Previous Next
Bağla

Azercell-dən bölgələrdə olan istifadəçilərə şad xəbər

18-11-2017 10:45
Azercell-dən bölgələrdə olan istifadəçilərə şad xəbər

Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və  Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell yeni 4G stansiyalarını quraşdırıb.

 Xeberler.az-ın məlumatına görə, indi Bakı, Abşeron yarımadası və Gəncə ilə yanaşı Bərdə, Şəmkir və Lənkəranda da Azercell abunəçiləri 4G xidmətinin gücündən yararlana bilirlər.

Belə ki, 4G xidmətlərinə qoşulmaq istəyən abunəçilər noyabr ayının 10-dan etibarən Şəmkir, Bərdə və Lənkəranda yerləşən Azercell rəsmi servis məntəqələrindən LTE şəbəkəsini dəstəkləyən Sim kartları təmənnasız olaraq əldə edə bilirlər.

Qeyd edək ki, Azercell 2017-ci ilin sonuna qədər 4G şəbəkəsini sürətlə gücləndirmək və regionlara yaymaq məqsədilə 127 4G stansiyası quraşdırmağı planlaşdırır ki, bunların da 33-ü Bakı, Abşeron və Sumqayıt, 94-ü isə bölgələrin payına düşür.  

Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi inanılmaz yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir. 4G-nin təmin etdiyi yüksəksürətli İnternet xüsusilə də cihazdan-cihaza, M2M xidmətlərinin inkişafına təkan verir. Məlumatların ölçülməsi, toplanılması və ötürülməsinə imkan verən bu texnologiya bank, nəqliyyat, təhlükəsizlik, səhiyyə, kommunal xidmətlər və s. sahələrdə istifadə olunur.

Qeyd edək ki, Azercell ölkədə ən böyük 4G şəbəkəsinə sahibdir.  2017-ci ildə Azercell-in 4G internet istifadəçilərinin sayı ötən illə müqayisədə 5 dəfə artıb, mobil internetdən istifadə həcmi isə 55% çoxalıb. Ötən il ərzində Azercell 4G şəbəkəsini 84.1% gücləndirib.

4,5 milyonluq abunəçi ailəsinə yüksək keyfiyyətli xidmət göstərməyə çalışan Azercell ölkədə ən son texnologiyaların tətbiqini davam etdirir. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bölgələrdə 4G-yə qoşul, Azercell-dən hədiyyə qazan

24-11-2017

Azercell-dən 4G xidmətində daha bir yenilik

02-04-2018

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

16-07-2018

Azercell Gəncədə 4G xidməti istifadəyə verdi

15-09-2017

Azercell-in ölkədə neçə baza stansiyası var?

31-03-2017

Azercell-dən regionlar üçün sürətli mobil internet

17-05-2018

Cocuq Mərcanlıda Azercell hər evə gəldi

10-01-2019

Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

03-01-2019

Azercell 4G şəbəkəsini genişləndirir

17-06-2016

Azercell şəbəkəsini sürətləndirib

19-08-2015

Azercell-ə daşınan nömrələrin sayı artıb

27-10-2015

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018

"Azercell" 100 mindən çox abunəçiyə 5GB aylıq internet paketi hədiyyə edib

22-06-2021

Azercell -dən yeni smartfon kampaniyaları-Foto

12-10-2016

Azercell şəbəkəsi güclənməkdə davam edir

10-06-2015

Azercell-dən Yeni İl kampaniyası

26-12-2016

Azercell baza stansiyalarının sayını artırıb

08-07-2015

Azercell 4G şəbəkəsini genişləndirir

14-04-2015

Azercell bölgə sakinlərinə yeni kampaniya təklif edir

15-08-2018

"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

03-08-2023

Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

28-11-2019

Azercell-dən 6 ay ərzində hər ay pulsuz İnternet

17-03-2015

Azercell-dən abunəçilərinə 10 GB internet hədiyyə

22-03-2016

Bakı və Abşeronda mobil internetin sürəti 30 faiz artacaq

30-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə