol budur” kampaniyalarımızı ərsəyə gətirmişik. Layihələrimizin beynəlxalq və yerli müsabiqələrdə uğuru bizim əməkdaşlığın məhsuldarlığının bariz nümunəsidir”.

Qeyd edək ki, “Qızlara ağ yaraşır” sosial kampaniyası 6 kateqoriya üzrə 7 mükafatın sahibi olub. Azərbaycanın bölgələrində 1000 qızı cüdoya cəlb etməyə müvəffəq olan bu təşəbbüs müsabiqənin Qran Pri mükafatına layiq görülüb. Eyni zamanda, kampaniya “Korporativ Sosial Məsuliyyət (KSM) / Korporativ imic”, “İnteqrasiya edilmiş reklam kampaniyaları”, “PR kampaniyalar”, “Datadan istifadə”, “Rəqəmsal, mobil və sosial platformalardan istifadə”, “İnteqrasiya edilmiş mediadan istifadə” kateqoriyaları üzrə mükafatlar qazanıb.

Narkomaniyanın fəsadlarına diqqət çəkməklə sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönələn “Doğru yol budur” sosial layihəsi isə “Brendləşdirilmiş musiqi videosu” və “Print və çöl reklamlarının istifadəsi” kateqoriyası üzrə mükafat qazanıb.

Qeyd edək ki, Azercell və Cüdo Federasiyasının birgə həyata keçirdikləri bu sosial təşəbbüslər dəfələrlə beynəlxalq və yerli mükafatlara layiq görülüb.

“Azercell Telekom” MMC haqqında ətraflı məlumat üçün Azercell səhifəsinə keçid etməyinizi xahiş edirik.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell kampaniyaları "Felis Azərbaycan"da 9 mükafat qazanıb

23-11-2022

“Qızlara ağ yaraşır” daha bir Qran-pri qazanıb

10-10-2023

“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir

23-04-2024

“Azercell”in "Qızlara ağ yaraşır" layihəsi ilin idman mükafatlarına layiq görüldü

17-01-2024

“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

03-07-2024

Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!

10-10-2024

Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb

27-12-2025

500 qız artıq cüdoya başladı

27-06-2023

“Qızlara ağ yaraşır” beynəlxalq jurnalistlərdən mükafat qazandı

02-02-2024

“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları Azercell-in qonağı oldular

11-03-2026

Azercell və Cüdo Federasiyasının sosial layihəsi mükafata layiq görülüb

02-07-2025

700-dən çox gənc doğru yolu seçdi!

26-06-2024

"Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Qızlara ağ yaraşır” layihəsinə start verir

13-06-2023

"Azercell"in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib

08-05-2025

“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda genişmiqyaslı sosial layihəyə start verir! (VİDEO)

22-05-2023

Azercell mükafata layiq görüldü

03-11-2015

Azercell “Baku Flames”da ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

19-05-2026

Azercell “Baku Flames” festivalının rəsmi tərəfdaşıdır

28-04-2025

“Azercell”in QadınDediyin layihəsinin növbəti beynəlxalq uğuru

25-06-2021

Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

25-08-2023

Olimpiya çempionları Azercell-in qonağı olub

22-08-2024

Azercell Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Söz verirəm” sosial kampaniyasını elan edir

02-11-2023

Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır

08-04-2024

"Azercell Telecom"un dəstəklədiyi “Böyük dəbilqə” cüdo turniri başa çatıb

02-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə